Icma.az
close
up
RU
Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət xüsusi amansızlığı ilə seçilir. Milli, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq, istənilən dövlət və onun hüquq-mühafizə orqanı ölkəsində yaşayan və ya çalışan bütün şəxslərin təhlükəsizliyini təmin etməyə borcludur. Amma Yekaterinburqda törədilən zorakılq göstərir ki, Rusiyanın hüquq-mühafizə orqanları bu vəzifənin icrasını təmin etmək əvəzinə, özləri təhlükə mənbəyinə çevrilir. Zərərçəkmiş şəxslərin ictimailəşdirdiyi məlumatlara görə, saxlanılmada iştirak edən əməkdaşlar onlara qarşı zor tətbiq edərək xüsusi qəddarlıqla döyüb və şəxsiyyətlərini alçaldan hərəkətlərə yol veriblər. İşgəncə nəticəsində iki azərbaycanlı qətlə yetirilib, bunu artıq ekspertiza rəyi də təsdiq edir. Bir neçə nəfər ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ölkəmizin  Xarici İşlər Nazirliyi Rusiyadan məsələnin araşdırılmasını, zorakılıq törədən bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Cəmiyyətimizi hiddətləndirən həm də odur ki, Rusiyanın səlahiyyətli qurumlarının və yüksəksəviyyəli rəsmilərinin münasibəti  bu dəfə də adekvat olmadı, eynilə Qroznı yaxınlığında-Rusiya hava məkanında sərnişin təyyarəmiz vurulduğu zaman baş verdiyi kimi. Həmin vaxt Rusiya rəsmiləri və təbliğat maşını təyyarəni dəlmə-deşik etmiş qəlpə izlərini görməzdən gələrək əvvəlcə iddia etdilər ki, guya bütün bunlar göyərtədə qaz balonunun partlaması nəticəsində baş verib. Görəndə ki, ictimai fikri aldatmaq mümkün deyil, təyyarənin guya quş dəstəsi ilə toqquşması yalanını dövriyyəyə buraxdılar, göyərtədəki deşikləri quşların açdığını deməkdən də utanmadılar. Amma nə yaxşı ki, hadisə yerinin müayinəsi zamanı çəkilən video və foto çəkilişləri bütün dünya artıq görmüşdü. Və şükür ki, hadisədən sağ çıxan sərnişinlər, canlı şahidlər həyatdadır.

Yekaterinburqdakı zorakılıqla bağlı Rusiya rəsmilərinin reaksiyası və təbliğat ruporlarının şərhləri mahiyyət etibarıilə eynidir, çünki eyni məqsədə xidmət edir: həqiqəti gizlətmək və ictimai rəyi azdırmaq. Rusiya tərəfi bildirir ki, Yekaterinburqda azərbaycanlıların evlərində aparılan əməliyyat-axtarış tədbirləri və saxlanılmalar guya 24 il əvvəl törədilmiş qətl hadisəsi ilə bağlıdır. Hətta bu belədirsə, heç kim saxlanılma zamanı  göstərilən qəddarlığa haqq qazandıra və bunu törədənləri məsuliyyətdən kənarda qoya bilməz. Aparıcı media resursları məhkəməyə çıxarılan soydaşlarımızın üz nahiyyəsində və digər bədən üzvlərində olan işgəncə izlərini bütün dünyaya  göstərdi. Bu cür qəddarlıqdan sonra saxlanılan şəxslərdən istənilən “etiraf” ifadəsini də ala bilərlər. Amma heç bir  peşəkar hüquqşünas, müstəqil məhkəmə və ya vicdanlı vətəndaş fiziki işgəncə izlərini gördükdən sonra, bu cür ifadələri mötəbər sübut kimi qəbul etməməlidir. Rusiyanın təbliğat maşını və rəsmiləri  etnik cinayətkarlıqdan danışırlar. Əslində, bu da yenilik deyil. Tarixən Rusiya dövlətinin daxilində ciddi problemlər yaşandığı vaxt və şovinizm baş qaldırdığı zaman həmişə düşmən obrazı axtarılır, özlərindən başqa hamını günahkar sayırlar. Ötən əsrin 90-cı illərində də eyni münasibət sərgilənirdi. Bir hadisə baş verən kimi, rəsmilərdən qaynaqlanan təbliğat maşını işə düşərək hay-haray salırdı ki, günahkar Qafqaz millətindən olan və ya qafqazlı görünüşlü şəxslərdir. Ozamankı rəsmi təbliğat maşını bu cür anlaqsız və aşağılayıcı müraciət forması ilə daxili düşmən obrazı axtarışına haqq qazandırmağa və bununla ictimai fikri mövcud problemlərin əsl səbəbkarlarından yayındırmağa çalışırdı.

Son günlər ara-sıra belə bir fikrə də rast gəlmək mümkündür ki, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən qəddarlıq müttəfiqlik münasibətlərinə kölgə salır. Salmağına salır, amma bu cür amansızlığın istər müttəfiq, istər qeyri-müttəfiq ölkədən çıxmış şəxslərə qarşı törədilməsi yolverilməzdir və açıq-aşkar qanunsuzluq deməkdir. Rusiya tərəfi öz əməkdaşlarının zorakı hərəkətlərini pərdələmək üçün iddia edir ki, döyülərək saxlanılanlar etnik azərbaycanlılar olsa da, Rusiya vətəndaşlarıdır. Sanki bu amil rəsmilərə və səlahiyyətli şəxslərə davranış sərbəstliyi və toxunulmazlıq verir. Əvvəla, bu belə deyil, onların arasında Azərbaycan vətəndaşı olanlar da var. Digər tərəfdən, əgər bir vaxtlar Rusiya rəhbərliyindən tutmuş digər rəsmilərinə qədər bəyan olunurdusa ki, hansı dövlətdə yaşamasından asılı olmayaraq, etnik rusların hüquqlarının qorunması öz vətəndaşları qədər onlar üçün prioritetdir, bu gün artıq deyirlər ki, istənilən ölkədə rusdilli əhali onların təhlükəsizlik və maraq dairəsinə daxildir.  Belə olan halda, Rusiya tərəfi hansı məntiqlə iddia edir ki, Azərbaycan Yekaterinburqda soydaşlarımıza və vətəndaşlarımıza fiziki işgəncə verənlərin cəzalandırılmasını tələb etməklə guya Rusiyanın daxili işlərinə qarışır? Bizim tələbimiz haqlıdır, milli-mənəvi dəyərlərimizlə yanaşı, beynəlxalq hüquqa söykənir. Rusiyanın öz qonşularından və bütövlükdə dünyadan tələb etdikləri isə bir çox hallarda beynəlxalq hüququn sərhədlərindən çox kənara çıxır və imperiya keçmişi ilə bağlı nostalji hisslərdən qaynaqlanır.

Yekaterinburqda törədilən zorakılığa yalnız bir şəhər və yalnız cinayət qanunvericiliyi müstəvisindən baxmaq sadəlövhlük olardı.  İstənilən ölkə, o cümlədən Rusiya özünün miqrantlarla bağlı siyasətini dəyişdirə və sərtləşdirə bilər, bu, onun suveren hüququdur. Lakin Yekaterinburq zorakılığında idarə olunan nümayişkəranə kampaniyanın və milli-ayrıseçkiliyin əlamətləri açıq şəkildə sezilir. Saxlanılma əməliyyatında xüsusi xidmət orqan əməkdaşlarının və xüsusi təyinatlıların iştirakı ölkəmizdə bununla bağlı ictimai qənaətin təsadüfi olmadığını bir daha təsdiq edir. Bütün hallarda, baş vermiş bu cinayət, eləcə də son altı ayda Rusiya rəsmi dairələrinin qeyri-adekvat və səmimiyyətdən uzaq olan davranışı dövlətlərarası münasibətlərə zərbə vurur. Əgər Yekaterinburqdakı zorakılığı törədənlər cinayət məsuliyyətinə cəlb edilməsə, bütövlükdə insanlıq əleyhinə olan bu kampaniyanın davam etdirilməsi ilə bağlı informasiya məkanında səslənən çağırışlar dərhal dayandırılmasa,  bu, uzun illər ərzində çətinliklə əldə olunmuş pozitivləri belə, gözdən salacaq.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyul 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri