Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Yazıçılar niyə Qarabağ müharibəsindən roman yazmır? Orxan Saffari yazır...

Yazıçılar niyə Qarabağ müharibəsindən roman yazmır? Orxan Saffari yazır...

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Qarabağ müharibəsindən sonra ədəbiyyata aid olsa da, daha çox siyasi cameədə yazıçılara qarşı bir irad var:

“Yazıçılar müharibədən roman yazmır!”

Yaxud, “Niyə roman yazmırsınız?”

Özü də, iradların intonasiyası elə olur, sanki “Erməni dəyirmanına su tökürsünüz, qələbəmizi gözünüz götürmür!” deyilir.

Bəs bu irad nə qədər haqlı iraddır?

Əvvəla, müharibə haqqında mənasız, adı belə adama heç nə deməyən yazıçılar həm də elə mənasız-mənasız romanlar yazıblar. Fəqət o romanlar ədəbiyyat olmadığı üçün, daha çox xronologiya, daha çox “Biz eləyik, biz beləyik” xətti olduğu üçün oxunmur da, maraqlı da gəlmir.

Üstəlik, ciddi bir yazıçıdan qələbə haqqında roman gözləmək, bir qədər də ədəbiyyatı bilməməkdir. Lap üstəlik, müharibə haqqında sənət tarixən də müharibədən uzun illər sonra yaranan hadisədir. İndiyədək tarixdə baş verən müharibələrə və onlar haqqında yazılan romanlara baxanda mənzərə aydın olur.

O da var, müharibə romanları da, filmləri də adətən, qələbədən yox, məğlubiyyətdən yaranan bir hadisədir. Qələbə haqqında nə yazmalı? Onsuz da, hər şey dünyanın gözü qarşısındadır. Məgər dövlətin olanları təkrarlamağa ehtiyacımı var? Yazıçı nə etsin, desin, filan vaxtı ordu filan yerə girdi, filan şey oldu, filan cür etdik? Yazıçının və ədəbiyyatın nə olduğunu bilməyən adamlar bu cür rahat danışmaq cəsarətini haradan tapırlar?

Məsələn, dünyada qələbədən yazılmış həqiqətən ciddi ədəbiyyat, ciddi sənət olan cəmi bir roman belə varmı? Cəmi bircə film belə çəkilibmi? Əlbəttə, yoxdur.

Bu cür romanlar yazılsa belə, ancaq və ancaq konyuktura ola bilər. Müharibə haqqında roman yazmaq baş verənləri tərənnüm etmək deyil, müharibənin həm də kulisini yazmaqdır. Əgər Azərbaycanda hələ çox uzun illər kimsə müharibənin başqa tərəflərini yazsa, çox yəqin, ömür uzunu “Vətən xaini” adı ilə damğalanacaq.

Məsələnin siyasi tərəfi isə budur:

Doğrudan da, kimlərsə yazıçıya sifariş verirsə, tələb edirsə, onun qarşılığı da olmalıdır.

Niyə daha çox siyasi konyukturaya hesablanan məsələlər Xalq yazıçılarından tələb olunmur?!

Məsələn, var Azərbaycan Yazıçılar Birliyi adlı qurum, var onun üzvləri, var oradan yararlanan adamlar. Məgər, bunu onlardan tələb etmək doğru olmazmı? Yoxsa, kitabını çap etdirə bilməyən, qonorarsız yazılar yazan, məişət qayğıları içində boğulan, sürünən bir yazıçı niyə, hansı emosiya, hansı istəklə müharibə haqqında roman da yazacaq?!

Əgər dövlət evi də, vəzifəni də, maddiyyatı da daha çox yaza bilməyən adama verirsə, verdiyindən açıq kontekstlə tələb edə bilmirsə, bunların fonunda yaza bilən acından ölürsə, hansı romandan söhbət gedə bilər?!

Son olaraq, məsələ təkcə müharibədirsə, bunun ədəbiyyat tərəfi “Biz eləyik, beləyik” deyil, bunun ədəbiyyat tərəfi həm də müharibədən sonra diqqət və qayğı görməyən, sürünən qazilərin talehidir.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Yanvar 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri