Icma.az
close
up
RU
Suraxanı RİH in təşkilatçılığı ilə yazı müsabiqəsi keçirilib FOTOLAR

Suraxanı RİH in təşkilatçılığı ilə yazı müsabiqəsi keçirilib FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aprelin 8-də Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Könül Axundova, Fuad Cəbrayılov, rayonun təhsil müəssisələrinin rəhbərləri, məktəblilər iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb. 

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova qeyd edib ki, şagirdlər arasında böyük maraq doğuran “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsini hər kəs böyük səbirsizliklə gözləyir. Çünki Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın formalaşmasındakı misilsiz fəaliyyətinin və tariximizin şagirdlər tərəfindən daha dərindən araşdırılaraq öyrənilməsində bu müsabiqənin töhfəsi böyükdür. Şagirdlər Azərbaycan tarixinin ən qədim zamanlarından günümüzə qədər olan dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə ətraflı məlumatlanırlar. K.Axundova bildirib ki, müsabiqənin ilkin mərhələsində rayon ərazisində fəaliyyət göstərən 36 məktəbin iştirakı ilə təxminən 2 həftə ərzində 300-ə yaxın şagird məqalə hazırlamışdır. Həmin məqalələr tarix müəllimlərindən ibarət komissiya tərəfindən tam konfidensiallıq və şəffaflıq qorunaraq yoxlanılmışdır. Nəticədə 12 şagird rayon mərhələsinə keçid almışdır.

Tədbirdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının, 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin rəqs ansamblının, Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin şagird və müəllimlərinin çıxışları, şagirdlərin sehirli xalatla keçmişə qayıdaraq hökmdarlarla, xanlarla canlı bağlantı qurması və suallar verməsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Həmçinin, tədbirdə mövzularla bağlı videoçarx nümayiş olunub, eləcə də seçilmiş 12 şagird məqalə-yazılarını təqdim ediblər.
Təqdimatlardan və bədii hissədən sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək bildirib ki, müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlər arasında tariximizə, tarixi şəxsiyyətlərə diqqət və marağı artırmaq, onlarda elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaqdır. O, Azərbaycanın siyasi və dövlət xadimi Heydər Əliyevin tariximizin öyrənilməsi ilə yanaşı mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə olan qayğısından, eləcə də Ümummilli Liderin davamçısı olan Prezident cənab İlham Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə həyata keçirdiyi işlərdən və əldə olunan uğurlardan danışıb.

Sonda keçirilən referat-yazı müsabiqəsinin rayon mərhələsində fərqlənən şagirdlər rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub və mükafatlandırılıblar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Aprel 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri