Icma.az
close
up
RU
Yazı müsabiqəsi, kitab sərgisi və tədbir keçirilib FOTOLAR

Yazı müsabiqəsi, kitab sərgisi və tədbir keçirilib FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Yasamal rayon Mərkəzi Kitabxanası və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində yazı müsabiqəsi, kitab sərgisi və tədbir keçirilib.

Kitab sərgisində konstitusiya hüququ, dövlət və hüquq tarixi, nəzəriyyəsi, hüquqi problemlərin təhlil və tədqiqi, Konstitusiyanın hüquqi institut kimi öyrənilməsi, cəmiyyətdə hüquqi şüurun formalaşması, hüquqi dövlət anlayışının genezisi, inkişaf tarixi və s. əks olunduğu 100-dən çox dərslik, dərs vəsaiti, biblioqrafik göstərici, konfrans materialları, bədii və elmi əsərlər, monoqrafiyalar təqdim olunub. Nəşrlər sırasında “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Heydər Əliyev və Qafqazda sülh prosesi”, “Qanunun aliliyi dövlətin möhkəmliyidir”, “Azərbaycan Respublikasında parlamentarizm ənənələri və müasirlik”, “AR Cinayət-Prosseual Məcəlləsi”, “Azərbaycanca-rusca-ingiliscə hüquq lüğəti”, “Müasir dövrdə hüquqi şüurun formalaşması:sosial-psixoloji təhlil”, “Hüquqi dövlət və konstitusiya”, “Əmək hüququ”, “Azərbaycan və hüquqi islahatlar”, “Azərbaycan Respublikası Konstitusiyası və hüququnun əsasları”, “Konstitusiya hüququ”, “Azərbaycan-Yunesko: insan hüquqlarına əsaslanan tərəfdaşlıq”, “Восстановление территориальной целостности и суверенитета Азербайджана: правовые аспекты” (“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası: hüquqi aspektlər”), “Дипломатия под грохот снарядов: Первая дипломатическая миссия Азербайджанской Республики” (“Topların gurultusu altında diplomatiya:Azərbaycan Respublikasının ilk diplomatik missiyası”), “Cinayət hüququ. Ümumi və Xüsusi hissələr”, “Azərbaycanda qadın hüquqları və azadlıqları (beynəlxalq və hüquqi təhlil)”, “Hüquq ensiklopediyası”, “Avropa İnsan Hüquqları Məhkəməsi. 8, 10, 11-ci maddələrlə bağlı seçilmiş qərarlar”, “İstiqlal və suverenlik”, “İnsan hüquqlarının müdafiəsi bioetikanın tərkib hissəsi kimi”, “Mülki məcəllə” və başqaları yer alıb.

Tədbiri giriş sözü ilə açan Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, millət vəkili Cavanşir Feyziyev məruzə edərək bildirib ki, ilk Konstitusiyamızın qəbul edilməsinin 30 illiyi, Vətən savaşındakı tarixi Zəfərimizin 5-ci ildönümü ərəfəsində məhz bu ilin dövlət başçımızın müvafiq sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” adlandırılması əlamətdar tarixi hadisədir.

Cavanşir Feyziyev qeyd edib ki, müstəqilliyimizin bərpasından sonra yeni Konstitusiyanın hazırlanması regiona və beynəlxalq məkana inteqrasiya üçün önəmli bir şərt idi. 1995-ci il noyabrın 12-də Ana Yasanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir. Konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən millət vəkili vurğulayıb ki, milli ideologiyamız, ilk növbədə, dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır.
O bildirib ki, ümummilli lider Heydər Əliyev dövlətçilik maraqlarının qorunmasından danışanda, ilk növbədə, ölkənin ali qanununun müddəalarına dönmədən əməl edilməsini xüsusi vurğulayırdı, konstitusiya normalarının hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi olduğunu qeyd edirdi. Bu normalar, Əsas Qanunun preambula hissəsində təsbit olunub və ilk növbədə: ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, milli-mənəvi dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və digər ümumbəşəri dəyərlərə hörmət hissini ehtiva edir. Heydər Əliyev həm Konstitusiyamızın, həm də azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə, bütün vətəndaşların sabit, firavan və dinamik inkişafına cavab verən milli dövlətçiliyi – müstəqil Azərbaycan Respublikasını qoyurdu.
Tədbirin əsas iştirakçı auditoriyasının gənclər olduğunu nəzərə alan Cavanşir Feyziyev gəncliyə müraciətlə bir məqamı xüsusi vurğulayıb ki, konstitusiyamızda və milli ideologiyamızda dövlətçilik maraqları, milli birlik və vətəndaş həmrəyliyi prinsipləri ilə yanaşı, həm də yeni vətəndaş amilinə – millətini və xalqını sevən, dövlətinin yolunda hər bir fədakarlığa hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, dövlət dilini bilən və sevən, ədalətli, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı yetişdirilməsi ideyasına xüsusi önəm verilib. O qeyd edib ki, Heydər Əliyev Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, fəal insanlar kimi görürdü və deyirdi: “Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın”. Ulu Öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsini uğurla davam etdirən dövlət başçımız İlham Əliyev də Azərbaycan gənclərinin elmi və yaradıcı potensialına inanaraq bu gün gəncliyi bu proseslərin ayrılmaz tərkib hissəsi olaraq görür.

Cavanşir Feyziyev diqqətə çatdırıb ki, Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasında Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın giriş nitqi də gələcəyimiz olan gənclərə etimad və inam ehtiva etməkdədir: “Ölkə Prezidentinin 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə bağlı qərarı xalqımızın və dövlətimizin konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir. İnamla demək olar ki, Konstitusiya və suverenlik ili milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə töhfə verərək ölkə vətəndaşlarının, xüsusilə də gənclərimizin gələcəyə birgə baxış əsasında daha sıx birləşməsinə kömək göstərəcək. Azərbaycanın konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə bağlılığı beynəlxalq birliyin məsuliyyətli və tərəqqipərvər üzvü kimi onun nüfuzunu daha da yüksəldəcək” – deyən xanım sədr “Konstitusiya və Suverenlik ili”ndə ölkəmizin elmi-mədəni tərəqqisində gəncliyimizin fəal olacağına, bu işdə gənc nəslin özünəməxsus töhfələr verəcəyinə inamını ifadə etmişdir.

Millət vəkilinin məruzəsi dinlənildikdən sonra Fondun və Kitabxananın təşəbbüsü ilə “Konstitusiya və Suverenlik ili” egidası altında keçirilən yazı müsahibəsinin nəticələrini açıqlanıb, ən yaxşı yazı müəllifi kimi Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr pillələrini müvəffəqqiyyətlə bitirib təyinatla Bərdə rayonunda hüquqşünas olaraq əmək fəaliyyətinə başlayan Cəfərov Zamin Qiyas oğluna hazırlanan xatirə hədiyyəsi bağışlanıb.

Tədbirin fəxri qonağı olan, uzun illər Bakı şəhər Məhkəməsinin, Hərbi Məhkəmənin, Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışan “Şöhrət” ordenli, 83 yaşlı “əməkdar hüquqşünas” İkram Kərimov çıxış edərək bu cür tədbirlərin keçirilməsinin, hüquqi maariflənmənin bütün cəmiyyətimiz üçün, ələlxüsus gənclər üçün faydalı olduğunu diqqətə çatdırıb.

Öz təcrübələrindən yola çıxaraq çıxış edən hüquqşünas bildirib ki, 1995-ci ilin 12 noyabrından sonrakı dövrə nəzər salsaq, görərik ki, Azərbaycan dövləti zəngin hüquqi islahatlar və demokratikləşmə yolu keçib. Yeni Konstitutsiyanın tələblərinə uyğun olaraq, 1995-ci ildən başlayaraq Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulub. Konstitusiyada təsbit olunduğu kimi, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edilib və Azərbaycan nəinki, MDB, hətta Şərq aləmində bu qərarı qəbul edən ilk dövlət kimi tarixə düşüb. O vaxt hətta Avropa Şurasının üzvü olan bir çox ölkələr analoji addım atmamışdılar. 1998-ci il iyunun 18-də isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsdiq olunan Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı hüquqi islahatlar prosesində yeni mərhələ açıb. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri – Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb. Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması 1995-ci ildə qəbul olunmuş Əsas Qanunun keçid müddəalarından birinə əməl olunması demək idi. Həmin il avqustun 8-də isə ulu öndər konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı tarixi bir qərara imza atıb- ölkədə senzura tamamilə ləğv edilib.

Kitabxananın direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova “Konstitusiya və Suverenlik İli”nin dövlətimiz və xalqımız üçün yeni nailiyyətlər, sülh, əmin-amanlıq ili olacağına böyük inamını ifadə edib.
Tədbir “Konstitusiya və Suverenlik İli” ilə bağlı kitab sərgisinin təqdimatı ilə başa çatıb.

    
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Aprel 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dadaşovun qolu komandasını finala yüksəltdi

22 Aprel 2025 00:07see159

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 Aprel 2025 00:04see153

Bu həftə Tesla və Alphabet gəlir açıqlayacaq Davam, yoxsa...?

22 Aprel 2025 00:00see143

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see142

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see142

“Mənə təslim olsalar, onlara mahnı yazaram”

22 Aprel 2025 00:06see141

İslam Kərimovun nəvəsi realiti şouya qatılır

21 Aprel 2025 23:58see138

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see134

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see132

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see129

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see127

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see125

Ağ Ev yeni müdafiə naziri axtarır?

22 Aprel 2025 00:09see124

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see119

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see114

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see111

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri