Icma.az
close
up
RU
Yazıçı Əlisahib Əroğul VƏFAT EDİB

Yazıçı Əlisahib Əroğul VƏFAT EDİB

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Tanınmış nasir, Azərbaycan Yazıçılar birliyinin üzvü Əlisahib Əroğul (İsrafilzadə) vəfat edib.
Bu barədə Modern.az-a yazıçının yaxınları məlumat verib.

Əlisahib Əroğul 1948-ci il sentyabr ayının 10-da Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub. 1966-1971-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsində təhsil alıb. 1976-cı ildə isə Marksizm-Leninizm Universitetinin iqtisadiyyat fakültəsini bitirib.

Qarabağ müharibəsi veteranıdır.

Əmək fəaliyyətinə inşaatçı fəhlə kimi başlayıb. Sonra elmi işçi, müəllim, məktəb direktoru işləyib. 23 avqust 1993-cü ildə Cəbrayıl şəhəri işğal olunarkən ev-eşiyindən didərgin salınıb.
1993-1996-cu illərdə Azərbaycan Aqrar Ekologiya İnstitutunda prorektor, baş müəllim, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında böyük mühəndis, 1996-2000-ci illərdə Gəncə Gil-Torpaq İB-də iqtisadçı-mühəndis vəzifələrində çalışıb. 1994-2006-cı illərdə ictimai əsaslarla "Ekologiya" nəşriyyatının direktoru olub..

O, bir sıra publisistik yazıları ilə respublika mətbuatında çıxış edib. Ə.Əroğul bədii yaradıcılığa 80-ci illərindən başlayıb. "Osmanoğlu" adlı ilk mətbu hekayəsi 1989-cu ildə "Ulduz" jurnalında dərc edilib. 1990-cı ildə "Karvan" jurnalında "Dəli Salatın" povesti, 1991-ci ildə "Ulduz" jurnalında "Ovçu Cəbrayılın tulaları" hekayəsi çap edilib. 1991-ci ildə "Gənclik" nəşriyyatının buraxdığı "Mənim fikrim" kitabında "Göz görür, ağıl kəsirsə" publisist yazısı dərc olunub.  24 kitab müəllifidir.

Allah rəhmət eləsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Dekabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri