Icma.az
close
up
RU
“Yeganə səbəbi bu sualın mənə verilməməsi olub” (MÜSAHİBƏ)

“Yeganə səbəbi bu sualın mənə verilməməsi olub” (MÜSAHİBƏ)

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun “FutbolPress“ə müsahibəsi:

– Səhhətiniz necədir?
– Təşəkkür edirəm sualınıza görə. Səhhətim yaxşıdır, stabildir. Reabilitasiya davam edir. 3-4 aya əməliyyat olmağım planlaşdırılır. Həkimlər hər şeyin qaydasında olduğunu bildirirlər. Sadəcə əməliyyatdan daha yaxşı nəticə əldə etmək üçün bir az da səbr etməyi məsləhət gördülər.

– İşə tam adaptasiya olmusunuzmu?
– Bəli, tam adaptasiya olmuşam. Artıq 10 aydan çoxdur ki, daimi işdəyəm. Sadəcə azca çətinliyim stadionlara getməklə bağlıdır. İstənilən halda fizioterapiyalara uyğun gəldikcə maksimum şəkildə gedirəm. Bəzən üst-üstə düşür. Elə olur ki, arada həkimlərdən icazə alıb oyunları izləməyə gedirəm.

– 2024/25 mövsümünü həm Premyer Liqa, həm Kubok yarışı baxımından dəyərləndirərdiniz…
– 2024/2025 mövsümü Premyer Liqada da, Azərbaycan Kubokunda da gərgin mübarizəylə yadda qaldı. Çox maraqlı oyunlar izlədik, yaxşı qollar gördük. Baxmayaraq ki, “Qarabağ” komandası Premyer Liqada sona 4 tur qalmış çempionluğu rəsmiləşdirdi, bununla belə finişə kimi maraqlı oyunlara şahidlik etdik. Xüsusi olaraq Azərbaycan Kubokunun finalını qeyd etməliyəm, çoxdandır finalda son dəqiqəyə qədər intriqanın davam etdiyi, gərgin final izləmirdik. Hər kəs kimi, mən də son dəqiqələrdə artıq “Qarabağ”ın qələbəsini təxmin etdiyim halda, “Sabah” əzmkarlıq göstərərək oyunu dəyişdi və tarixində ilk titulunu qazandı. Finalın açılış mərasimi PFL komandasının işi baxımından məni çox sevindirdi. Komandamız, məncə, daha bir uğurlu iş sərgilədi. Oyundan sonra xeyli təşəkkür almağım da bunun təsdiqi idi. Diqqət göstərən, dəyər verən hər kəsə bir daha təşəkkürümü çatdırmaq istəyirəm.

“Bütün nöqsanlar qeyd edilərək klublara təqdim olunub”

– “İmişli” və “Karvan” Premyer Liqaya yüksəlsə də, növbəti mövsümün başlamasınadək şəraitləri tam hazır olmaya bilər. Bu işlərdə son vəziyyət nə yerdədir?
– Peşəkar Futbol Liqası hər iki klubla daim əlaqədədir. Bildiyiniz kimi biz tərəfdən hər iki klubun həm infrastruktur, həm də idarəetmə cəhətdən təftişi baş tutub. Bütün nöqsanlar qeyd edilərək klublara təqdim olunub. İnanırıq ki, yaxın zamanda bu nöqsanlar klublar tərəfindən aradan qaldırılacaq. Eyni zamanda unutmamalıyıq ki, İcraiyyə Komitəsi tərəfindən bəzi məsələlərlə bağlı bu iki kluba möhlət verilib.

– Bu il sanki hakimlikdən daha çox şikayət oldu. Kubokun yarımfinalında da, finalında da qalmaqal yarandı. Bu məsələlər barədə PFL olaraq hansı fikirləriniz var?
– Hakimlərlə bağlı çox danışmaq istəməzdim. Təbii ki, biz də istərdik ki, hakimlərin idarəçiliyi yüksək səviyyədə, səhvlər isə minimum olsun. Ancaq real yanaşsaq, bu təkcə bizim yox, dünya futbolunun problemidir. Baxmayaraq ki, bir neçə ildir dünyada VAR sistemi tətbiq olunur, yenə də ciddi səhvlərlə qarşılaşırıq. Peşəkar Futbol Liqası olaraq bizim üçün ən əsası odur ki, hakim səhvləri qərəzli olmasın.

“Hər birimiz əlimizi daşın altına qoymalıyıq”

– AFFA-nın ölkə futbolunun inkişafı ilə bağlı strategiyasıyla tanışsınız yəqin. Bu barədə fikirlərinizi bilmək istərdik. Sizcə, 2028-ci ilədək icra etmək alınarmı?
– İnkişaf Strategiyası ilə bağlı Peşəkar Futbol Liqası olaraq geniştərkibli təklifimizi rəsmi olaraq təqdim etmişik. Əlbəttə, İnkişaf Strategiyasının yekun versiyası ilə tanışam, çox diqqətlə oxumuşam. Fikrimcə, onu icra etmək üçün bizə həm ciddi vəsait, həm əlavə peşəkar kadrlar, həm də zaman lazım olacaq. Hər birimiz əlimizi daşın altına qoymalıyıq.

– Ümumiyyətlə, sizin PFL prezidenti postuna gəlişiniz haqda müxtəlif hipotezlər mövcuddur. Haçansa bu haqda ətraflı danışdığınızı xatırlamıram. Bəlkə detallı açıqlayasınız?
– Sizinlə razıyam, bu haqda ətraflı heç vaxt danışmamışam. Bunun isə yeganə səbəbi bu sualın mənə verilməməsi olub. Ölkədə VAR sisteminin tətbiqinə cavabdeh olmuşam. Məsuliyyətli və ağır layihə uğurla bitdikdən sonra namizədliyim irəli sürülüb və klublar tərəfindən PFL prezidenti seçilmişəm.

“İnanmıram ki, Ramin müəllim bizdən şikayət etsin”

– PFL-in ilk prezidenti Ramin Musayevlə münasibətlər nə yerdədir?
– Ramin müəllimlə münasibətlərim çox yaxşıdır. Həmişə qeyd etmişəm ki, Ramin müəllim çox böyük işlər görüb və PFL-in ən çətin vaxtlarında bu qurumu idarə edib.

– Son müsahibəsində laqeydlikdən şikayətlənib. Kubokun finalına dəvət edilmədiyini bildirib…
– İnanmıram ki, Ramin müəllim bizdən şikayət etsin. Sadəcə, kubokun finalına dəvətnamələr finaldan iki gün öncə göndərilib. Ola bilsin ki, müsahibə verən zaman bizim dəvətnaməni hələ almayıbmış.

– Klublar illik büdcəni ictimaiyyətə açıqlayır. PFL də büdcəsini açıqlayacaqmı?
– Bizim büdcəmiz əsasən sponsorlardan, legioner futbolçulara görə üzvlük və cərimə gəlirlərindən formalaşır. Büdcəmizin illər üzrə dəyişkən olması səbəbindən konkret rəqəmləri açıqlamasam da, onu deyə bilərəm ki, Peşəkar Futbol Liqasının fəaliyyəti tam olaraq ehtiyaclara uyğun planlaşdırılır və gəlirlərə uyğun xərcləmə prinsipi ilə işləyirik. Bizim üçün əsas məqsəd resursları düzgün bölüşdürmək və futbolun inkişafına yönəltməkdir. Bildiyiniz kimi, İcraiyyə Komitəsi tərəfində yerli futbolçuların heyətdə yer almasının stimullaşdırılması üçün qərar qəbul olunub. Yerli futbolçulara daha çox şans verən komandalara əlavə maliyyə dəstəyi olacaq. Və bu dəstək vəsaiti də legioner futbolçulara görə PFL-ə ödənən üzvlük haqlarından formalaşacaq. Bundan əlavə aşağı liqa komandalarına da büdcəmiz imkan verdiyi qədər dəstək verməyə çalışırıq.

“Layihələrimiz, ideyalarımız çoxdur”

– Bir çox ölkələrdə PFL-ə oxşar təşkilatlar kommersik formatdadır. Müstəqil maliyyələşirlər, bir çox sponsorları olur. PFL-in neçə sponsoru var?
– Bildiyiniz kimi, Peşəkar Futbol Liqası ictimai birlikdir, ona görə də heç bir kommersiya fəaliyyəti göstərə bilməz. Amma elə hallar olur ki, bilet satışından və ya reklamdan maliyyə əldə edirik. Təbii ki, həmin maliyyə futbola xərclənməlidir və belə də olur. Məlumdur ki, əsas sponsorumuz Mislidir. PFL marketinq departamenti hər zaman yeni sponsorlar axtarışındadır və müxtəlif mövsümlərdə fərqli sponsorlar cəlb olunmuşdu. Hər kubokun finalında da bir neçə şirkətlə əməkdaşlıq edirik.

– İstədiyiniz layihələri icra edə bilmisinizmi? Hələ reallaşdıra bilmədiyiniz hansısa layihəniz varmı?
– Layihələrimiz, ideyalarımız çoxdur. Sadəcə hər yerdə olduğu kimi, bizdə də bu layihələri icra etmək üçün ciddi vəsait lazımdır. Çalışırıq ki, ildən-ilə nəsə yenilik gətirək və yeni layihələr icra edək.
Aşağı liqa klublarının imkanlarının aşağı olması sirr deyil. Onlara istər toplar, istərsə də bəzi digər məsələlərdə öz hesabımıza kiçik də olsa dəstək olmağa çalışırıq. Bu yaxınlarda bəzi II Liqa klublarının stadionlarında çəkiliş meydançalarının qurulmasını reallaşdırdıq. Növbəti mövsümdən yayım daha uyğun hündürlükdən və gözəl rakursdan ediləcək. Ümumiyyətlə oyunların azarkeşlərə təqdim edilməsinə görə xeyli müsbət geridönüşlər alırıq. Biz də çalışırıq və arzu edirik ki, qarşıdakı mövsümdən yayım daha yaxşı olsun.

– Ən çox görmək istədiyini iş, layihə hansıdır? Ümumiyyətlə, varmı elə bir şey?
– Bir daha vurğulamaq istərdim ki, həyata keçirməyə çalışdığımız layihələr çoxdur. Ən böyük arzum odur ki, ən azı Premyer Liqa və I Liqanın oyunları təbii ot örtüklü meydançada keçirilsin və stadionlarımız azarkeşlə dolsun.

Elçin Cəlilov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri