Icma.az
close
up
RU
“Yayılan məlumatlar Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmaq cəhdidir” POLİTOLOQ ŞƏRH ETDİ

“Yayılan məlumatlar Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmaq cəhdidir” POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Avropa Şurasının 2024-cü il Həbsxana Əhalisinə dair İllik Cəza Statistikası (SPACE I) açıqlanıb.  

Avropa Şurasına üzv ölkələrin  əhatə olunduğu sənəddə Azərbaycan da yer ayrılıb.

Hesabata görə, quruma üzv ölkələrdə  həbs nisbətlərinin ən yüksək olduğu dövlət kimi Türkiyə və  Azərbaycan siyahıda liderlik edir. 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Gununsesi.info-ya açıqlamasında bildirib ki, Avropa Şurası və Avropadan olan bəzi qüvvələrin yaydığı məlumatların nə dərəcədə doğru və reallığı əks etdirdiyini anlamaq üçün ilk növbədə Azərbaycan dövlətinin rəsmi mövqeyini gözləmək lazımdır:

“Məndə olan məlumatlara görə, Azərbaycan dövləti bu məsələ ilə bağlı hələ ki, mövqe bildirməyib. Çünki Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası və digər Avropa mənşəli beynəlxalq təşkilatlardan çox sayda əsassız ittihamlar və fikirlər eşitmişik. Buna görə də hansı məlumatın doğru, hansının isə yanlış olduğunu müəyyənləşdirmək bəzən çətinlik yaradır.

Bu baxımdan hesab edirəm ki, Azərbaycan tərəfinin müvafiq qurumları məsələyə münasibətini yaxın vaxtlarda açıqlayacaq. Hətta deyə bilərəm ki, məlumatın nə dərəcədə dəqiq olub-olmamasından asılı olmayaraq, məhbus sayının çox olması və insanların cinayət vəziyyətinin narahatlıq doğurması belə məhbusların sayının artmasına səbəb olsa da, Azərbaycanda zaman-zaman cəzaçəkmə müəssisələrinin yenilənməsi, yeni müəssisələrin tikilməsi və bu istiqamətdə müxtəlif addımlar atılması müşahidə olunub”.

X. Bəşirovun fikrincə, Azərbaycanda məhbus sayının çoxluğu ciddi çətinlik yaratmır və bu problem yeni yaranmayıb, uzun müddətdir mövcuddur:

“Azərbaycan kirminagen duruma görə dünyada narahatlıq doğuran dövlətlərin sırasına daxil deyil. Bundan başqa, məhbus sayının artması nəticəsində cəzaçəkmə müəssisələrinin sayının artırılması, eləcə də amnistiya və ya əfv yolu ilə məhbusların sayının azaldılması ilə bağlı ölkəmizdə indiyə qədər heç bir problem yaşanmayıb. Bu baxımdan hesab edirəm ki, amnistiya və ya əfv ümumiyyətlə humanist bir addımdır.

Bu addım məhbus sayının azalması məqsədilə atılan tədbir deyil. Əsas məqsəd cəmiyyətdə insanların dövlət tərəfindən cəzanın humanistləşdirilməsi və dekriminallaşdırma istiqamətində atılan addımları qəbul etməsidir. Azərbaycanda bu sahədə kifayət qədər işlər görülüb: həm amnistiya, həm əfv, həm də Azərbaycan Cinayət Qanunvericiliyində dekriminallaşdırmaya dair dəyişiklik və əlavələr edilib.

İndiyədək çoxsaylı belə addımlar atılıb və onların nəticəsi özünü göstərib. Azərbaycan dövlətində məhbusların sayı çoxdur və bu vəziyyətin aradan qaldırılması üçün ardıcıl amnistiya aktları və əfv sərəncamları verilməli, həmçinin cəzaçəkmə müəssisələrinin sayı artırılmalıdır”.

Politoloq əlavə edib ki, əər belə bir narahatlıq varsa, bu barədə Azərbaycan dövlətinin rəsmi mövqeyi artıq açıqlanmalı idi:

“Əgər belə mövqe yoxdursa, deməli, yayılan məlumatlar sadəcə Azərbaycan haqqında yanlış və mənfi fikirlər formalaşdırmaq cəhdlərindən ibarətdir.

Bu, zaman-zaman həmişə müşahidə olunan bir haldır. Azərbaycanda əhali sayının artması ilə yanaşı, cinayətlərin törədildiyi platformaların da sayı artıb. Məsələn, 10-20 il əvvəl sosial şəbəkələr, internet resursları üzərindən cinayət hadisələri, elektron bank hesablarına və informasiya resurslarına qarşı qanun pozuntuları kimi hallara rast gəlinmirdi.

Lakin bu platformaların genişlənməsi təkcə Azərbaycanda deyil, bütün dünyada cinayətlərin artmasına səbəb olur.

Əgər vəziyyət belədirsə, bu, ümumi qəbul olunmuş və mövcud olan bir problemdir. Belə problemlərlə mübarizə yalnız Azərbaycana aid olmayıb, bütün ölkələrin üzləşdiyi bir məsələdir. Cəzaçəkmə müəssisələrinin yeni standartlara cavab verməsi və ya yeni müəssisələrin tikilməsi də Azərbaycan daxil olmaqla, bütün dövlətlərdə daim prioritet məsələlərdən biri olub.

Çünki 20-30-40 il əvvəl tikilmiş cəzaçəkmə müəssisələri indiki tələblərə cavab vermir. Azərbaycanda həm istintaq təcridxanaları, həm də cəzaçəkmə müəssisələri zaman-zaman yenilənir və onların şəraiti yaxşılaşdırılır.

Cəza çəkən və ya cinayət törətmiş şəxslər də insanlardır; onların hüquqları və azadlıqları vardır. Onların şəraitinin yaxşılaşdırılması isə hər bir dövlətin, o cümlədən Azərbaycanın, prioritetlərindən biri olmalıdır. O baxımdan hesab edirəm ki, vəziyyət o qədər də narahatlıq doğuracaq səviyyədə deyil ki, Azərbaycan dövləti məhbus sayını azaltmaq üçün amnistiya aktları və ya əfv sərəncamları vermək məcburiyyətində qalsın, yaxud cəzaçəkmə müəssisələrinin sayını artırıb yenilərini tiksin. Mən belə bir vəziyyətin mövcud olduğunu və ya zəruri olduğunu düşünmürəm”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Avqust 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see162

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see134

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see125

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see124

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see124

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see123

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see123

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see121

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see120

Ayxan Abbasov Azərbaycan futbolunun qarşısındakı problemlərdən danışıb

12 Noyabr 2025 22:27see118

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri