Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Yel Universitetinin tələbəsi: Gerçək dünyada dizayn hər zaman əhəmiyyətlidir

Yel Universitetinin tələbəsi: Gerçək dünyada dizayn hər zaman əhəmiyyətlidir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 aprel, Sevda Cəfərova, AZƏRTAC

AZƏRTAC dünyanın aparıcı universitetlərində təhsil alan azərbaycanlı tələbələr haqqında materiallar silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Amerikanın Yel Universitetində təhsil alan Aylin Ələkbərli olub. Müsahibimiz universitetdə təhsil prosesinin xüsusiyyətlərindən və gələcək planlarından danışıb.

Aylin Ələkbərli ibtidai sinfi Bakının 27 nömrəli məktəbində təhsil alıb, orta məktəbi Xətai rayonu 55 nömrəli Qafqaz Gimnaziyasında davam etdirib.

Azərbaycan-Fransız Universitetində (UFAZ) geofizika mühəndisliyi üzrə bakalavr təhsili alıb. Proqramın bir hissəsi olaraq sahə gəzintiləri sayəsində faydalı təcrübə qazanıb. “Bu gəzintilər mənə qabaqcıl avadanlıqlarla praktiki işlər görmək və öyrəndiklərimi real şəraitdə tətbiq etmək imkanı yaratdı. Ən yaddaqalan hissəsi isə Bakının ətraf bölgələrinə səyahət etmək oldu. Hər biri özünəməxsus mənzərələri ilə diqqət çəkirdi. Məsələn, Xızıda yerləşən Şəkər Əsası Dağlar möhtəşəm bir mənzərə idi. Belə müxtəlif mühitlərdə işləmək mövzunu daha dərindən anlamağıma kömək etdi. Bu mənzərələrdə mineralları və daşları öyrənmək mənə Yer kürəsinə yeni bir baxış qazandırdı. Təbiəti sənət kimi görməyə başladım və bu perspektiv dəyişikliyi təbiətdəki struktur və kompozisiyanın gözəlliyini dərk etməyimə səbəb oldu. Təbii olaraq, bu öz yaradıcılığımda da dizaynı daha dərindən araşdırmağa yönəltdi. Bir çox sənət növünü sınaqdan keçirdim, amma qrafik dizayn mənə istədiyim azadlığı verdiyi üçün onu seçdim. Animasiya da mənim üçün özümü ifadə etməyin ən güclü yollarından birinə çevrildi. Gerçək dünyada dizayn hər zaman əhəmiyyətlidir - hər sənaye sahəsi buna ehtiyac duyur, çünki dizayn insanlar, məhsullar və məkanlar arasında əlaqə qurur”, - deyə Aylin bildirib.

Yel Universitetinə üstünlük verməsi barədə danışan Aylin Ələkbərli deyib ki, universitetlər haqqında araşdırma apararkən proqramın reytinqi, məzun olduqdan sonrakı imkanları nəzərə alıb. Çox düşündükdən sonra Yel Universitetinə müraciət etməyə qərar verib. Müraciət prosesi portfolio hazırlamaq, tövsiyə məktubları əldə etmək və motivasiya məktubu yazmaqdan ibarət idi. Müsahibə üçün seçildikdən sonra 8 tələbədən biri olaraq proqrama qəbul olub. Universitet haqqında araşdırmalar aparmaq, lazımi proqramları öyrənmək, tələbələrlə və müəllimlərlə danışmaq üçün çox vaxt sərf edib. Bu, böyük bir səy idi, amma nəticədə buna dəyərdi.

Tələbə, həmçinin vurğulayıb ki, Dövlət Proqramı olmasa idi, ABŞ-da yaşamaq onun üçün çox çətin olardı.

Dövlət Proqramı üzrə qəbul prosesi barədə danışan Aylin söyləyib ki, əvvəlcə onlayn müraciət edib. Daha sonra müsahibəyə dəvət olunub. Müsahibə zamanı məqsədləri, peşəsinə aid bəzi suallar verilib. Bir neçə həftə sonra qəbul olunduğu barədə məlumat alıb.

Təhsil aldığı ali məktəbin tədris proqramından danışan Aylin Ələkbərli deyib: “Təsəvvür edə biləcəyiniz kimi, bu, çox intensiv bir proqramdır. Dizaynerlər olaraq hər birimiz öz studiya məkanımıza sahibik və günümüzün əksər hissəsini studiyada işləyərək keçiririk. Özünüzü inkişaf etdirmək üçün çox işləməli və tənqidi rəylərə açıq olmalısınız. Bəzən bu, çətin ola bilər, amma motivasiyanız yüksəkdirsə və öyrənməyə istəklisinizsə, bu, idarəolunan bir vəziyyətdir.

Müəllimlərimiz dizayn sənayesində tanınan və uğurlu fərdlərdir. Universitetin digər fakültələrindən dərslər almaq üçün azadlığımız var. Ən çox bəyəndiyim dərslərdən biri “Mechanical Artifact” adlanırdı. Bu dərsdə biz astronavtların özləri ilə Massaçusets Texnologiya İnstitutu (MİT) professorları tərəfindən kosmos yaşayış mühitləri üçün hazırlanacaq əşyaları hazırlayırdıq. Proqramımın ən dəyərli təcrübələrindən biri isə 2023-cü ilin noyabr ayında hazırladığım animasiyanın “Times Square”də 4 gün ərzində nümayiş olunması oldu”.

Aylin Ələkbərli qeyd edib ki, təhsil aldığı ali məktəb çox beynəlxalqdır. Proqramda Şərqi və Cənub-Şərqi Asiya, Avropa və Cənubi Amerika ölkələrindən tələbələr var. Hər kəs çox dostcanlıdır və fərqli mədəniyyətlər arasında oxşarlıqlar var. Universitetin öz filarmoniyası, teatrı, buz meydançası və hətta rəsədxanası var, buna görə də boş vaxtlarında tələbələr çox şey edə bilirlər. Həmçinin yaşadığımız şəhər Nyu-Yorka çox yaxındır, ona görə də həftəsonu tez-tez ora gedirik.

Azərbaycandan Amerikaya təhsil almağa gələn tələbələrin çətinliklərindən danışan Aylin deyib ki, bura uyğunlaşmaq bir az vaxt ala bilər. ABŞ-da təxminən üç ildir yaşamağıma baxmayaraq hələ də bəzi anlarda mədəniyyət şoku yaşayıram. Amma adaptasiyaya açıq olmaq və yaxşı sosial bacarıqlara sahib olmaq, buna tez uyğunlaşmağınıza kömək edəcək. Mənim üçün şanslı vəziyyət də odur ki, başqa beynəlxalq dostlarla əhatə olunmuşam və biz oxşar təcrübələrimizi paylaşaraq yaxınlaşırıq.

Xaricdə təhsil almaq üçün Dövlət Proqramına müraciət etməyi planlaşdıranlara tələbə tövsiyə edib ki, özlərinə qarşı dürüst və bacarıqlara güvənsinlər.

Aylin Ələkbərli deyir ki, son iki ildə ABŞ, İngiltərə, Britaniya, Meksika, Bosniya və Herseqovina, Rusiya və Malayziyada müxtəlif film festivallarında və qrup sərgilərində iştirak edib. “İşimi daha çox ölkələrdə, yaxşı tanınmış tədbirlərdə və fərdi sərgilərdə nümayiş etdirməyə davam etmək istərdim. Əlbəttə, bunun üçün sənətimi daha da inkişaf etdirməliyəm. Azərbaycanın və xaricdəki tanınmış brendlər və şirkətlərlə işləmək istəyərəm. Gələcək fürsətləri səbirsizliklə gözləyirəm”, - deyə tələbə sözlərini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see327

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see323

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see304

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see300

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see282

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see275

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see274

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see269

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see256

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see253

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see245

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see236

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see230

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see226

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see224

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see217

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see207

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see204

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see204

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri