Icma.az
close
up
RU
Yekaterinburq dəhşəti: Şovinizm, milli ayrı seçkilik Rusiyanın dövlət siyasətinə çevrilir TƏHLİL

Yekaterinburq dəhşəti: Şovinizm, milli ayrı seçkilik Rusiyanın dövlət siyasətinə çevrilir TƏHLİL

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son dövrlər Rusiya daxilində baş verən ictimai-siyasi hadisələr, bu ölkədə dövlət səviyyəsində aparılan irqçi və şovinist siyasətin nəinki dərinləşdiyini, hətta ifrat formaya keçdiyini bütün çılpaqlığı ilə göstərir. Kreml daxili narazılığı boğmaq və totalitar nəzarəti möhkəmləndirmək üçün qeyri-rus xalqları və miqrantları hədəf seçərək onları günah keçisi rolunda təqdim edir. Rəsmi Moskvanın “xarici düşmən” mifologiyasını canfəşanlıqla diriltməsi, əslində, sistemli repressiya maşınının miqrantlara, etnik azlıqlara və fərqli düşünən hər kəsə qarşı yönəldiyini gizlətmək cəhdidir. Artıq bu basqılar fərdi hallarla məhdudlaşmır – etnik ayrı-seçkilik, zorakılıq və məcburi səfərbərlik kimi cinayət xarakterli siyasətlər dövlətin ideoloji dayağına çevrilib. Rusiya hakimiyyəti, açıq şəkildə, çoxmillətli cəmiyyət modelini dağıdaraq, monoetnik və aqressiv imperiya xülyasını reallaşdırmağa çalışır.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar İskəndərov APA-ya açıqlamasında qeyd edib ki, Rusiyada ultramillətçilik və qorxu siyasəti dövlətin rəsmi alətinə çevrilir.

Böyük imperiyalar ya böyüməlidir, ya da kiçilib dağılmalıdır. Təəssüflər olsun ki, bu gün dünyada məhz dediyimiz bu məsələlərin şahidi oluruq. Baş verən hadisələr bir daha göstərir ki, bu gün qanun aliliyi deyil, gücün qanunlar üzərində hökmü hər kəsə açıq-aşkar nümayiş etdirilir. Rusiyada baş verən son hadisə və onun doğurduğu rezonans deməyə əsas verir ki, bu ölkədə zaman-zaman ultramillətçilik və fobiya siyasi alət kimi istifadə olunur. Müəyyən dairələr tərəfindən komandalar verilir və həmin şəxslər dövlətin açıq şəkildə ifadə etmədiyi, lakin sifariş verdiyi tezisləri cəmiyyətə sırımağa çalışırlar. Hazırda Rusiyanın düşdüyü çətin vəziyyət, müharibənin yaratdığı psixoloji gərginlik və cəmiyyətdəki sarsıntı demək olar ki, federasiyanın bütün bölgələrinə yayılıb. Bu isə əhali arasında bir psixoz yaradıb. Həmin psixozun qarşısını almaq üçün isə müvəqqəti olaraq ultramillətçilik “rusiyalı ruslar” üçün daxili düşmən axtarışı ilə əvəz olunub. Bu mənzərə hazırda açıq-aşkar şəkildə görünməkdədir.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin Deputatı Ceyhun Məmmədov isə APA-ya açıqlamasında bildirib ki, miqrantlara, xüsusilə azərbaycanlılara qarşı Rusiya rəsmilərinin ayrı-seçkiliyi açıq-aydın görünür.

Rusiya hüquq-mühafizə orqanlarının vəhşiliyinə məruz qalan şəxslərin verdikləri ifadələr bir daha təsdiqləyir ki, miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı ciddi ayrı-seçkilik və xoşagəlməz münasibət mövcuddur. Rusiya tərəfi bu kimi hallar və proseslərin qarşısını almalı, gələcəkdə belə hadisələrin baş verməməsi üçün qəti tədbirlər görməlidir. Əks halda, bu cür hallar xalqlar arasında etimada ağır zərbə vuracaq, nifrət və qarşıdurmanı daha da artıracaq və nəticədə ciddi problemlərə yol açacaq. Belə addımlara və bu cür təhlükəli meyillərə dərhal son qoyulmalıdır”.

Repressiv dövlət maşını və milli təqib dalğası

Rusiyanın müxtəlif regionlarında, xüsusilə də böyük şəhərlərində qeyri-rus mənşəli vətəndaşlara, o cümlədən Azərbaycan əsilli insanlara qarşı basqılar sürətlə artır. Ötən gün Yekaterinburqda FSB tərəfindən azərbaycanlı Səfərovlar ailəsinə qarşı keçirilmiş xüsusi əməliyyat zamanı iki nəfərin amansızcasına qətlə yetirilməsi, 9 nəfərin isə həbs olunması ölkədə hüququn deyil, etnik nifrətin hökm sürdüyünü göstərir. Əməliyyatın detalları ilə bağlı heç bir şəffaflıq təmin olunmadan, hüquq-mühafizə orqanlarının özbaşınalığı dövlət siyasətinə çevrilib.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda rəsmi Bakı Rusiyadan azərbaycanlıların Yekaterinburqda qətlinin araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib.

İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk. Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", deyə bəyanatda vurğulanıb.

Vüqar İsgəndərovun sözlərinə görə, Yekaterinburqda soydaşlarımıza qarşı törədilən vəhşilik bir daha sübut edir ki, Rusiyada hüquq deyil, qorxu və qərəz hökmranlıq edir.

Rusiyada yaşayan, əksəriyyəti də bu ölkənin vətəndaşı olan soydaşlarımıza qarşı Yekaterinburqda baş verən bu qəddar hadisə deyilənlərə bariz nümunədir. 25 il əvvəl hər hansı bir cinayətə görə səhərə yaxın, insanların yatdığı vaxt evlərinə vəhşicəsinə girilərək qəddarlıq nümayiş etdirilməsi, insanlara işgəncə verilərək öldürülməsi artıq müasir dövrdə ən geri qalmış ölkələrdə belə baş vermir. Lakin bu cür hadisənin Rusiyada baş verməsi və onun xüsusi qəddarlıqla, fobiya mühitində müəyyən dairələr tərəfindən idarə olunması ciddi şübhələr yaradır. Biz inanmaq istəyirik ki, Rusiya dövləti bununla bağlı ölçü götürəcək və bu cinayətdə əli olan, bu vəhşiliyi həyata keçirən hər bir şəxs barəsində ciddi hüquqi addımlar atılacaq. Hüquq-mühafizə orqanları onlara qarşı cinayət işi açacaq və bunun siyasi sifariş deyil, dövlətin ədalətli mövqeyi olduğunu nümayiş etdirəcək. Lakin təəssüf ki, hələlik baş verən hadisələr bunun əksini göstərir – sanki bütün bunlar müəyyən dairələrin sifarişi ilə həyata keçirilir və xüsusi qəddarlıq da məhz həmin sifarişin tərkib hissəsidir. Hüquq normalarına görə, əgər bir insan cinayət törədibsə, onun cəzasını yalnız məhkəmə verməlidir. Heç bir polis və hüquq-mühafizə orqanı insanlara işgəncə verməyə, onları öldürməyə ixtiyar sahibi deyil. Belə halların qarşısı Rusiyada təxirəsalınmaz şəkildə alınmalıdır.”

Ceyhun Məmmədov qeyd edib ki, son olaylar göstərir ki, Rusiyada miqrantlara, xüsusilə azərbaycanlılara qarşı artan təzyiqlər təkcə insan haqlarının pozulması deyil, həm də ikitərəfli münasibətləri sarsıdan təhlükəli və sistematik bir siyasətin bariz göstəricisinə çevrilib.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son vaxtlar Rusiyada miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı təzyiqlər və repressiv tədbirlərin sayı artmaqdadır. Dünən baş verən hadisə isə bu tendensiyanın nə qədər təhlükəli və narahatedici xarakter aldığını bir daha ortaya qoyur. Azərbaycan vətəndaşlarına qarşı bu cür münasibət təkcə insan haqlarına zidd deyil, eyni zamanda iki ölkə arasındakı münasibətlərə də ciddi zərbə vurur. Hazırda demək olar ki, Rusiyanın Avropa ölkələri ilə münasibətləri pozulmuş vəziyyətdədir. Kreml, az-çox münasibət saxladığı MDB respublikaları və onların xalqları ilə də əlaqələri risk altına atır. Görünən odur ki, Rusiya hakimiyyəti bu münasibətləri də məqsədli şəkildə sarsıtmaq niyyətindədir. Dünənki insident – iki azərbaycanlının qətlə yetirilməsi və doqquz nəfərin saxlanılması – vəziyyətin nə qədər təhlükəli həddə çatdığını göstərir.”

Miqrantlara qarşı şantaj və müharibəyə məcburi səfərbərlik

Ukrayna müharibəsində ciddi insan resursu çatışmazlığı yaşayan Rusiya, bu boşluğu miqrantların hesabına doldurmağa çalışır. Lakin könüllülük prinsipi burada keçərli deyil – Kreml miqrantları törətmədikləri cinayətlərdə ittiham edərək, müxtəlif şantaj yolları ilə onların ailə üzvlərini təhdid edir və nəticədə yüzlərlə insan məcburiyyət qarşısında müharibəyə göndərilir. Bu, insan haqlarının və beynəlxalq humanitar hüququn açıq-aşkar pozuntusudur.

Rusiyanın bu siyasətinə dair fikir bildirən Vüqar iskəndərov deyib ki, Rusiyada əsgər çatışmazlığının miqrantlara qarşı zorakılıqla kompensasiya edilməsi, dövlət səviyyəsində sinofobiya və islamofobiyanın alətə çevrilməsi ölkəni içəridən çökdürən təhlükəli bir ideoloji iflasa işarədir: “Rusiyada hazırda əsgər çatışmazlığı müşahidə olunur, müharibəyə göndəriləcək insan tapmaq çətinləşib və bu çatışmazlıq miqrantların hesabına kompensasiya edilməyə çalışılır. Təzyiq aləti kimi bu gün Rusiya məhz miqrantlara, qeyri-rus millətlərə qarşı yönəlmiş zorakı üsullara əl atır. Zaman-zaman bu cür hadisələr törədilərək cəmiyyət bir növ “süni vətənpərvərlik” adı altında birləşdirilməyə cəhd edilir. Amma bu, yalnız müvəqqəti təsirə malikdir. Bu cür hadisələr – sinofobiya, islamofobiya və digər millətlərə qarşı qeyri-insani rəftar – cəmiyyətin parçalanmasına xidmət edir. Rusiya tərəfi bu təhlükəli tendensiyaları gözardı etməməli, ona qarşı qətiyyətli mövqe nümayiş etdirməlidir.”

Ceyhun Məmmədov isə qeyd edib ki, insan resursu tükənən Rusiya miqrantları təzyiq və şantajla müharibəyə sürükləyir və dünənki hadisə bu riyakar və qəddar siyasətin daha bir bariz nümunəsidir: “ Təəssüf ki, insan resursu çatışmazlığı yaşayan Rusiya, müxtəlif təzyiq və şantaj üsulları ilə miqrantları müharibəyə cəlb etməyə çalışır. Bu proses artıq sistematik xarakter alıb və dünənki hadisə bu siyasətin növbəti acı nümunəsidir.”

Kreml mediasının anti-Azərbaycan isteriyası

Moskvanın anti-Azərbaycan ritorikası təkcə hüquq-mühafizə orqanlarının hərəkətləri ilə məhdudlaşmır. Kremlə bağlı olan media ruporları – xüsusən də Solovyov kimi təxribatçı fiqurlar – Azərbaycana qarşı açıq şəkildə düşmənçilik mövqeyi sərgiləyirlər. Azərbaycanın ərazi bütövlüyünü hədəfə alan, regiondakı sabitliyi pozmağa yönəlmiş təxribatçı çağırışlar Rusiya mətbuatında sistemli şəkildə yer alır. Bu isə rəsmi Moskvanın Azərbaycanla münasibətləri pozmaq niyyətinin mərkəzində informasiya müharibəsinin dayandığını təsdiqləyir. Bir müddət əvvəl Azərbaycanın əsas informasiya resurslarına qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumların arxasında da Rusiya kəşfiyyat strukturlarının dayandığına dair güclü əsaslı şübhələr mövcuddur. Bu akt bir daha sübut edir ki, Rusiya yalnız fiziki zorakılıqla deyil, informasiya texnologiyaları vasitəsilə də Azərbaycana qarşı mübarizə aparır və bu mübarizəni dövlət strategiyası səviyyəsinə qaldırıb.

Vüqar İskəndərovun fikrincə Anti-Rusiya meyillərinin artması və Rusiyanın beynəlxalq aləmdə təklənməsi fonunda Rusiya sanki özünümüdafiə forması olaraq belə xoşagəlməz üsullara əl atır.

Cəmiyyəti qorumaq adı ilə həyata keçirilən bu tədbirlərin əsas zərbəsi isə məhz Rusiyada yaşayan qeyri-rus millətlərə dəyir. Yekaterinburqda baş verən son hadisə bir daha göstərir ki, Rusiya federativ formatda belə ciddi hadisələrə çevik reaksiya verməlidir. Bu qatı cinayətdə əli olan bütün tərəflər məsuliyyətə cəlb edilməli, Rusiya dövləti Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi notaya rəsmi cavab təqdim etməlidir. Təbii ki, Azərbaycanın regionda və qlobal səviyyədə artan gücü, sürətli inkişafı bəzi dairələri narahat edir və bu hadisələrdə həmin narahatlığın izləri görünməkdədir. Təəssüf ki, Rusiyada belə qüvvələrin sayı kifayət qədərdir. Onlar həm hakimiyyətə, həm də mediaya sızaraq zərərli ideologiyalarını yaymaqdadırlar. Azərbaycanın inkişafına qısqanclıqla yanaşan bu dairələr tərəfindən həyata keçirilən antihumanist addımlar həmin zəhərli ideoloji təsirlərin nəticəsidir”, - deyə o əlavə edib.

Ceyhun Məmmədovun qənaətinə görə Rusiya rəsmiləri və mediasının Azərbaycana qarşı apardığı təxribat kampaniyası açıq şəkildə düşmənçilik mövqeyidir və bu, strateji tərəfdaşlıq anlayışına zərbə vuran siyasi riyakarlıqdan başqa bir şey deyil.

Təəssüf ki, son vaxtlar Rusiyada – həm deputatlar, həm rəsmilər, həm də mətbuat orqanları tərəfindən – ölkəmizə qarşı təxribat xarakterli addımların və açıqlamaların sayı artır. Xüsusilə də Rusiya mediasında və Dövlət Dumasının bəzi deputatları tərəfindən Azərbaycana qarşı davamlı şəkildə sərt, radikal və böhtan xarakterli məlumatlar yayılır. Bu cür çıxışlar isə iki ölkə xalqları arasında münasibətlərin pozulmasına səbəb olur. Azərbaycan hər zaman Rusiya ilə əlaqələrin inkişafında maraqlı olub. Cənab Prezident də Rusiya ilə münasibətlərə daim xüsusi önəm verib və bu məsələlərə son dərəcə həssas yanaşıb. Lakin təəssüf ki, bu gün biz əks mənzərəni müşahidə edirik – Rusiya rəsmiləri, dövlət qurumları və Dumanın bəzi üzvləri ölkəmizi hədəf alır, Azərbaycana qarşı ardıcıl şəkildə təbliğat aparılır və müxtəlif təxribat xarakterli addımlar atılır. Bu isə münasibətlərə ciddi şəkildə zərbə vurur. Belə təxribatlara, açıqlamalara və addımlara dərhal son verilməlidir”, deyə o fikrini yekunlaşdırıb.

Avtoritarizmin və imperiya təfəkkürünün iflası

Rusiya daxilində şovinizmin və etnik ayrı-seçkiliyin dərinləşməsi təkcə bu ölkədə yaşayan azsaylı xalqlar üçün deyil, bütövlükdə regionun sabitliyi üçün ciddi təhdid yaradır. Kreml rejimi artıq çoxdan multikulturalizmi və beynəlxalq hüququ deyil, qorxu, təzyiq və nifrət üzərində qurulmuş bir ideologiyanı dəstəkləyir. Azərbaycanın hədəfə alınması isə Rusiyanın post-imperial iddialarının bir növ təzahürüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 İyun 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Doğum Günləri: Tarixlə başlayan, şəbəkələrlə tamamlanan bir sehr Məryəm Bağırova yazır

27 İyun 2025 14:29see723

Bakıda güclü partlayış baş verib VİDEO

26 İyun 2025 23:26see162

Ukrayna dronları Rusiya S 400 nü belə məhv etdi Video

26 İyun 2025 23:07see153

Təyyarə sürmək istərdim demişdi 83 yaşlı Mürüvvət xanımın arzusu gerçəkləşdi

26 İyun 2025 23:12see130

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see125

Dünyanın ən dərin barı açılacaq 164 milyon dollar xərclənəcək

26 İyun 2025 23:18see120

Kansler Fridrix Merts Almaniyanın Avropa İttifaqına tam dəstəyini ifadə edib

27 İyun 2025 07:26see120

Ukraynada baş nazir postu uğrunda mübarizə gedir..?

27 İyun 2025 18:43see117

Tez bişən yemək RESEPTLƏRİ: 20 dəqiqəyə...

28 İyun 2025 05:06see116

Tramp: Xameneini alçaldıcı ölümdən xilas etdim

27 İyun 2025 21:42see115

İsrail əsgərləri Qəzzada yeni doğulmuş körpələri öldürdü

27 İyun 2025 09:23see115

Pezeşkian: İranın cavab tədbirləri regionda tammiqyaslı və nəzarətsiz müharibənin qarşısını aldı

27 İyun 2025 16:56see115

Dünənki güclü partlayışdan sonra… Yeni video KONKRET

27 İyun 2025 13:59see114

Gözünü aç, amma ağzını yum: Niyə Ermənistana hər şey olar?

27 İyun 2025 15:10see114

Yeni viruslar ölümcül ola bilər: İnfeksionistdən XƏBƏRDARLIQ

27 İyun 2025 18:15see114

Hyundai Rusiyaya çatdırılmanın yolunu tapıb...

27 İyun 2025 23:54see113

Mercedes lər geri çağırılır Qəfil alışa bilərlər

28 İyun 2025 03:04see113

“Yuve” və “Siti”dən növbəti asan qələbələr

27 İyun 2025 09:07see113

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

28 İyun 2025 10:42see112

İran MAQATE rəhbərini persona non grata elan etdi

27 İyun 2025 22:29see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri