Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Yelisey bəyanatları Qafqazı hədəfə alıb

Yelisey bəyanatları Qafqazı hədəfə alıb

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər Fransa siyasi dairələrinin təmsilçiləri, xüsusilə bəzi deputatlar, parlament dostluq qruplarının sabiq rəhbərləri tərəfindən Azərbaycana qarşı əsassız və qərəzli bəyanatlar səsləndirilir. Fransa Milli Assambleyasının Fransa–Ermənistan dostluq qrupunun keçmiş rəhbəri Ann-Lorens Petelin Sünik bölgəsində, guya, Azərbaycan Ordusunun mülki əhalini hədəfə aldığına dair səsləndirdiyi fikirlər qərəzli və qeyri-obyektivdir. Petel buna qədər də özünün anti-Azərbaycan mövqeyi ilə seçilib.

Onun Avropa İttifaqı (Aİ) missiyasının Ermənistandakı fəaliyyətinin genişləndirilməsinə dair təklifləri bölgədə sülhün və sabitliyin obyektiv vasitəçiliyindən daha çox tərəfkeşliyin göstəricisidir. Əslində, Petelin məqsədi Hayastanın törətdiyi təxribatları ört-basdır etmək, onu beynəlxalq rəyə “əzabkeş” obrazında təqdim etməkdir. Belə yanaşmaların isə Fransa–Azərbaycan münasibətlərinə zərbə vurması bir yana, həm də Aİ-nin Cənubi Qafqazda iddia etdiyi neytral vasitəçilik roluna xələl gətirir.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, şərti sərhəddə baş verən insidentlərə səbəb Ermənistanın qanunsuz hərbi fəaliyyətləri və təxribatlarıdır. Azərbaycanın məqsədi bölgədə sabitliyin və davamlı sülhü təmin etməkdir. Ölkəmiz heç bir halda mülki əhaliyə qarşı təhdid yaratmır və ya hücum həyata keçirmir.

***

Bəli, Bakı bölgədə davamlı sülhün əldə olunmasında maraqlıdır. Bunun üçün Ermənistanla dövlət sərhədinin delimitasiya və demarkasiyasını, ardınca münasibətlərin tənzimlənməsini əsas məqsəd kimi görür. Azərbaycan sülh və əməkdaşlıq təşəbbüslərinin gerçəkləşməsi üçün dialoqa və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə üstünlük verir. Bu zaman Bakı beynəlxalq tərəfdaşlarından da eyni konstruktiv və obyektiv yanaşma gözləyir.

Bununla belə, təəssüf ki, Afrikadakı müstəmləkəçilik siyasətindən əl çəkmədiyinə görə nüfuzunu itirən Fransa Cənubi Qafqaz regionunu yeni geosiyasi təsir vasitəsinə çevirmək məqsədilə qərəzli və təxribat xarakterli mövqe nümayiş etdirir, bölgədə sabitliyi pozmağa çalışır. Bu məqsədlə Fransanın Ermənistanı açıq şəkildə dəstəkləməsi, sülh müqaviləsinin imzalanmasına süni əngəllər yaradılması və gərginliyin artırılması cəhdləri davam edir. Rəsmi Paris Azərbaycanın dəfələrlə etdiyi çağırışlara məhəl qoymayaraq Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmağa, bu ölkəyə silah-sursat verməyə və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləməyə çalışır.

Fransanın bu yalançı dəstək vədi artıq Ermənistanın hərbi-siyasi rəhbərliyinin çıxışlarında da özünü göstərir. Məsələn, Ermənistan baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan müsahibələrində Fransanın hərbi və diplomatik dəstəyini qabardırlar. Suren Papikyan çıxışlarının birində deyir: “Ermənistan müxtəlif supergüclər və digər dost ölkələr səviyyəsində yeni tərəfdaşlar əldə edib. İlk növbədə söhbət bizim əsas tərəfdaşlarımıza çevrilmiş Fransa və Hindistandan gedir. Amma hələlik adlarını çəkmək istəmədiyim başqa ölkələr də var”.

Halbuki, Aİ-nin aparıcı dövləti kimi Fransa aranı qarışdırmağa deyil, obyektivliyə və balans prinsiplərinə sadiq qalmalı, emosional və birtərəfli bəyanatlardan çəkinməlidir. Göründüyü kimi, ermənipərəst Makron hakimiyyəti Cənubi Qafqaza yönəlik məkrli siyasətindən əl çəkmək barədə düşünmür. Hələ də Azərbaycanın 44 günlük müharibədə qələbəsini həzm edə, yaratdığı reallıqla barışa bilmir. Petelin hazırkı təxribatçı və yalan bəyanatı da bu zəncirin bir halqasıdır. Digər tərəfdən ondan fərqli bir şey gözləməyə dəyərdimi? Əlbəttə, yox.

***

Qeyd etmək lazımdır ki, Ann-Lorens Petelin bəyanatı regionun mövcud reallığından uzaqdır və birtərəfli yanaşma ilə sülh və əməkdaşlıq prosesinə ciddi zərbə vurur. Əslində, hər iki tərəfin mövqelərinə hörmətlə yanaşan, beynəlxalq hüquq əsasında qurulan və dialoqa əsaslanan siyasət bölgənin inkişafı və təhlükəsizliyi üçün yeganə düzgün yoldur.

Siyasi şərhçi Əhməd Abbasbəylinin qeyd etdiyi kimi, Fransa uzun müddətdir ki, öz daxili və xarici problemlərindən diqqəti yayındırmaq üçün Azərbaycana qarşı qərəzli siyasət aparır: “Bu, nə Fransa ictimaiyyətinə, nə də Cənubi Qafqazın xalqlarına fayda gətirir. Azərbaycan qalib ölkə kimi Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib və bölgədə əməkdaşlığa əsaslanan gələcək qurmaq niyyətindədir. Lakin sülhə nail olmaq üçün birtərəfli mövqelər deyil, beynəlxalq hüquqa əsaslanan obyektiv və konstruktiv yanaşmalar tələb olunur!

Fransa rəhbərliyinin birtərəfli və emosional çıxışları isə regionda etimad mühitinə zərbə vurur və sülhə aparan yolda maneə rolunu oynayır. Əgər Paris, doğrudan da, bölgənin rifahında maraqlıdırsa, neytral vasitəçilik prinsiplərinə sadiq qalmalı, Ermənistanın təxribatçı addımlarına göz yummamalıdır. İstənilən halda onun Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı kimi fon yaratması həm obyektivlik, həm də reallıq baxımından şübhəlidir”.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri