Icma.az
close
up
RU
“Türkiyədə yayılan dezinformasiyalar Azərbaycan Türkiyə qardaşlığına xətərdir” PSİXOLOQ ŞƏRH ETDİ

“Türkiyədə yayılan dezinformasiyalar Azərbaycan Türkiyə qardaşlığına xətərdir” PSİXOLOQ ŞƏRH ETDİ

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Son vaxtlar bəzi Türkiyə media orqanları və sosial şəbəkələrdə Azərbaycana qarşı həyata keçirilən məqsədyönlü dezinformasiya kampaniyası narahatlıq doğurur.

Təəssüf ki, qardaş ölkənin informasiya məkanında Azərbaycanın “Fələstinin düşməni” kimi təqdim edilməsi, xüsusən də Baş nazir Netanyahu ilə bağlı tirajlanan son yalan xəbərlər bunun bariz nümunəsidir.

Azərbaycan mediası indiyədək Türkiyə ilə bağlı xəbər və məqalələrində hər zaman son dərəcə həssaslıq nümayiş etdirib.

Gununsesi.info-ya danışan politoloq Turan Rzayev mövzunu belə şərh edib:

Əslində, biz ilk dəfə deyil ki, Azərbaycana qarşı provokasiyaların şahidi oluruq. Xüsusilə son illərdə Türkiyə ictimaiyyətində Azərbaycanla bağlı məqsədyönlü şəkildə yanlış təəssürat yaratmağa çalışan qüvvələr mövcuddur. Bu, iki ölkə arasında 100 ildən artıq davam edən münasibətlər sistemini, müttəfiqlik əlaqələrini və ən önəmlisi qardaşlıq münasibətlərini pozmaq, aranı açmaq və nifaq salmaq məqsədi güdür.

Türkiyə ictimaiyyətində də belə insanlar var, Azərbaycanda da faktiki olaraq belə qüvvələr mövcuddur. Təbii ki, bu o demək deyil ki, biz bizə qarşı atılan təxribatlara qarşı susmalıyıq. Əksinə, belə hallarda reaksiya bildirməli və mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq, çünki Azərbaycan müstəqil və suveren ölkədir.

Digər tərəfdən, qarşı tərəf Türkiyə qardaş ölkə, müttəfiqimizdir. Faktiki olaraq, əgər bu gün müttəfiqlik münasibətlərimizi zədələməyə çalışan qüvvələr varsa, hesab edirəm ki, onların araşdırılması istiqamətində işlər aparılmalıdır. Eyni zamanda, Türkiyə-Azərbaycan münasibətlərində yeni bir sistem və xətt ortaya qoyulmalı, xüsusilə media platformaları və siyasətçilər arasında dialoq intensivləşməlidir.

Həmin təxribatlara bir nəzər salaq: Məsələn, bir müddət öncə İstanbulda SOCAR-ın binası qarşısında güya Fələstinə dəstək aksiyası keçirildi və burada SOCAR-ın boykot edilməsi cəhdləri oldu, hətta binaya hücum etməyə çalışdılar. Daha sonra, 2025-ci ildə Azərbaycan Avroviziyada İsrailə 12 bal səs verməsi tənqid olundu.

Yaxınlarda yenə yayıldı ki, Azərbaycan Fələstin məsələsinə görə İsrailə boykot tətbiq etməyib və hətta iddia edildi ki, guya biz demişik: “İsrail yoxsa, biz də yoxuq.” Son olaraq, BMT-də İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edərkən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və nümayəndə heyətimizin əl çaldığı iddia olundu. Halbuki sonradan məlum oldu ki, həmin əlçalma məhz Cənab Prezidentin çıxışı zamanı baş verib.

İndi açıq görünür ki, ortada konkret təxribat törətməyə çalışan bir qrup var və burada Türkiyənin ən həssas nöqtəsi olan Fələstin mövzusuna toxunulur”.

Politoloq qeyd edib ki, bu addımlar planlı və sistematik hərəkət edən bir qrupun maraqları çərçivəsində atılıb.

“O ki qaldı Fələstin məsələsində  hesab edirəm ki, Azərbaycan bu gün ən az Türkiyə qədər Fələstinə dəstək olan bir ölkədir.

Məsələn, Azərbaycan Fələstinin müstəqilliyini ilk tanıyan ölkələrdən biridir və bunu müstəqilliyin ilk illərində etmişdir. Həmin dövrdə Ermənistanla müharibə vəziyyətində idik və buna baxmayaraq İsrail bizimlə Ermənistanın yanında yer ala biləcək bir dövlət olmasına rəğmən, belə etmədi.

İkinci məsələ, Azərbaycan hər il Fələstinə iqtisadi və humanitar yardım ayırır və hazırda Fələstində faktiki olaraq nümayəndəliyi fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan uzun illər Fələstinə və Türkiyəyə görə İsrailin səfirliyini açmamışdır. İsrail Qüdsü paytaxt elan edərkən, Türkiyənin müttəfiqi ABŞ bunu tanıyanda, Azərbaycan yenə bunu etmədi və Qüds məsələsində beynəlxalq münasibətlər çərçivəsində həllin dəstəklənməsi mövqeyini saxladı.

Azərbaycanda Fələstin üçün geniş platforma mövcuddur və hər zaman müxtəlif tədbirlər keçirilmişdir. Halbuki, Fələstin tarix boyu Ermənistan tərəfindən törədilən soyqırımı tanıyan, hətta müharibə zamanı fərqi olmadan — istər erməni əsirli, istərsə də əsirli olmayan xristian maruni ərəblər və fələstinlilər — Qarabağda bizə qarşı döyüşüblər.

Biz bütün bunlara rəğmən Fələstin mövzusunda həm Türkiyə ilə həmrəylik göstərmiş, həm də Fələstinə dəstək vermişik”-deyə o əlavə edib.

O, qeyd edib ki, təssüf ki, Azərbaycanın bu mövqeyi Türkiyədəki populist dairələr tərəfindən düzgün anlaşılmır.

“Rəsmi Bakı bütün münaqişələrin beynəlxalq hüququn prinsipləri çərçivəsində, sülh yolu ilə həllində dayanır. Azərbaycanın bu yanaşması, xüsusilə İsrail və Fələstin arasındakı münaqişənin həllində mühüm prioritet təşkil edir. Yəni, sabah bu ölkə danışıqlar masasında əyləşsə, sual yaranır: harada oturacaqlar? Hələ harada görüşə bilərlər? Regionda neytral ölkə statusunda bəlkə də ən birinci Azərbaycan hesab olunur.

Rəsmi Bakı bu günə qədər tərəflər arasında dialoq aparıb və bunu gələcəkdə də davam etdirməyə hazırdır. Təəssüf ki, Türkiyədə məsələyə yanaşan qüvvələr və ictimaiyyət bəzən emosionaldır və məsələlərə din prizmasından baxırlar. Amma Azərbaycan bir çox hallarda Türkiyəni qınamayıb. Əksinə, Türkiyədə yanğınlar zamanı ilk dəstəyi verən ölkə, eyni qayda ilə zəlzələ zamanı ilk yardımı göndərən ölkə məhz Azərbaycandır.

Yəni bunu minnət kimi yox, qardaşlığın gətirdiyi bir vəzifə kimi qiymətləndirmək lazımdır. Türkiyə rəsmilərinin dediyi kimi, prezident Ərdoğan bir dəfə bildirib ki, biz bir neçə ölkəyə yardım təklif edəndə, Azərbaycandan heç bir xəbərdarlıq olmadan zəng gəldi: “Qapılar açsın, biz yardımla gəlirik.” Həqiqətən də bu belə oldu.

Xalqlarımızın 100 ildən artıq davam edən yardımlaşma ənənəsi mövcuddur. Azərbaycanın dar gündə Türkiyə yanında olması, Türkiyənin dar gündə Azərbaycan yanında olması bunun bariz nümunəsidir. Bu məsələ yalnız hakimiyyətlərdən və fərdlərdən böyükdür; bu, Türkiyə və Azərbaycan məsələsidir.

İki ölkə xalqlarının zehniyyəti dəyişə bilər, ideologiyalar fərqli ola bilər, rəhbərlər dəyişə bilər, amma dəyişməyən yeganə şey Türkiyə və Azərbaycan qardaşlığıdır.

Hesab edirəm ki, bu gün ən böyük dərs çıxarmalı olduğumuz məsələ qardaşlıqdır. Yəni baxmaq lazımdır ki, şimalımızda iki qardaş ölkə — eyni etnik kökə, eyni mədəniyyətə və eyni dinə sahib olan iki ölkə — faktik olaraq döyüşür və müharibə edir.

Hətta bu, birmənalı qarşılanmaya bilər, amma mənim nəzərimdə Fələstin və Yəhudi xalqları da qardaş xalqlardır. Aralarındakı din və ideoloji fərqlər müəyyən problemlərə səbəb olsa da, bu coğrafiyada hər iki xalqın mövcudluğu prinsipcə təbii bir vəziyyətdir.

Buna görə də münaqişənin həlli beynəlxalq hüquq çərçivəsində olmalıdır. Biz bu məsələdə heç bir tərəfi seçmirik. Bizim bir tərəfimiz var: haqqsızlığa məruz qalanın yanındayıq, amma bunu həll edərkən yalnız beynəlxalq hüququn prinsipləri və normalarına əsaslanırıq”-deyə politoloq fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Oktyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri