Icma.az
close
up
RU
Yekaterinburqda barəsində həbs qətimkan tədbiri seçilmiş azərbaycanlıların sayı üçə çatıb, dördüncü şəxsin məhkəməsi keçirilir YENİLƏNİB 6

Yekaterinburqda barəsində həbs qətimkan tədbiri seçilmiş azərbaycanlıların sayı üçə çatıb, dördüncü şəxsin məhkəməsi keçirilir YENİLƏNİB 6

Icma.az bildirir, Azertag portalına istinadən.

Moskva, 29 iyun, AZƏRTAC

Yekaterinburq Lenin Rayon Məhkəməsində növbəti məhkəmə iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iş üzrə dördüncü şübhəli şəxs Lalayev Şahin Məmmədəli oğludur. Hazırda onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.

14:48

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrlə bağlı barəsində həbs qətimkan tədbiri seçilən üçüncü şəxs Ayaz Səfərov olub.

AZƏRTAC xəbər verir ki, onun da barəsində iş üzrə saxlanılan digər iki azərbaycanlı - Məzahir və Akif Səfərovlar kimi, 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Yerli mətbuatın məhkəmə zalından yayımladığı videoda Ayaz Səfərovun üzündə xəsarət izləri görünür.

13:26

Yekaterinburqda şübhəli şəxs qismində saxlanılan daha bir azərbaycanlı - Ayaz Səfərov məhkəmə salonuna gətirilib.

13:20

Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində 22 günlük həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, o, şübhəli şəxs qismində tanınır.

12:32

Məhkəmə zalına iş üzrə təqsirləndirilən daha bir şəxs - 1963-cü il təvəllüdlü Akif Səfərov gətirilib.

Rusiya mediasının məlumatına görə, o da digər saxlanılanlar kimi 2000-ci illərin əvvəlində Yekaterinburqda baş vermiş hadisələrlə bağlı şübhəli bilinir.

İstintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə iclası qapalı rejimdə keçirilir.

İlkin məlumata görə, A.Səfərov Yekaterinburqda fəaliyyət göstərən “Kaspiy” kafesinin direktorudur. O, evlidir və yetkinlik yaşına çatmış övladları var.

11:49

Yekaterinburqda zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesində Məzahir Səfərov barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib. AZƏRTAC xəbər verir ki, o, və daha bir neçə azərbaycanlı sifarişli qətllərdə ittiham olunur. Onlardan bəzilərinin barəsində bu gün qətimkan tədbiri seçiləcək.

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev və Yekaterinburqdakı Azərbaycan diasporuna rəhbərlik edən “Azərbaycan-Ural” ictimai təşkilatının sədri Şahin Şıxlinski də iştirak edirlər.

11:23

İyunun 27-də Yekaterinburqda zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesi başlayıb. Onlar 2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinirlər.

AZƏRTAC xəbər verir ki, hazırda məhkəmədə onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılır.

İyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə keçirilən xüsusi əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri də var. Əməliyyat zamanı iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.

İttiham tərəfi prosesin qapalı rejimdə keçirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə bu vəsatəti təmin edib və bundan sonra jurnalistlər zaldan çıxarılıb.

Saxlanılan hər bir şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsi ayrıca müzakirə olunur. Məzahir Səfərovla bağlı işdə ittiham tərəfi onun həbs edilməsini tələb edib, müdafiə tərəfi isə ev dustaqlığına buraxılmasını istəyib. Səfərov vəkilinə bildirib ki, ondan etiraf ifadəsi zor tətbiq edilməklə və ailəsinə təzyiq, hədə-qorxu yolu ilə alınıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 İyun 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see204

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see158

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see151

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see148

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see147

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see146

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see145

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see145

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see144

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see142

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see140

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

26 Sentyabr 2025 19:36see137

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see137

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see137

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see136

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see134

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see132

Türkiyə Superliqası: Qalatasaray səfərdən üç xalla qayıdır

26 Sentyabr 2025 23:14see128

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see124

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri