Icma.az
close
up
RU
Yelisey Sarayı “xarici müdaxilə” izi axtarışında

Yelisey Sarayı “xarici müdaxilə” izi axtarışında

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Fransada Makronun tabeçiliyində olan iqtidar komandası insanların sərbəst toplaşmaq hüququna qarşı çıxır. Ölkə boyuca artan problemlərin həlli yollarını tapmaqda aciz görünən Yelisey Sarayı vətəndaşların getdikcə genişlənən etirazlarının qarşısını almaq üçün bir qayda olaraq polis zorakılığına əl atır. Hakim komanda daxili siyasətdəki permanent uğursuzluqları, həmçinin “xarici müdaxilə” bəhanəsi ilə əsaslandırmağa çalışır. Guya, üçüncü ölkələr Fransanın daxili işlərinə qarışır və hansısa addımlarla hökumətin planlarını pozurlar. Yelisey Sarayı son günlərdə Fransada genişlənən etirazlarda, xüsusilə də həbsxana qiyamlarında Əlcəzair və Rusiyanın əli olduğu iddiasından çıxış edib.

Fransanı silkələyən yeni həbsxana qiyamları

Əsrlər boyunca böyük mədəniyyət yaradan, bəşəriyyətin irəli getməsinə müəyyən töhfələr verən Fransa hazırda tarixinin ən çətin dönəmindən keçir, desək, yanılmarıq. Ölkə bir növ qara zolağa düşüb. Belə ki, mənfi meyllər həyatın bütün sahələrini əhatə edir. Xüsusilə də az qala bütün dünyaya demokratiya dərsi vermək iddialarında olan, özü üçün “azadlıq”, “bərabərlik”, “qardaşlıq” şüarlarını deviz seçən Fransada hazırda bu dəyərlərin aşınması ölkənin kədərli mənzərəsi barədə konkret təsəvvür yaradır. Başı uzaq coğrafiyalarda yerləşən ölkələrin daxili işlərinə qarışan, Afrikada, dənizaşırı ərazilərdə müstəmləkəçilik siyasətini daha da sərtləşdirmək üçün yollar axtaran Makron iqtidarı daxili məsələləri bir növ taleyin ümidinə buraxıb. Bunun nəticəsidir ki, ölkədə sosial-iqtisadi problemlər getdikcə artır. Hökumətin səriştəsiz siyasətinə görə həyatlarının çətinləşməsi, sosial ədalətsizliyin artması ilə barışa bilməyə insanlar çıxış yolunu küçələrə, meydanlara axışıb hakim komandaya qarşı etiraza qalxmaqda görürlər.

Fermerlərin bütün ölkəni əhatə edən “peyin inqilabı”nın ardından Fransada etirazların yeni dalğası başlayıb. Bu dəfə ölkə həbsxanalarda məhbusların qiyamı ilə silkələnir. Bazar günü axşamdan bəri bu müəssisələrdə insidentlərin sayı 12-yə yüksəlib. Bəzi məlumatlara görə, insidentlər narkotik alverçilərinin iri dəstələri tərəfindən hakimiyyətin son addımlarına cavab olaraq törədilib. Fransanın daxili işlər naziri Bruno Retayo bildirib ki, narko-qopniklərlə (fransızca-narco-racaille) qarşı-qarşıya qaldıqlarına əmindirlər. “Onlar bizə müharibə elan etməyiblər. Biz narkotik alveri haqqında yeni qanun qəbul edərək onlara müharibə elan etmişik. Bilirlər ki, biz onların ciblərinə zərbə vurmaq niyyətindəyik”, - deyə nazir bildirib.

Üç gecə ərzində bandalar həbsxanaların və həbsxana işçilərinin təlim mərkəzinin yaxınlığında avtomobilləri yandırıblar. İki yerdə isə odlu silahdan atəş açılıb. Bir çox hallarda cinayətkarlar DDPF hərfləri şəklində qraffit qoyublar. Bu, “Droits des Prisonniers Français - Fransız məhbusların hüquqları uğrunda” sözlərinin qısaltmasıdır. Maraqlıdır ki, bu təşkilat haqqında indiyə kimi heç kim heç nə eşitməyib. Təşkilatın yaydığı məlumatda ədliyyə naziri Jerald Darmanen məhbuslara müharibə elan etməkdə ittiham olunur. “Biz yalnız insan hüquqlarına riayət olunmasını istəyirik. Əgər 2025-ci ildə kameralarda məhbuslar televizora baxa, siqaret çəkə və yemək yeyə bilirlərsə, bu, yalnız atalarımızın bu fundamental hüquqlar uğrunda mübarizə aparması sayəsindədir”, - deyə təşkilatın yaydığı bəyanatda vurğulanır.

Qeyd olunur ki, Fransa üçün ciddi problem ən təhlükəli 100 narkobaronun köçürüləcəyi iki xüsusi həbsxananın yaradılması olacaq. Ən ciddi rejimli həbsxanalarda ziyarət və xarici aləmlə əlaqə üçün daha sərt qaydalar tətbiq ediləcək. Orada, xüsusilə, mobil telefonların gətirilməsinə qarşı əlavə tədbirlər görüləcək - hazırda Fransa həbsxanalarında on minlərlə belə telefon var. Bütün bunlar başçıların həbsxanadan öz narkotik bandalarını idarə etməsinə mane olmalıdır ki, bu da indi hər yerdə baş verir.

Fransada başlayan və hələlik sonu görünməyən həbsxana qiyamlarını iki nöqteyi-nəzərdən dəyərləndirmək mümkündür. Rəsmi versiyalara istinad etsək, o qənaət hasil olur ki, yenə də Makron komandasının səriştəsiz, yarıtmaz siyasəti ölkədə cinayətkarlığın, o cümlədən də narkomaniyanın artmasına zəmin yaradıb. Necə deyərlər, Yelisey Sarayı səpdiyi toxumların acı meyvələrini dadır.  Digər qənaət isə ondan ibarətdir ki, Yelisey Sarayı etirazçılara münasibətdə səhv taktikasını növbəti dəfə təkrarlayır. Etirazları zor gücünə yatırmaq əvəzinə, arzuolunmaz nəticələri doğuran səbəbləri aradan qaldırmaq lazımdır. Belə görünür ki, hakim komandanın problemlərin üstünə getməyə, insanların narahatlığını aradan qaldırmağa nə istəyi, nə də potensialı qalıb.

Bəs niyə Əlcəzair və Rusiya?

Makron iqtidarının ortaya atdığı “daxili qiyamlarda xarici qüvvələrin izi var” kimi iddialar fonunda sual yaranır: Bəs niyə Rusiya və Əlcəzair?

Əvvəlcə onu vurğulamaq yerinə düşər ki, Fransa hakimiyyəti üçün daxili problemlərə görə ölkə hüdudlarından kənarda səbəbkarlar axtarmaq yeni bir taktika deyil. Xatırladaq ki, bundan əvvəl Azərbaycanın da adı Yelisey Sarayının “qara siyahı”sına salınıb. Makronun özü başda olmaqla komandasının üzvləri səs-səsə verərək Fransanın üzləşdiyi böyük problemlərə görə Azərbaycanı günahlandırırlar. Guya ölkəmiz onların daxili işlərinə qarışır. Halbuki, rəsmi Bakının içi Fransa qarışıq hansısa bir ölkəyə qarşı belə bir niyyəti olmayıb. Azərbaycan sadəcə olaraq, Fransanın Afrikada, dənizaşırı ərazilərdə apardığı sümürmə siyasətini tənqid edir, bunun yolverilməz olduğunu bildirir. Bu, sırf insan haqları məsələsidir və burada Yelisey Sarayından gələn izahların heç bir əsası yoxdur.

Həmçinin Yelisey Sarayının ölkə daxilindəki son qiyamlarda Rusiya və Əlcəzair izi axtarması da tamamilə absurddur. Makronun siyasi texnoloqları bu versiyanı Fransa ilə adları çəkilən iki ölkə arasında siyasi münasibətlərin kəskinləşməsi fonunda gündəmə gətiriblər. Məlumdur ki, Parislə Moskva arasında geosiyasi amillərdən qaynaqlanan ziddiyyətlər Rusiya-Ukrayna müharibəsi fonunda daha da artıb.  Makron davamlı olaraq Rusiyaya qarşı təzyiqklərin gücləndirilməsi, hətta Avropa ölkələrinin hansısa bir formada müharibəyə qoşulması təşəbbüslərindən çıxış edir. İki ölkə arasında siyasi qalmaqalların yaşanması adi hala çevrilib. Cari ilin əvvəlində Rusiyanın Marseldəki Baş Konsulluğuna hücum oldu. Konsulluğun ərazisində partlayışlar törədildi. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşının Fransada saxlanılması diplomatik qalmaqal yaratdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov baş verənlərin Fransanın öhdəliklərinə zidd olduğunu vurğulayıb.

Fransa ilə Əlcəzair arasında tarixən yaşanan ziddiyyətlər də beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Əlcəzair rəsmi adı ilə yanaşı, həm də “1,5 milyon şəhidlər ölkəsi” adlanır. Həmin şəhidlər məhz Yelisey Sarayının müstəmləkəçilk siyasətinin qurbanları olaraq həyatlarını itiriblər. Rəsmi Paris hələ də Əlcəzairdə törədilən soyqırımına görə üzr istəməyib və təzminatlar ödəməyib.

Tarixi ədavət unudulmur və ikitərəfli münasibətlər pisləşməkdə davam edir. 2024-cü ilin yayında rəsmi Paris Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyandan sonra  Fransa ilə Əlcəzair arasında növbəti gərginliyin əsası qoyulub. Buna cavab olaraq, Əlcəzair Parisdəki səfirini geri çağırıb və Prezident Abdelmacid Tebbun həmin ilin sentyabr ayında Fransaya planlaşdırılan səfərini ləğv edib. Bir neçə gün bundan əvvəl isə Fransada əlcəzairlilərin, o cümlədən konsulluq nümayəndəsinin həbsinə cavab olaraq, bu ölkənin 12 təmsilçisinə Əlcəzair ərazisini 48 saat ərzində tərk etmək əmri verilib. Bu gərginlik Fransa Prezidenti Emmanuel Makron ilə əlcəzairli həmkarı Abdelmacid Tebbun arasında münasibətləri yaxşılaşdırmaq məqsədilə baş tutmuş telefon danışığından iki həftə sonraya təsadüf edib. Əlcəzairin Xarici İşlər Nazirliyinin nümayəndəsi Sofiane Şaib fransızdilli “Əlcəzair III” radio kanalına müsahibəsində bildirib ki, iki ölkə arasında böhranı Fransanın daxili işlər naziri Brüno Rötayo yaradıb. Əlcəzairin Fransadakı konsulluğunun əməkdaşının həbsi vəziyyəti gərginləşdirib. “Əlcəzair və Paris arasında yaranan bu gərginliyə görə Fransanın daxili işlər naziri məsuliyyət daşıyır. O, iki ölkənin rəhbərləri arasında baş tutan telefon danışığından sonra tərəflər arasında başlayan yaxınlaşmaya mane olmaq istəyir. Daxili işlər naziri səkkiz ay əvvəl qeydə alınan bir işi yenidən qızışdırıb və Amir Dzat kimi tanınan Əmir Buxorsun oğurlanması ilə bağlı məsələdən istifadə edib. Mövcud böhran və gərginlik bu işin qəsdən dramatikləşdirilməsinin nəticəsidir. Bu hal iki dövlət başçısının arzuladığı əlaqələrə maneə yaradıb”, - deyə S.Şaib vurğulayıb.

Qeyd olunan faktlar rəsmi Parisin həbsxana qiyamlarının izini nə üçün Əlcəzairdə və yaxud Rusiyada axtardığının motivlərinə aydınlıq gətirir. Aydın məsələdir ki, Fransanı ağuşuna alan etirazların əsas səbəbi Yelisey Sarayının yarıtmaz siyasətidir. Makronun komandasının isə bunu açıq deməyə cəsarəti və iradəsi yoxdur. Belə olan halda iqtidar təmsilçiləri ənənəvi düşmənlərdən “günah keçiləri” düzəltməyi ən asan çıxış yolu kimi görürlər ki, bu da onların daxili problemlərə son dərəcə biganə yanaşmalarının göstəricisidir.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Aprel 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri