Icma.az
close
up
RU
Yazıçı alim Sadıq Qarayevin əsərlərində azərbaycançılıq idealları mövzusunda silsilə tədbirlər keçirilib

Yazıçı alim Sadıq Qarayevin əsərlərində azərbaycançılıq idealları mövzusunda silsilə tədbirlər keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 5 noyabr, AZƏRTAC

Vətən müharibəsində Zəfərin 5-ci ildönümü münasibətilə Naxçıvanda Şərur rayonu Mədəniyyət evində, Naxçıvan Dövlət Universitetində (NDU) və AMEA-nın Naxçıvan bölməsində “Azərbaycançılıq məfkurəsi dövlətçiliyimizin və zəfərlərimizin işıqlı yoludur: yazıçı-alim Sadıq Qarayevin əsərlərində azərbaycançılıq idealları və qələbənin vəhdəti” mövzusunda tədbirlər keçirilib.

Bu barədə AZƏRTAC-a yazıçı-alim Sadıq Qarayev məlumat verilib.

Şərur rayonu Mədəniyyət evində baş tutan tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi dosent İlham Həsənov və yazıçı, biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev çıxış ediblər.

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında keçirilən tədbirdə kitabxananın direktoru filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədova yazıçının yaradıcılıq yolu, elmi fəaliyyəti barədə məlumat verib, həm elmi-fəlsəfi, həm də bədii üslubda yazdığı kitablarını görüş iştirakçılarına təqdim edib. Çıxışlardan sonra tələblərin və müəllimlərin sualları cavablandırılıb.

NDU-nun İnnovasiya Mərkəzində keçirilən tədbirdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Nicat Yaqubov azərbaycançılıq ideologiyasının mahiyyətindən danışaraq bildirib ki, bu məfkurə təkcə milli-mənəvi dəyərlərin qorunması deyil, həmçinin milli kimliyə və dövlətə bağlılığın qürurla ifadəsidir. Yazıçı-alimin kitabları isə dövlətçilik ideologiyasını hərtərəfli, zəngin və əsaslı təqdim edən etibarlı mənbələrdir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar “Alim-yazıçı Sadıq Qarayevin əsərlərində milli dövlətçiliyin elmi və bədii təsviri” mövzusunda, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli “Azərbaycançılıq məfkurəsi və qələbənin vəhdəti elmi idrakın və bədii təfəkkürün işığında” mövzusunda çıxış ediblər.

Həmçinin NDU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri dosent Nurlana Əliyevanın “Sadıq Qarayevin yaradıcılığında Qarabağ azadlığı: Tarixi Zəfərin izi ilə”, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi dosent İlham Həsənovun “Azərbaycançılıq məfkurəsinin tarixi zəfər romanları”, NDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri dosent Elburus Vəliyevin “Yazıçının dilində mental dəyərlərin təzahürü və üslub norması məsələləri” mövzusunda çıxışları dinlənilib.

Bildirilib ki, Sadıq Qarayevin əsərlərində azərbaycançılıq, dövlətçilik, milli qürur və zəfər ruhu bədii, elmi aspektlərdən təqdim olunub. Bu əsərlərə nəinki ədəbiyyatçılar, eyni zamanda, tarixçilər, filosoflar, dilçi alimlər müraciət edərək araşdırma və yeni tədqiqat işləri hazırlaya bilərlər.

AMEA-nın Naxçıvan bölməsində keçirilən görüşdə bölmənin sədri akademik İsmayıl Hacıyev, yazıçı-alim Sadıq Qarayev, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi dosent İlham Həsənov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Elxan Yurdoğlu və digər əməkdaşlar iştirak ediblər.

Görüşdə azərbaycançılıq ideallarının dövlətçiliyimizin möhkəmlənməsində, qələbələrimizdə rolundan bəhs edilib. Zəfərlərimizin gələcək nəsillərə və dünya xalqlarına çatdırıl =masında bədii ədəbiyyatın mühüm rolu vurğulanıb. Görüş iştirakçıları bu baxımdan Sadıq Qarayevin əsərlərini yüksək qiymətləndiriblər.

Tədbirdə elmin və ədəbiyyatın qarşılıqlı əlaqəsi, müasir Azərbaycan ədəbiyyatının elmi-nəzəri əsasları, Naxçıvanda aparılan elmi-tədqiqat işlərinin istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see159

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see151

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see149

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri