Icma.az
close
up
RU
Soydaşlarımız Yekaterinburqda işgəncə ilə qətlə yetiriliblər

Soydaşlarımız Yekaterinburqda işgəncə ilə qətlə yetiriliblər

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ekspertiza meyitlərdə zorakılıq əlamətləri və çoxsaylı xəsarətlər aşkarlayıb

İyunun 30-da Rusiya Federasiyasının Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək qətlə yetirilən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovun cənazələri təyyarə ilə Azərbaycana gətirilib. Cənazələr dərhal Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilərək, xüsusi yaradılmış komissiya müayinə aparıb.

Bu barədə Birliyin baş direktoru Ədalət Həsənov iyulun 1-də AZƏRTAC-da keçirilən mətbuat konfransında məlumat verdi. O qeyd etdi ki, meyitlərin ekspertizası gecə saatlarında başa çatıb və cənazələr dəfn edilmək üçünAğcabədi rayonuna yola salınıb.

Baş direktor bildirdi ki, meyitlər Azərbaycana gətirilməzdən əvvəl onlara dair ölüm haqqında tibbi şəhadətnamələr təqdim olundu. Rusiya məhkəmə-tibbi ekspertləri tərəfindən verilmiş həmin sənədlərdə ölüm səbəbi kimi “xəstəlik” – konkret olaraq “kəskin ürək-ağciyər çatışmazlığı” göstərilir. Lakin Azərbaycan tərəfindən aparılan müstəqil ekspertiza nəticələri tamamilə fərqli mənzərəni ortaya qoyur. Ədalət Həsənovun sözlərinə görə, meyitlərdə aşkar olunan xəsarətlər onların dəhşətli fiziki zorakılığa məruz qaldığını açıq şəkildə göstərir.

“Ziyəddin Səfərovun meyitində hər iki gözün qişasında, sağ gözün alt və üst qəzasında qansızmalar, sol çiyinüstü nahiyədə qançırlı sınıqlar, döş qəfəsinin bayır yan səthində zolaq şəklində sıyrıqlar, baldır və topuq nahiyələrinin qançırları və sınıqları aşkar olundu. Bunlar ölümə səbəb olan diaqnozlar deyil. Daxili müayinələr zamanı isə aşkar etdik ki, başın dəri örtüyünün səthində qansızmalar, döş qəfəsinin küt travması-sıxılması müşahidə edilib. Qabırğasının biri isə yox idi. Beləliklə, Ziyəddin Səfərov çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş postravmatik şok nəticəsində ölüb”,– baş direktor vurğuladı.

Ədalət Həsənov əlavə etdi ki, Hüseyn Səfərovun meyitini xarici müayinə edərkən çox sayda travma aşkarlandı: “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin gəldiyi nəticəyə əsasən, Hüseyn Səfərovun ölüm səbəbi aldığı çoxsaylı xəsarətlər nəticəsində baş verən post-travmatik və posthemoragik şokdur”.

Baş direktor bildirdi ki, Hüseyn Səfərovun döş qəfəsi deformasiyaya uğramışdır, assimetrikdir. Üst və alt dodaqlarının selikli qişasında qançırlar aşkarlandı. Meyitin kəllə qapağı açıldıqda sərt və yumşaq qişada qansızmalar aşkar olundu. Eyni zamanda, yeddi-səkkiz qabırğanın yerdəyişən sınıqları aşkar edildi. Bu sınıqlar ağciyəri zədələmişdir.

Baş direktor onu da vurğuladı ki, bir dəfə məhkəmə-tibbi müayinədən keçmiş meyitin ikinci dəfə ekspertizası çox çətin və həssas prosesdir. Onun sözlərinə görə, ilkin ekspertiza zamanı bəzi orqanların müayinə adı ilə götürülməsi ehtimalı narahatlıq doğurur: “Çünki meyit müayinə olunmuş, bütün orqanları kəsilmiş və təhlil edilmişdir. Biz şübhələnirdik ki, zədələnmiş orqanlar kəsilib götürüləcək. Soruşanda isə, deyiləcək ki, müayinə üçün götürmüşük”, - deyə o əlavə etdi.

Xatırladaq ki, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə xüsusi əməliyyat həyata keçirilmişdi. Bu zaman Səfərov qardaşları amansızlıqla döyülərək öldürülmüş, bir neçə azərbaycanlı ağır bədən xəsarətləri almış, 9 nəfər isə saxlanılmışdır.

Səbuhi MƏMMƏDOV
Cavid QAÇAYEV (foto)
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri