Icma.az
close
up
RU
Yazıçı tərcüməçi Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabı nəşr olundu

Yazıçı tərcüməçi Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabı nəşr olundu

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fantastik janrda yazılmış “Yerdələnin birinci mərtəbəsi” müəyyən məqamlarda gerçək həyatla səsləşir. Burada hadisələr yerin altında tikilmiş 100 mərtəbəli binada cərəyan edir. Əsərin qəhrəmanı azadlığa can atır, Yerdələndə dolaşan söz-söhbətə inanmır və ən əsası bədənindən sovrulub çıxarılan müəmmanı geri qaytarmağa çalışır.

Kitaba müəllifin retrospektiv tərzdə yazdığı daha bir povesti – “Axırıncı yol qəhvəxanası”, həmçinin üç hekayəsi daxil edilib. “Zərdabi Nəşriyyatı”nda dərc olunan povest və hekayələr toplusunun Ön söz müəllifi Qulu Ağsəsdir.

NƏSRİN ... MƏRTƏBƏSİ

“Diqqət, diqqət! Yupiterin atmosferinə daxil oluruq. Toqquşmaya hazır olun...” – Məmməd Məmmədli povestinin (qabaq uzun hekayəyə elə deyirdilər) əlyazmasını mənə çatdıranda gözüm ilk bu cümlələri aldı, ardınca müəllif bərk-bərk tapşırdı ki, əsəri başdan ayağa deyil, ayaqdan başa (!) nəzərdən keçirim. “Qarabasma” janrında qələmə alınmış “Yerdələnin birinci mərtəbəsi” mənə elmi-fantastik-bədii nümunədən daha çox pandemiya günlərini xatırlatdı və özümü yenidən dörd divar arasına məhkum elədim:

“Bu dəmdə,

Quşlar səkidə gəzir,

Adamlar damda...”

Məmmədin yaratdığı əsas obraz torpağın altından üstünə can atır, Günəşi, səmanı, yeri görmək istəyir. 

Eynilə karantində: 

doğmalarını, 

həyət-bacanı, 

çayxananı, 

hətta sevmədiklərini belə, 

bağrına basmağa təşnə olan COVID-19 məhbusları kimi!

Təsadüfdü, ya nəydisə, mərhum alimimiz Arif Əmrahoğlunu xatırladım. Daha doğrusu, onun dilimizdə “hördüyü” “Yeddinci mərtəbə”ni: 

adi bir mərəzdən ötrü (yaxşı tanımadığı) şəhər xəstəxanasının yeddinci mərtəbəsində yüngülcə müalicə alan, 

hər dəfə bir bəhanəylə aşağı endirilən, 

hər qatda sağlıq durumu daha da pisləşən, 

birinci mərtəbədə həyatla vidalaşan qəhrəmanın 

(bəlkə qorxağın?!) 

hekayəti başdan-ayağa 

(bu dəfə ayaqdan başa yox!) 

rəmzlərlə nağıl olunduğundan uzun müddət onun təsirindən çıxa bilməmişdim.

Söhbət Dino Butsatidən gedir. İtalyan yazıçısından.

Məmməd Məmmədli bu hekayənin astarını yazıb.

Amma Məmməd italyan deyil. İspandı.

Ciddi deyirəm.

Onun gözəl tərcümələri var. “Ulduz” jurnalında da dərc eləmişik, ayrıca kitab kimi də! “Ulduzlu nəşrlər” seriyasında gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin ispandilli ədiblərin yaradıcılığından çevirdiyi əsərləri “Ay işığı” adı altında çapa vermişdik. 2019-cu ildə “Ay işığı” kimlərin üzünə düşməmişdi:

X.Serkas,

Q.Bekker,

V.İbanyes,

X.Rulfo...

Gördünüzmü, Məmməd həqiqətən ispandı.

Tərcüməçi-yazıçı indi defisin yerini dəyişib: yazıçı-tərcüməçi olur. 

Olsun. 

Yeni kitabını oxumağa dəyər. 

Mən bir əsərindən danışdım, siz hamısına baxarsınız. 

Kitaba dikiləndə nəzər nöqtəsi dəyişir.

Məmmədə bircə iradım var. Adı soyadındandı. Növbəti kitabda nəhayət ki, özünə təxəllüs götürsün. 

Vəssalam.

Nəsrin ... mərtəbəsinə xoş gəldin!

Qulu AĞSƏS

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri