Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Biz niyə əxlaqsızıq? Orxan Saffari yazır…

Biz niyə əxlaqsızıq? Orxan Saffari yazır…

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sözsüz, sonda deyiləni əvvəldə demək hər zaman faydalıdır.

Ol səbəb, belə demək olarsa, insanın əxlaqı olmur, əxlaq adı altında məcburiyyətləri və bu məcburiyyətlərdən doğan vərdişləri olur.

Ümumiyyətlə, insan tarixinə nə qədər dərindən baxsaq, o qədər aydın görünür: əxlaq deyilən anlayış insanın təbii halından yox, onun məcburiyyətlərindən doğub. Dolayısı ilə, insan hər zaman ibtidaidir: yarpağa bürünürdüsə, indi mənəvi pərdələrə bürünür.

Biz əxlaq deyəndə çox vaxt elə bilirik, bu, insan vicdanının, daxili səsinin, metafizik “yaxşılıq iradəsinin” nəticəsidir. Ancaq əxlaq daha çox instinktiv qorxu, sosial təzyiq və cəza mexanizmlərinin mədəni qatlar altında gizlənmiş formasıdır.

Əxlaq insanın içindən gəlmir, insanın üstünə qoyulur.

İnsan doğulduqda əxlaqı yox idi, ona əxlaqi sayılan davranışlar öyrədildi. Məsələn, “bunu et”, “bunu etmə”, “belə danışma”, “bunu demək olmaz”.

İnsan “yaxşı” olduğuna görə yox, “pisin nəticəsindən qorxduğu” üçün itaət edir.

Əlbəttə, məhz vərdişə çevrilmiş qorxuya isə sonradan mənəviyyat, əxlaq adı verildi.

Nitşe deyirdi: əxlaq güclülərin yox, gücsüzlərin ixtirasıdır.

Bəlkə, əxlaq güclünü cilovlamaq, zəifi isə qorumaq üçün uydurulub?

Obrazlı desək, əslində, əxlaq güc münasibətlərinin romantikləşdirilmiş formasıdır.

Kim kimin üzərində hökm edəcək?

Kim nəyi etməyə cəsarət edəcək?

Bu səbəbdir, tarix boyu əxlaq adı ilə idarə olunan kütlələr, əxlaqdan azad güc sahibləri tərəfindən yönləndirildi.

Axı o da məlum, insan özünü qoruma instinkti ilə yaşayır. Yəni məsələn, sevdiyi üçün yaxşılıq etmir, özünü təhlükədən, tənha qalmaqdan, cəzalanmaqdan, daxili boşluqdan xilas etmək üçün edir.

Əxlaq insanın ixtirası yox, bəhanəsidir.

O, öz eybəcərliyini örtmək üçün bütün sözləri icad edib: vicdan, dəyərlər, mənəviyyat. Halbuki insanın içində olan nə nurdur, nə də ali məqsəd. Orada yalnız qorxu və ehtiras var.

Adətən, qorxaq insanın mütiləşməyi də əxlaq hesab edilir.

Ümumiyyətlə, qorxudan azad olan əxlaqdan da azaddır.

İnsani sistem bir az da belədir: Üsyan edə bilməyən itaətini “mənəvi yol” adlandırır.

Qaydalar bu məqamda güclünün əlində qılınc, gücsüzün əlində qandaldır.

Bir sözlə, əxlaq supereqodur, “olmaz”ların toplandığı psixoloji qəlibdir.

İnsan doğulanda “mən” var idi, “biz” yox.

O, ehtiyaclarının əsiri idi: aclıq, qorxu, sahib olma impulsu. Sonra cəmiyyət ona “istəklərini cilovla” instinkti yüklədi. Nəhayətində insan itaət etdi, çünki yaşamaq üçün buna məcbur idi.

Məcburiyyətdən doğan davranış təkrarlananda isə ona “xasiyyət” deyildi.

İnsan əxlaqlı doğulmadı, əhlilləşdirildi.

Adına əxlaq, mədəniyyət qoyulan bu akt isə, sadəcə, gerçəkdə bir psixoloji təslimiyyətdir.

Belə demək olarsa, əxlaq daxili azadlıqdan yox, xarici təzyiqdən törəyir.

Bütün hallarda insan bəşəriyyəti sevmir. O, sadəcə təkliyindən qorxur. Bu məqamda yaxşılıq belə sürü fəaliyyətidir.

Təklikdə isə insan özü ilə üz-üzə qalır və orada əxlaq yoxdur: yalnız özün qorumaq istəyən bir varlıq və intəhasız bir boşluq var.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Noyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see283

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see254

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see208

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see168

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see152

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see147

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see135

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see134

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see129

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri