Icma.az
close
up
RU
Yazıçıları təhqir edir, Məleykə xanım özü imtahan versin sonra... Vahid Əzizdən sərt sözlər

Yazıçıları təhqir edir, Məleykə xanım özü imtahan versin sonra... Vahid Əzizdən sərt sözlər

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin son çıxışı ətrafında müzakirələr davam edir. Belə ki, o, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlərini Azərbaycan dili imtahanından keçməyə dəvət edib. Sədrin bu sözləri birmənalı qarşılanmayıb.

Sitat: “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platforması bizə şəxslərin Azərbaycan dili ilə bağlı biliklərini yoxlamağa imkan verəcək. İstəyərdim ki, Yazıçılar İttifaqının üzvləri də bu prosesdə iştirak etsinlər. Data üçün bizə 2000 nəfərin iştirakı lazımdır”.

Globalinfo.az-a danışan Xalq şairi Vahid Əziz təklifin yanlış olduğunu bildirib.

Onun fikrincə, bu, yazıçıları təhqir etmək kimi başa düşülür:

“Məleykə Abbaszadə özü Azərbaycan dilində olmayan “platforma”, “qlobal” və sair sözlərdən istifadə edir. Yaxşı olardı, dilimizin qorunması üçün yazıçılardan əvvəl reklam şirkətlərini, televiziya kanallarını imtahana cəlb etsinlər. DİM sədri də daxil olmaqla, dilimizə yad sözlərdən istifadə edən hər kəs buna qoşulmalıdır. Həmçinin dilçilərin də bir qismi bu sırada yer almalıdır. Bildiyimə görə, hörmətli dilçi akademiklərimiz və  Dövlət Dil Komissiyası Azərbaycan dili lüğətindən 20 min sözü çıxarıb. Səbəb isə bilinmir. Məleykə Abbaszadənin dedikləri təhlükəlidir. Sabah deyəcəklər ki, guya ölkəmizdə millətçilik prosesi başlayıb və hər kəs imtahana məcbur edilir. Bu hal Ukrayna, Belarusda da olmuşdu. Onlar ana dilindən imtahan verilməli olduğu barədə qərar qəbul etmişdilər. Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri müxtəlif qurumlarda çalışırlar. Əksəriyyəti təbii olaraq, dilimizi yaxşı bilmir. Aqibətləri necə olacaq? Hər hansı xalq üçün ən böyük təhlükə millətçilik siyasətidir. Məleykə Abbaszadənin dediyindən də millətçilik qoxusu gəlir. Bu, Azərbaycanı fəlakətə aparan durumdur və yol vermək olmaz”.

Vahid Əziz deyib ki, son illər tanınmış adamlar təhqir və mənasız məsələlərdə ittiham edilir:

“AYB sədri Anar Rzayev başda olmaqla, yazıçılarımız toplanmalı, DİM sədri ora dəvət edilməli və məsələ ilə bağlı bəyanat verilməlidir. Vaxtında addım atılmasa, Azərbaycan ədəbiyyatı tapdalancaq, hörmətdən düşəcəyik. Əvvəl televiziya kanallarına şairləri, yazıçıları dəvət edərdilər, ədəbiyyatdan danışardıq. Bu gün AZTV-dən başqa bunu edən yoxdur. Digərlərində müğənnilərə 1,5 saat vaxt ayırırlar, onlar da keyfiyyətsiz mahnılar ifa edir. Lakin Xalq şairi Vahid Əzizə “15 dəqiqə şeir oxuyub gedin” deyirlər. Məleykə Abbaszadənin dedikləri ilə ciddi şəkildə məşğul olmaq, görkəmli şəxsiyyətlərin təhqirinə son qoymaq lazımdır. Azərbaycan dilindən imtahan vermək təklifi dövlətimizə qarşı təxribatdır. Bunu edən səhvə yol verir. Özləri hələ dilimizi öyrənsinlər, sonra bizimlə danışarlar”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri