Icma.az
close
up
RU
Yayın ƏVƏZOLUNMAZI Həşəratlar bu rəng geyinənlərə YAXINLAŞMIR

Yayın ƏVƏZOLUNMAZI Həşəratlar bu rəng geyinənlərə YAXINLAŞMIR

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Ağ rəng demək olar ki, bütün toplumlarda saflığın simvoludur. Bəlkə də buna görə yeni həyata başlayan körpənin bələyi, gəlinin paltarı ağ olur... Elə onun gözlədiyi şahzadənin atı da ağdır... Dilimizdə “həyatında ağ səhifə açmaq”, “ağ günə çıxmaq”, “üzü ağ olmaq” və s. kimi deyimlər var ki, ağ rəngin cəmiyyətimizdə yenilik, paklıq, dürüstlük, məmnunluq kimi yüksək dəyərləri təmsil etdiyini göstərir.

Qəbirlərin başdaşılarına niyə ağ bayraq sancılırdı?

News24.az Bizim. Media-ya istinadən xəbər verir ki, psixoloqlar deyir ki, ağ sakitləşdirici təsirə malikdir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini aktivləşdirir. Ağ – gündüzü təcəssüm etdirir.  Avropa ölkələrində ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, Çin, Yaponiya və Hindistanda isə əksinə, matəmi və təhlükəni bildirir. Maraqlıdır ki, Qafqazda yaşayan bir sıra türkdilli xalqlarda: qumuqlarda, qaraçaylılarda da ağ matəm rəngi sayılıb. Bu xalqların yas adətlərindəki bir əlamət də diqqətçəkəndir: qəbirlərin başdaşılarında kiçik, dərin oyuq oyulur və ora ağ bayraq sancılır.

Eynilə Naxçıvanda da qədimdə ağ rəngin matəmlə əlaqəsi varmış. Məsələn, əri ölmüş qadın dörd ay on gün başına ağ tənzif bağlarmış. Bu müddət bitdikdən sonra yaxın qohum qadınlar yığışıb onu yasdan çıxararmışlar – qadının başına xına qoyar və sonra bir daha o, ağ tənzif örpəyi örtməz, ağ rəngli paltar geyməzmiş. Ağ rəng kəfəni xatırlatdığı üçün bir sıra rayonlarda yatmış adamın üstünə ağ örtməzdilər. Göründüyü kimi, ağ rəng beşikdən məzaradək insanı öz müxtəlif mənaları ilə əhatə edən, özünəməxsus aurası olan bir ziddiyyətli rəngdir.

Ağ rəngin müqəddəs hesab olunmasının səbəbləri mədəniyyətlərə və dini inanclara görə dəyişsə də, bir neçə ümumi psixoloji, simvolik və dini əsasları var. Misal olaraq, işığın, günəşin təcəssümü ağ rəng hesab olunur. Qaranlığın əksi olan işıq bir çox dinlərdə ilahi nur və Tanrının varlığı kimi yozulur. İslamda həcc ziyarəti zamanı ağ geyinmək bərabərlik və ruhi təmizlik rəmzidir. Elə xristianlıqda da kilsədə ağ rəng müqəddəs bayramlar (məsələn, Pasxa) zamanı istifadə olunur.

Bəs ağ rəngə həşəratların yaxınlaşmadığını bilirdinizmi? 

Bu, əsasən həşəratların görmə qabiliyyəti bağlıdır. Ağ rəng həm günəş işığını, həm də elektrik işığını güclü şəkildə əks etdirir. Bir çox həşəratlar, xüsusən də ağcaqanadlar tünd rənglərə daha çox qonurlar. Həm də çox güman ki, ağ rəngdə komuflyaj ola bilmirlər. Bundan başqa həşəratların çoxu ultrabənövşəyi və mavi-yaşıl spektrdə olan rəngləri daha yaxşı görür. Ağ rəng ultrabənövşəyi işığı az udur, buna görə də həşəratlar onu o qədər də cəlbedici hesab etmirlər. Tünd rənglər günəş işığını daha çox udur və istilik yayır, bu da bəzi həşəratlar üçün cəlbedici ola bilər. Ağ rəng isə daha soyuq səthlər yaradır və bu, həşəratları cəlb etmir. Ona görə də yayda ağ paltar geyinmək təkcə istidən yox, həm də ağcaqanadlardan qorunmaq üçün tövsiyə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 İyul 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see229

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see217

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see183

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see181

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see159

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see139

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see139

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see135

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see134

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see134

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see133

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see130

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri