Icma.az
close
up
RU
“Yekaterinburq ssenarisi planlı idi” Sərdar Cəlaloğlu proseslərin arxa planını AÇIQLADI

“Yekaterinburq ssenarisi planlı idi” Sərdar Cəlaloğlu proseslərin arxa planını AÇIQLADI

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən hadisələr ictimaiyyətdə ciddi narahatlıq doğurub.

İllər əvvəl baş vermiş bir cinayətin indi, bu qədər uzun müddətdən sonra gündəmə gətirilməsi və bu hadisə fonunda Azərbaycan vətəndaşlarının hədəfə alınması, məsələni sırf hüquqi çərçivədən çıxarır. Cəmiyyətin müxtəlif təbəqələrində, xüsusən də siyasi dairələrdə bu hadisənin siyasi xarakterli və məqsədli olduğu fikri geniş yayılıb.

Azərbaycan cəmiyyətində haqlı suallar yaranır: Niyə məhz indi? Niyə bu şəkildə? Bu addımların hədəfi kimdir? Rusiyanın Azərbaycan vətəndaşlarına qarşı bu cür sərt münasibəti nə ilə izah olunur? Bəzi siyasi təhlilçilər və müşahidəçilər hesab edirlər ki, məsələ hüquqi prosedurlardan daha çox geosiyasi balansların dəyişməsi ilə bağlıdır. Azərbaycanın müstəqil və prinsipial siyasəti, regiondakı təsir imkanlarını artırması, həmçinin Ermənistanla aparılan normallaşma prosesi və Türkiyə ilə strateji yaxınlıq Moskvanın narahatlığına səbəb olur.

Bəs bütün bunların arxasında hansı səbəblər dayanır? Rusiya bu proseslərə niyə bu cür aqressiv reaksiya verir? Azərbaycanın artan gücü kimlərisə niyə narahat edir?

Bakıvaxtı.az olaraq bu suallara cavab tapmaq məqsədilə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə danışdıq. Təcrübəli siyasətçi olaraq o, baş verənlərə həm hüquqi, həm də geosiyasi prizmasından baxaraq geniş və açıq fikirlər səsləndirdi.

- Sərdar bəy, Yekaterinburqda azərbaycanlılara qarşı baş vermiş hadisələri necə qiymətləndirirsiniz?

- Bu hadisələrdə Rusiyanın mövqeyi tamamilə əsassızdır. Hüquqi baxımdan da ciddi pozuntulara yol verilib. İstintaq qaydaları kobud şəkildə tapdanıb.

Üstəlik, 25 il əvvəl baş vermiş bir cinayətin bu qədər uzun müddətdən sonra gündəmə gətirilməsi həm hüquqi, həm də məntiqi baxımdan qəbuledilməzdir. Bu, açıq-aşkar siyasi xarakter daşıyan bir addımdır.

- Sizcə, Rusiyanın bu davranışının arxasında hansı səbəblər dayanır?

- Bu, sadəcə bir hüquqi məsələ deyil. Burada açıq şəkildə siyasi motivlər görünür. Azərbaycanın regionda müstəqil və prinsipial siyasət yeritməsi, xüsusilə Qarabağ məsələsində qətiyyətli mövqe nümayiş etdirməsi Rusiyanı qıcıqlandırır. Moskva, artıq Azərbaycana təsir imkanlarının azaldığını görür və bu cür basqılarla öz nüfuzunu qorumağa çalışır.

- Hadisələrin Paşinyanın Türkiyəyə səfəri ilə eyni vaxta təsadüf etməsi də diqqət çəkir. Bu barədə nə düşünürsünüz?

- Əlbəttə, bu təsadüf deyil. Paşinyanın Türkiyə səfəri Rusiyanı ciddi şəkildə əsəbiləşdirdi. Ermənistanın Türkiyə ilə yaxınlaşması, bölgədə yeni reallıqların formalaşması Rusiyanın strateji planlarını pozur. Azərbaycan və Ermənistan arasında gərginliyin azalması, normallaşma prosesinin irəliləməsi Moskvanın bölgədəki ən böyük təzyiq alətini əlindən alır. Bu səbəbdən, həm İrəvana, həm də Bakıya müxtəlif formalarda təzyiqlər göstərilir.

- Sizcə, bu addımlar Azərbaycanın siyasi xəttinə təsir edə bilərmi?

- Qətiyyən. Azərbaycanın atdığı addımlar tamamilə beynəlxalq hüquqa uyğundur və milli maraqlara əsaslanır. Rusiya bu cür təzyiqlərlə Azərbaycanın yolunu dəyişəcəyini düşünürsə, yanılır. Əksinə, bu hadisələr Azərbaycan cəmiyyətində daha böyük milli həmrəylik yaradır və ölkənin müstəqillik yolundakı iradəsini möhkəmləndirir.

- Sonda, Rusiyanın bu cür davranışları davamlı ola bilərmi?

- Məncə, əgər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa və Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, Rusiyanın bölgədəki mövqeləri daha da zəifləyəcək. Ona görə Moskva bu prosesi ləngitmək və ya sabotaj etmək üçün bütün resurslarını işə salır. Amma zaman Rusiyanın əleyhinə işləyir. Azərbaycanın iradəsi və regionda artan nüfuzu bu təzyiqlərə qalib gələcək.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 İyul 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri