Icma.az
close
up
RU
Yazıdan jurnalistin imzasının qoxusu gəlməlidir

Yazıdan jurnalistin imzasının qoxusu gəlməlidir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi


Hələ ki Azərbaycanda süni intellektin canlı və peşəkar jurnalistikanı əvəz edəcəyi real deyil

İnformasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı bütün sahələrdə olduğu kimi jurnalistika sahəsində də öz təsirini göstərir. İKT və təbii dilin təkamülü nəticəsində ənənəvi xəbər istehsalı dəyişərək, yeni imkanlar əldə edib. Artıq proqram təminatının köməyi ilə avtomatik şəkildə mətni baza məlumatlarından təbii dilə çevirmək mümkündür. Xəbərlərin avtomatik, multimedia resurslarının imkanlarından geniş istifadə olunaraq yaradılması bir ənənə halını almaqdadır. Yavaş- yavaş mətn, şəkil, audio və videofaylların hazırlanması və emalı süni intellekt (Sİ) vasitəsilə həyata keçirilir. 


Sİ müasir jurnalistikanın bütün sahələrinə geniş tətbiq olunur da demək olar. Əsasən mətn tipli məlumatların intellektual analizi, multimedia resurslarının avtomatik aşkarlanması, toplanması, müəyyən formata gətirilməsi və digər optimallaşma məsələlərində Sİ böyük əhəmiyyətə malikdir. Sİ əsasında hazırlanan xəbərlərdə qərəzlilik, reklam və şəxsi rəğbət izlərinin olmaması süni intellekt texnologiyalarına əsaslanan jurnalistikanın (SİT-jurnalistika) əsas xarakterik cəhətidir. Digər tərəfdən, xəbərin hadisənin baş verdiyi yerdə avtomatik hazırlanması və yayımlanması imkanı SİT jurnalistikada əsas işin jurnalist tərəfindən deyil, alqoritm tərəfindən görüldüyünü müəyyən edir. SİT jurnalistika ictimaiyyətin maraqlarına xidmət etmək potensialına malikdir, lakin fərdi məlumatların təhlükəsizliyi, xəbərlərdə şəffaflıq və hesabatlılıq məsələləri daxil olmaqla informasiya təhlükəsizliyində böyük problemlər yaradır.


Onu da deyək ki, texnologiyaların geniş tətbiqi informasiya mühitini mürəkkəbləşdirməklə yanaşı, dezinformasiyanın əhatə dairəsini önəmli dərəcədə genişləndirir, bu da cəmiyyətdə yanlış məlumatların artmasına səbəb olmaqla, insanların düzgün informasiya əldə etməsini çətinləşdirir. Qeyd olunan kontekstdə sözügedən məsələlərə uyğun həll yolları tapmaq üçün beynəlxalq əməkdaşlıq və effektiv tənzimləmə mexanizmlərinin yaradılması vacib hesab edilir. 

Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, məlumatlandırma işi, informasiya istehsalı tarixən texnoloji tərəqqi ilə bağlı olub. İndi də belədir. Rəqəmsal transformasiya, onlayn informasiya resurslarının inkişafı, sosial media platformalarının çoxalması yaşadığımız dövrdə informasiya axınını sürətləndirir: “Modern texnologiyalar təkcə həvəskar xəbər istehsalçıları üçün deyil, peşəkar media təmsilçiləri, jurnalistlər üçün də şərtləri dəyişir. Xüsusi olaraq “Süni intellekt” (Sİ / Aİ) bu sahədə hüdudsuz imkanlar təqdim edir. O, faktları axtarmaq, məlumat toplamaq, reportaj hazırlamaq, ideyaların yayılmasını təmin etmək işində yeniliklər yaradır. Təkcə məlumatı tapmaq deyil, mətn qurmaq, dizayn etmək prosesində də rol alır. Bu kontekstdə yanaşsaq, son dəyişikliklər jurnalistikada texniki imkanlarla yanaşı, həm də iş mühitini, sosial şərtləri əsaslı şəkildə dəyişir. Bir sözlə, “Süni intellekt” qlobal informasiya landşaftında inqilabi dəyişikliklərə yol açır. 

Bütün bu üstünlüklərlə yanaşı, “Süni intellekt” etimadlı informasiya əldə etmək hüququ baxımından problemlər yaradır. Rəqəmsal texnologiyalar dövründə gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. “Yanlış xəbər”, “saxta xəbər”, “dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir. Analitik mərkəzlər qeyd edirlər ki, “saxta xəbər”in qlobal informasiya dövriyyəsində gündəlik çəkisi 45–80 faiz aralığında dəyişir və dünya üçün ən aktual problemlərindən birinə çevrilir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir: “Saxta xəbər”, “dezinformasiya” dünya üçün fəlakətə çevrilir”. Odur ki, peşəkar media etimadlı məzmun yaratmaq üçün “Süni intellekt”(AI) vasitələrindən istifadə edərkən, proqram tərəfindən təqdim edilmiş məzmunu təkrarən nəzərdən keçirməli, onun həqiqiliyini yoxlamalı, məsuliyyətli davranmalıdır. Həmçinin məzmun yaradarkən “Süni intellekt” alətlərindən istifadə etdiyini oxucuya çatdırmalı, ictimaiyyəti xəbərdar etməlidir”.

M.Ələsgərli deyib ki, “Süni intellekt” alətlərindən istifadə edilməsi yönündə diqqət çəkən ikinci məqam müəllif hüquqlarının pozulmasıdır. Proqram, adətən, jurnalistə təqdim etdiyi hazır mətndə faktların mənbəyini göstərmir, gerçək müəllifə istinad etmir. Beləliklə, müəllif hüquqlarının pozulmasına yol açır. Təsnifatda əks olunan digər 8 istiqamətin hər biri eyni formada aktualdır, həll edilməsi zəruridir. Yaranmış durum beynəlxalq jurnalist təşkilatlarının diqqətini çəkib. Problemin aradan qaldırılması yönündə fəaliyyətə başlayıb. 2023-cü il noyabrın 10-da “Süni intellekt və jurnalistika üzrə Beynəlxalq Xartiya” hazırlanaraq imzalanılıb. Bu xartiya jurnalistlərin, redaksiyaların və media orqanlarının öz işlərində süni intellektdən istifadə qaydalarını müəyyən edir. 10 maddədən ibarət olan xartiya “süni intellekt”in peşəkar media mühitinə təsirini detallı şəkildə əks etdirir. Problem və onun aradan qaldırılması üzrə aydın təsəvvür yaradır, onların aradan qaldırılması üçün istiqamət verir. Artıq bəzi ölkələrdə “Süni intellekt və media” üzrə Beynəlxalq Xartiyaya istinad edilərək, milli versiyalar hazırlanıb və qəbul edilib. Estoniya, Serbiya və digər ölkələr tərəfindən bu sahədə nümunə göstərilib. 


“Yenisabah.az"saytının baş redaktoru Seymur Verdizadə isə “Sherg.az”a süni intellektin jurnalistikaya təsir etmə gücündə olmadığını vurğulayıb: 

“Artıq müasir dünyanın bir parçasıyıq, yəqin ki, gələcəkdə bu təcrübə bizim ölkəmizdə də tətbiq olunacaq. İnformasiya texnologiyaları ilə uyğunlaşmaq çətindir. Hesab edirəm ki, yazıdan jurnalistin imzasının qoxusu gəlməlidir. Yazıdan insan ətri gəlməlidir. Yazıda canlılıq olmalıdır. Süni intellektin canlı və peşəkar jurnalisti əvəz edəcəyini düşünmürəm. Süni intellektin məndən və jurnalist dostlarımızdan yaxşı yazacağına inanmıram. Dünyada bir inkişaf var, bəzi proselər gedir. Müəyyən işləri görə bilərlər, onlara etibar etmək olar, amma hər halda mən eyni zamanda oxucu kimi yanaşıram məsələyə. Mən canlı insan nəfəsi duymaq istəyirəm yazılarda. Yazı və məqalələrin arxasında bir insan dayanmalıdır. Onsuz həyatımız başdan-başa süniliklər üzərində qurulub. Heç olmasa, imzamızı əlimizdən almasınlar. Məncə, süni intellektin ortaya qoyacağı yazı ruhsuz olacaq. Ən azından yaxın 10 ildə süni intellektin peşəkar jurnalistləri əvəzləyəcəyinə inanmıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Yanvar 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri