Icma.az
close
up
RU
Onun əsərlərində əlvan rənglərin rəqsi

Onun əsərlərində əlvan rənglərin rəqsi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük inkişaf yolu keçmiş Azərbaycan mədəniyyəti tarix boyu bütün düyaya səs-səda salmışdır. Bütün sənət sahələrində, o cümlədən rəssamlıqda böyük ustadlar yetişmiş, onlar da öz tələbələrinə yol göstərərək gələcəyin uğurlu rəssamlarını yetişdirmişlər. Bu gün bizim muzeylərimizi, qalereyalarımızı bəzəyən dahi rəssamlarımızın əsərləri ölkəmizə dörd bir yandan səfər edən xarici qonaqları,  ziyarətçiləri heyran edir.   

Böyük ustadlardan dərs alaraq bu günki incəsənətimizi təmsil edən olduqca istedadlı gənclərimiz də az deyil.  Onlardan biri də istedadlı rəssam Elnarə Xanlarovadır. Gəlin biraz onun həyat və ndan bəhs edərək bu sahəyə necə gəlməsindən söhbət açaq. 

Yaradıcılığı ilə diqqət çəkən Elnarə İslam qızı Xanlarova 28 dekabr 1987-ci ildə  Bakıda anadan olub. O, 1994-cü ildə Fikrət Tağıyev adına 72 saylı tam orta məkəbdə təhsil alıb. Qələm tutmağı, oxumağı, yazmağı öyrəndiyi bu məktəbdən 2002-ci ildə ayrılıb və Bakıxanov qəsəbəsi 1 saylı Bakı Peşə Liseyinə qəbul olunub. Hələ kiçik yaşlarından rənglərə böyük duyumu olan Elnarə rəssamlığa böyük maraq göstərib. 

O, rəssamlıq sənətinin sirlərinə bələd olmaq üçün rəssam Məzahir Rüstəmovdan rəsm dərsləri almağa başlayır. Böyük marağı olan bu sahədə uğurlara qədəm qoyqudca məqsədləri də artmağa başlayan gənc qız peşəkar rəssamlıq təhsili almağın vacib olduğunu düşünərək yeni addımlar atmağa başlayır. Beləliklə o, çox keçmədən, 2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” fakültəsinə “Rəssamlıq” ixtisası üzrə qəbul olunur. Akademiyada təhsil aldığı illərdə Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Arif Kazımov, Bəxtiyar Yusifov, Telman Abbasov kimi  rəssamlardan bu sənətin dərinliklərini öyrənir. 

Elnarənin uğurlu təhsil illəri ötdükcə vaxt gəlib çatır diplom müdafiəsinə. Gənc rəssam qız “Kino və televiziya” mövzusunu seçir. Bu yolda ona  kino, geyim və dekor sənətçisi,  Xalq Rəssamı rəssamı Mayis Ağabəyov böyük dəstək olur, yol göstərir. O, kino rəssamlığı haqqında bilmədiyi bir çox yeniliyə bələd olur. Viktor Hüqonun “Səfillər” romanını diplom müdafiəsi mövzusu   seçir. Böyük bir sevgi ilə çalışaraq uğurlu rəsm əsəri ərsəyə gətirir. Həmin tablo müəllim heyəti tərəfindən yüksək qiymətləndirilir. Bu uğur və Mayis Ağabəyovun ona güvənib dəstək olması gənc qızın bu sənəti həvəslə davam etməsində böyük rol oynayır. O, bir çox respublika bə ümumdünya sərgilərinə qatılır,   müxtəlif diplom və mükafatlara layiq görülür.  Beləcə, ölkə üzrə istedadlı rəssam kimi adını tanıtmağa nail olur. 

Elnarə Xanlarova gənc olmasına baxmayaraq, daim yaradıcılıq axtarışında olan,  öz dəst-xəttini qoruyan rəssamlardandır desək, yanılmarıq. İstər kağız üzərində çəkdiyi qrafik əsərlərdə, istərsə də kətan üzərinə həkk etdiyi yağlı boya, akril texnikalı əsərlərində bunu görüb hiss etmək olur. Kolorit zənginliyinə xüsusi diqqət yetirməsi diqqəti cəlb edir.     “Sübh çağı”, “Kəlağayı”, “Zəfər Tağı”,  “Avtoportret”, “Bahar müjdəli naturmort”, “Gövhərağa məscidi”, “Şərq Sənəmləri” , Çayxor”, “Sevgi nəğməsi”, “Ağoğlan monastırı”, “Balıqçılar evi “  və s. kimi bir çox əsərləri əlvan koloriti və maraqlı süjet xətti ilə seçilir. O, sadə və mürəkkəb kompozisiyalı əsərlər yaratmağa, rəsmlərində işıq–kölgə effektlərindən uğurla istifadə edə bilir. İstedadlı rəssamın çəkdiyi təbiət təsvirləri və insan obrazları şən əhval-ruhiyyəli, olduqca nikbin və gözəldir. 

Elnarə xanım bir müddət İçərişəhərdə yerləşən “Medina Gallery”də fəaliyyət göstərmişdir. Vaxt tapdıqca rəssam dostları ilə plenerlərə qatılaraq gördüyü canlı, füsunkar təbiətin gözəlliklərini, əlvan günəşi, göy üzünü, mavi buludları, yam-yaşıl ağacları zəngin rənglərin ahəngi ilə təsvir etməyi də unutmur. O, 2018-ci ildən etibarən bir çox festivallara qatılıb və “Başlanğıc” adlı kataloqu dərc olunaraq sərgisi keçilib. 

Özsənət yolunu tapmağı bacaran Elnarə Xanlarovanın əsərləri sözsüz ki, gələcəkdə çox gözəl qalereyaların, muzeylərin daimi ekspozisiyalarını bəzəyəcəkdir. 

Ziyarət Cabarova-Qəhrəmanova

Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi İşçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Mart 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri