Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Yelisey Sarayının irqçi siyasəti

Yelisey Sarayının irqçi siyasəti

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın Fransadakı səfirliyi məlumat yayıb

Hazırda Fransa - Azərbaycan münasibətlərində ən kritik dövr yaşanır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. E.Makronun 2018-ci ildə başlayan ilk prezidentliyi dönəmindən Yelisey Sarayı tərəfindən startı verilən münasibətlərdəki pisləşmə bu gün özünün pik həddinə çatıb. Açıq-aydın görünür ki, Makron iqtidarı Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir, bu ölkədə azərbaycanlılara irqçi münasibət sərgilənir.

Bu günlərdə Azərbaycan vətəndaşları Məhəmməd Quliyevin və Gültac Abdullayevanın üzləşdikləri vəziyyət buna ən son nümunədir. Azərbaycanın Fransadakı səfirliyi vətəndaşlarımızın üzləşdikləri vəziyyətlə bağlı məlumat yayıb və təfərrüatları açıqlayıb.

İrqçilik, ksenofobiya və din əleyhinə cinayətlərin artan statistikası

Hazırda irqçilik, İslamofobiya Avropanın kədərli reallıqlarından birinə çevrilməkdədir ki, bunun da ən tipik nümunələrini məhz Fransa sərgiləyir. Məlumdur ki, rəsmi Paris Fransanı dünyaya “demokratiyanın beşiyi” kimi təqdim edir. Bu ölkə, həmçinin özü üçün “qardaşlıq”, “bərabərlik” şüarlarını seçib. Ancaq Fransanın indiki reallıqları demokratiyadan, qardaşlıq və bərabərlikdən tamam uzaqdır. Aydın şəkildə görünür ki, Makron iqtidarı ölkəni tarixi ənənələrindən uzaqlaşdırmaq yolu tutub. Əgər Parisdə və regionlarda ədalətsizliyə, hökumətin sərt siyasətinə etiraz əlaməti olaraq küçələrə çıxan insanlara qarşı zor tətbiq edilirsə, polis dəyənəyi işə salınırsa, hansı demokratiyadan bəhs etmək mümkündür? Eləcə də küçə və meydanlarda Quranın yandırılması, fərqli mədəniyyətlərə dözümsüz münasibət göstərilməsi heç bir halda demokratiya göstəricisi sayıla bilməz.

Fransada irqçiliyin son həddədək güclənməsini ötən il Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərdə sağçıların önə keməsi bir daha əyani şəkildə təsdiqlədi. O cümlədən müsəlmanlara qarşı nifrət və irqçi siyasət Fransa  hakimiyyəti tərəfindən dəstəklənir. Makron hakimiyyəti müxtəlif adlar altında qanunlar qəbul edilməsinə nail olaraq, əslində, İslamofobiyanı təşviq edir. Məsələn, 2021-ci il 21 avqust tarixində qəbul olunan “Respublika prinsiplərinə hörmətin möhkəmləndirilməsi haqqında” Qanun açıq şəkildə müsəlman əhalisinə qarşı etimadsızlıq mühiti yaradılmasına xidmət edir. Müsəlmanlara qarşı yönələn bu Qanunun icrası çərçivəsində hökumət aparatında İslamın və müsəlmanların müşahidə edilməsi üçün 101 struktur yaradılıb, 24 min 887 müsəlman təşkilatı, müəssisəsi gizli qara siyahıya alınıb və yoxlanılmaqdadır. Müsəlmanların sahib olduqları 718 təşkilatın, o cümlədən 4 məktəbin, 37 məscidin, 210 müəssisənin, 2 təşkilatın fəaliyyəti dayandırılıb. Bu qəbildən olan faktların siyahısı çox uzundur. Bütün bunlar Makron hakimiyyətinin müsəlmanlara, Afrika qitəsindən gələnlərə qarşı həyata keçirdiyi diskriminasiya siyasətinin sistemli xarakter daşıdığını təsdiqləyir.

Fransada İslam etiqadı olan insanlara qarşı “səlib yürüşü” artan silsilə ilə davam etməkdədir. Bu ölkədə son vaxtlarda müsəlman intellektualların və nəşriyyatların maliyyə vəsaitlərinin məhkəmə qərarı olmadan dondurulması ilə bağlı qalmaqal geniş vüsət alıb. Hökumət bu tədbirləri terrorizmlə mübarizə ilə əsaslandırsa da, hüquq müdafiəçiləri və zərərçəkənlər yanaşmanı antidemokratik hesab edirlər.

Belə hallardan biri, Şato-Şinon şəhərində yerləşən Avropa İslam Elmləri İnstitutu (IESH) ilə bağlı yaşanıb. Bunun ardınca ən azı onlarla hüquqi şəxs Fransa Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə alınıb.

Ən son olaraq, Ribat nəşriyyatının sahibi İssa Meyer sanksiyalara məruz qalıb. Ona qarşı hər hansı məhkəmə qərarı və ya sübut təqdim edilmədən, separatizmə yaxın olmaqda şübhəli bilinərək bütün bank hesabları dondurulub. Nəticədə, Meyer nə kirayəsini ödəyə, nə ailəsinin ehtiyaclarını təmin edə, nə də hüquqi müdafiə ala bilir.

Hesabların dondurulması Maliyyə və Pul Məcəlləsinin L.562-2 maddəsinə “əsaslanır”. Maddə ilkin olaraq terrorçuluğa maliyyə axınının qarşısını almaq üçün qəbul edilsə də, indi tənqid səslərini susdurmaq üçün istifadə olunur.

Rəsmi statistika Fransada irqçiliyin artması barədə konkret təsəvvür yaradır. Fransa Daxili İşlər Nazirliyinin hesabatında bildirilir ki, 2023-cü ildə qeydə alınmış kəskin artımdan sonra irqçilik, ksenofobiya və din əleyhinə cinayətlər 2024-cü ildə daha 11 faiz artaraq 9350-yə çatıb. Hesabata görə, Milli Polis və Milli Jandarma 2024-cü il ərzində ölkəboyu irqçilik, ksenofobiya və din əleyhinə 16 mindən çox cinayət qeydə alıb. İrqi motivli cinayətlərin 9700 qurbanı olub və onların əksəriyyəti əsasən Afrika ölkələrindən olan 25-54 yaş arası insanlardır.  Bildirilir ki, Paris irqçi cinayətlərin milli orta göstəricidən üç-dörd dəfə yüksək olması ilə açıq şəkildə fərqlənir. Burada iki il ərzində (2023 və 2024-cü illərdə) cinayətlərin artımı 44 faizi ötüb.

Azərbaycan vətəndaşları ilə bağlı vəziyyət nəzarətdə saxlanılır

Azərbaycanın Fransadakı səfirliyinin yaydığı məlumatda qeyd edilir ki, iyulun 7-də səfirliyin qaynar xəttinə edilmiş müraciət əsasında, Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın iki övladı üçün səfirlik tərəfindən qayıdış şəhadətnaməsi rəsmiləşdirilib. Avqustun 6-da Fransa ərazisini tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılıb və övladları müvəqqəti sığınacağa yerləşdirilib.

Fransa polisinin bu addımı Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması qərarı ilə əsaslandırılıb.

Hazırda Fransada yerli hakim tərəfindən məsələyə baxılması və Almaniya məhkəməsinin qərarı ilə bağlı müəyyən nəticəyə gəlinməsi gözlənilir. Bu müddət ərzində valideynlər uşaqlar ilə görüş imkanı əldə ediblər.

“Azərbaycanın Parisdəki səfirliyi məsələ ilə bağlı Fransa tərəfinin müvafiq qurumları ilə görüşlər keçirir və müvafiq əlaqələndirməni təmin edir. Səfirlik və Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsi vətəndaşların Fransa ərazisində müvəqqəti qalması məsələsində onlara yardım göstərir.

Məsələ səfirliyin nəzarətindədir”, - deyə məlumatda vurğulanıb.

Azərbaycan vətəndaşları Məhəmməd Quliyevin və Gültac Abdullayevanın üzləşdikləri vəziyyət Fransanın ölkəmizə münasibətdə illərdir ki, həyata keçirdiyi qərəzli siyasətin davamıdır. Yelisey Sarayının, şəxsən Makronun bu ölkədəki güclü erməni lobbisinin yedəyində gedərək artıq keçmiş olan Dağlıq Qarabağ münaqişəsində işğalçı Ermənistanı davamlı şəkildə dəstəkləməsi yaddaşlara kədərli xatirə kimi qalıb. İşğalçılq siyasətinin dəstəklənməsi Fransanın demokratik ənənələrinə uyğundurmu? Və yaxud Fransa parlamentinin hər iki palatasının separatçıları dəstəkləyən qətnamələr qəbul etməsini, Makronun 44 günlük Vətən müharibəsi günlərində haqq mübarizəsi aparan respublikamıza təzyiq göstərmək cəhdlərini yada salaq. Bütün bunlarla Fransa dünyaya pis nümunələr təqdim etdi və bununla da öz imicinə ağır zərbə vurmuş oldu. Bu gün Yelisey Sarayı Azərbaycanın Afrikada, dənizaşırı ərazilərdə müstəqillik, azadlıq mübarizəsinə qalxan xalqlara mənəvi-siyasi dəstək göstərməsini sinirə bilmir, bunu ölkəmizin Fransanın  daxili işlərinə qarışması anlamında təqdim edir. Halbuki, Azərbaycanın digər ölkəərin, o cümlədən də Fransanın daxili işlərinə qarışmaq kimi bir niyyəti yoxdur. Fransanın müstəmləkə əsarətindən qurtulmaq istəyən xalqların mübarizəsi bir insan haqları məsələsidir və ökəmiz də müstəmləkəçiliyin bütün təzahürlərinə “yox” deyən beynəlxalq hərəkata dəstək verir.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Avqust 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri