Icma.az
close
up
RU
Yediyiniz gübrəli çiyələk təhlükəlidirmi? Ekspertdən XƏBƏRDARLIQ

Yediyiniz gübrəli çiyələk təhlükəlidirmi? Ekspertdən XƏBƏRDARLIQ

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Hazırda paytaxtın bir çox mağazalarında və meyvə-tərəvəz dükanlarında çiyələk satılır. Normalda bu aylarda satılan çiyələk mövsüm zamanı satılan qiymətdən bir qədər baha olur. Lakin hazırda mağazalarda çiyələyin qiyməti demək olar ki, mövsüm qiymətinə satışa qoyulub.

Bəs hazırda satılan çiyələklərin sağlamlıq üçün təhlükəsi varmı?

Redaktor.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirdi ki, meyvə və tərəvəzlərin, xüsusilə də giləmeyvələrin öz mövsümündə istehlak edilməsi sağlamlıq baxımından ən doğru yanaşmadır:

"Bu səbəbdən hər bir kənd təsərrüfatı məhsulunu məhz yetişmə vaxtında almağa çalışmaq lazımdır. Günümüzdə satışda olan və mövsümündən çox əvvəl yetişdirilən çiyələklərdə məhsuldarlığı artırmaq və sürətli yetişməni təmin etmək üçün həddindən artıq gübrə və kimyəvi maddələrdən istifadə olunur. Diqqət yetirdikdə görmək olar ki, bu növ çiyələklər adətən eyni ölçüdə, eyni parıltıda və vahid formada olur. Halbuki təbii şəraitdə, bağ və bostanlarda yetişən çiyələklər müxtəlif ölçülərdə bəzən kiçik, bəzən orta və ya iri olur".

Onun sözlərinə görə, istixana şəraitində yetişdirilən bu məhsullarda istifadə olunan gübrələrin dozası və kimyəvi maddələrin miqdarı ciddi suallar doğurur:

"Prosesin mütəxəssis nəzarəti altında, yoxsa təsərrüfat sahiblərinin subyektiv qərarları ilə həyata keçirilməsi qaranlıq qalır. Bir çox hallarda süni yolla yetişdirilən bu çiyələklərdə meyvə dadı hiss olunmur, əksinə, istifadəçilər onlarda kimyəvi maddə qoxusu və dadı duyduqlarını bildirirlər. Mütəxəssis rəyi və elmi əsaslandırma olmadan tətbiq edilən gübrələr istehlakçıların sağlamlığını birbaşa təhlükə altına atır. Sıradan bir insanın mütəxəssis məsləhəti olmadan hansı gübrənin nə dərəcədə keyfiyyətli və ya effektiv olduğunu müəyyən etməsi çətindir. Dövlət tərəfindən kənd təsərrüfatının inkişafı üçün hər cür şərait yaradılır, sahibkarlar vergilərdən azad edilir və müxtəlif subsidiyalar ayrılır. Lakin bu imtiyazlar insanların sağlamlığını riskə atmaq bahasına olmamalıdır. Bu baxımdan, mövsümündən əvvəl satışa çıxarılan kənd təsərrüfatı məhsullarının Qida Təhlükəsizliyi Agentliyinin və müvafiq İnstitutun laborator analizləri və rəsmi rəyi olmadan bazara çıxarılmasına icazə verilməməlidir. İnsan sağlamlığının qorunması üçün bu növ məhsulların satışı yalnız ciddi mütəxəssis nəzarətindən keçdikdən sonra mümkün olmalıdır".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Aprel 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri