Icma.az
close
up
RU
Yekaterinburqda işgəncə görən azərbaycanlı: Kafeyə basqın edib, bizi döyə döyə kabab bişirtdirib, yeyib içdilər

Yekaterinburqda işgəncə görən azərbaycanlı: Kafeyə basqın edib, bizi döyə döyə kabab bişirtdirib, yeyib içdilər

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda təkcə Səfərovların evlərinə deyil, sahibi olduqları kafeyə də basqın ediblər.

Bu barədə APA-ya açıqlamasında Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Elgiz Səfərov bildirib.

O, iyunun 27-də 30 ildən çox Yekaterinburqda yaşayan Səfərovlar ailəsinə və digər azərbaycanlılara qarşı tətbiq edilən zorakılığın təfərrüatlarını danışıb:
“Bizim evə basqın edib atamı aparıblar, onda mən evdə olmamışam. Atamgili səhərüzü saat 5-də aparmışdılar. Günorta saat 2-də radələrində radələrində işçilərin vəziyyəti ilə maraqlanmaq üçün kafeyə getdim. Birdən maskalılar kafeyə də basqın etdilər, hamını üzü üstə yerə yıxdılar. Kafeninin mühafizəçisinin gözündən vurublar, indi əməliyyat olunmalıdır. İşçilərdən birinin çənəsini qırdılar. Sonra da başladılar bizi alçaltmağa, təhqir etməyə… Döyə-döyə deyirdilər ki, sizi doğrayıb öldürəcəyik".

Elgiz Səfərov qeyd edib ki, "maskalılar"ın ilk işi kafedəki müşahidə kameralarını sındırmaq olub: " Kameranın yaddaş kartının yerini tələb etdilər. Kafenin sahibi mənim atamdır. Atamın adı Akif Səfərovdur. Atam Səfərovların böyük qardaşdır. Bu dəqiqə atam da içəridədir, bölmədədir. Aldığım məlumata görə, o biri əmilərimi atamdan daha çox döyüb, işgəncə veriblər. Atamın gözünün qabağında o biri qardaşlarını döyüblər”.

Elgiz Səfərov bildirib ki, kafeyə basqın edən şəxslər heç bir sənəd təqdim etməyiblər: "Müşahidə kameralarını çıxartdırandan sonra bizi döyməyə başladılar. Biləndə ki mən kafenin sahibinin oğluyam, məndən kabab bişirməyi tələb etdilər. Kafedə qab-qacaqları qırdılar. Kabab bişirəndə gəlib arxadan “dubinka” ilə vururdular. Hardasa 2 saat yarım bizi kafedə yerdə uzanıqlı vəziyyətdə saxladılar. Özləri yeyib-içib, bizi yenidən döyüb çıxıb getdilər”.

E. Səfərov əmilərindən ikisinin öldüyünü, digərlərinin isə fiziki işgəncələrə məruz qaldığı, qabırğalarının sındırıldığını söyləyib.

E. Səfərov atası və əmilərinin 2001-ci ildə başqa bir azərbaycanlının qətlində şübhəli bilindiklərinə görə saxlanıldığını qeyd edib: “Mən həmin vaxt öldürülən azərbaycanlının kim olduğunu bilmirəm. İndi onlar deyirlər ki, bu cinayəti bizimkilər boyunlarına almalıdırlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 İyun 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri