Icma.az
close
up
RU
Yelisey Sarayının kolonializm siyasətinin daha bir ünvanı Madaqaskar

Yelisey Sarayının kolonializm siyasətinin daha bir ünvanı Madaqaskar

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zaman ötdükcə dünya dəyişir, o cümlədən də beynəxalq münasibətlər sistemində yeni baxışlar və yanaşmalar formalaşır.  Dərk olunur ki, keçmişin eybəcər qalıqlarına müasir dünyada yer ola bilməz.

Fəqət özünü dünyaya demokratiyanın, insan haqlarının, bərabərliyin, qardaşlığın ünvanı kimi təqdim etməyə çalışan Fransa keçmişin eybəcər qalığı olan müstəmləkəçilik siyasətindən heç bir vəchlə əl çəkmək istəmir. Yelisey Sarayının Madaqaskara olan münasibəti bunu aydın şəkildə göstərir. Rəsmi Paris artan beynəlxalq qınaq qarşısında ənənəvi müstəmləkəçiliyin formasını dəyişərək onu yeni kolonializm metodları ilə əvəzləsə də, mahiyyət eyni olaraq qalır. Yenə də Afrikanın, dənizaşırı ərazilərin bir sıra ölkələri Fransa tərəfindən ciddi nəzarətdə saxlanılır və onların vətəndaşları istismar olunur, təbii sərvətləri talanır. Məhz talama, sümürmə siyasətinin nəticəsidir ki, bu gün Fransada yüksək həyat səviyyəsini təmin etmək mümkün olur.

Fransanın 500 illik tarixə malik müstəmləkəçilik siyasəti

Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Təbii ki, zaman ötdükcə Fransa müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Ancaq zaman və forma dəyişsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də,  üzqarası siyasətinin mahiyyəti dəyişməyib.  Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır.

Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Bütövlükdə Fransanın yüz illər boyunca mövcudluğu müstəmləkəçilk siyasətinin ünvanına çevriən ölkələrə yaxşı heç nə gətirməyib. Onlar sivilizasiyadan geri qalıblar, sərvətləri talanıb Fransaya daşınan ölkələr asılı vəziyyətə düşüblər, yerli xalqlar milli kimliklərini itirmək təhlükəsi ilə üzləşiblər...

Fransanın ağır müstəmləkəçilik siyasətindən bəhs edərkən bir mühüm məqama xüsusi diqqət yetirmək yerinə düşər. Maraqlıdır ki, Fransanın ərazisi 551.500 kvadratkilometr olsa da, Beşinci Respublikanın ərazisi bundan xeyli böyük, yəni 1 milyon 111 min 155 kv.km-dir. Bu, o anlama gəlir ki, 559 min 655 kv.km-lik ərazi müstəmləkə altında inildəyən ölkələr, adalardır. Yelisey Sarayı bu gün də həmin ərazilərə müstəqillik verməkdən boyun qaçırır.

Madaqaskara qarşı məkrli planlar - Epars adalarının ələ keçirilməsi

Madaqaskar Hind okeanın qərbində və Afrikanın cənub-şərqində Madaqaskar və digər adaların üzərində yerləşən dövlətdir. Yelisey Sarayı nəzarətində saxladığı digər ərazilər kimi, bu ölkəyə qarşı da məkrli planlar quraraq həyata keçirib. 1960-cı ildə Madaqaskar müstəqillik əldə etdiyi zaman Fransa karbohidrogenlərlə zəngin arxipelaqı özünün xarici ərazilərinə çevirməyi təmin edib. BMT buna qarşı çıxsa da, rəsmi Paris hələ də mövqeyindən dönmür. O cümlədən Epars adaları 1960-cı ildə Madaqaskarın müstəqilliyi ərəfəsində Fransa tərəfindən ələ keçirilib. Adalar uzun illərdir ki, Antananarivo ilə Paris arasında mübahisəli əraziyə çevrilib. Rəsmi Paris Epars adalarını mütəmadi qaydada “izləmək” üçün xüsusi batalyon yaradıb.

Sözügedən adalar Hind okeanında zəngin flora və faunası ilə əsl cənnət sayılır. Ancaq Fransa üçün müstəsna önəm daşıyan məqamlar adaların strateji mövqeyi və buradakı zəngin karbohidrogen ehtiyatlarıdır.

Eyni zamanda, Madaqaskar da bu əraziləri özününkü hesab edir. Madaqaskar Respublikasının Prezidenti Andri Rajoelina hətta Epars adalarına münasibətdə “milli kimlik” ifadəsini işlədib. İnzibati nöqteyi-nəzərdən Epars adaları 1896-cı ildə Fransanın müstəmləkəsinə çevrilən zaman Böyük Adaya aid edilib. Ancaq Madaqaskar müstəqilliyini bəyan etdikdə Yelisey Sarayı manipulyasiyaya əl ataraq xüsusi fərmanla adaları Fransanın yurisdiksiyasına verib. Bu, birtərəfli qaydada atılan addım idi. Hətta general De Qoll o dövrdə bəyan etmişdi ki, bu adalarda nüvə sınaqları da həyata keçirilə bilər. Təkcə bu fakt Fransanın insan həyatına, təbiətə, müstəmləkə ərazilərinə hansı prizmadan yanaşdığını əyani şəkildə təsdiqləyir.

BMT səviyyəsində iki qətnamə qəbul edilsə də...

Adalara sahiblənmək uğrunda Fransa ilə Madaqaskar arasında uzun illər davam edən mübahisələr BMT səviyyəsinədək yüksəlib. 1976-cı ildə məsələyə cəlb edilən BMT Antananarivonun tərəfini tutaraq iki qətnamə (1979 və 1980) çıxarıb. Həmin sənədlərdə Fransa hökumətindən “qeyri-qanuni özgəninkiləşdirilən adaların” Madaqaskara qaytarılması ilə bağlı təxirə salınmadan danışıqlara başlaması tələb edilib.

Həmçinin Afrika İttifaqı və digər ölkələr də Fransanın sözügedən adalara sahiblənməsinin hüquqi və tarixi əsasları olmadığını bildirərək Yelisey Sarayının ünvanına sərt tənqidlər səsləndiriblər. Buna baxmayaraq, 45 il ərzində heç nə dəyişməyib. Hətta bu məsələ 2019-cu ilin may ayında Parisdə  iki ölkə prezidentləri arasında da müzakirə edilib. 26 iyun 2020-ci il tarixinədək sazişin hazırlanması üçün ikitərəfli komissiya yaradılıb. Lakin Madaqaskar Epars adalarını geri almadan müstəqilliyinin 60 illiyini qeyd etmək məcburiyyətində qaıb. Regiona səfər edən Fransa prezidenti isə bildirib ki, ərazi fransız torpağıdır. 2020-ci ildə Fransa səfiri Madaqaskar XİN-ə çağırılıb və ölkənin Parisin Epars adalarında milli qoruq yaratmaq planları ilə razılaşmadığı diqqətə çatdırılıb. Qoruğun yaradılması haqqında fərman iki ölkə arasında danışıqların nəticəsiz  başa çatması anlamına gəlir. Adaların Madaqaskarın yurisdiksiyasına qaytarılması məsələsi 2021-ci ilin 23 sentyabrında prezident Andri Rajoelina tərəfindən BMT-dəki çıxışı zamanı növbəti dəfə qaldırılıb. O, eyni zamanda, 1979-1980-ci illərə dair BMT qətnamələrinə istinad etsə də, Qərbin ikiüzlü siyasəti burada da özünü göstərib. Azərbaycan təcrübəsindən də bəlli olduğu kimi, bir sıra hallarda BMT qətnamələri adi kağız parçasından fərqlənmir...

İkinci görüş və yaxud Madaqaskar israrlıdır

Nəhayət, uzun illər sonra - 2025-ci ilin 30 iyun tarixində Makronla Madaqaskar Prezidenti arasında Epars adalarının statusuna dair 2-ci görüş baş tutub. Müzakirələr zamanı yekun nəticə əldə edilməsə də, Madaqaskar tərəfi öz mövqeyini israrla açıq şəkildə ifadə edərək konkret tələblərini irəli sürüb. Bunlar aşağıdakılardır:

- Madaqaskarın bu adalar üzərində suverenliyinin tanınmadığı dövrdə üzləşdiyi iqtisadi itkilərə görə kompensasiyanın ödənilməsi;

- Madaqaskar balıqçılarının Epars adalarının ətraf sularında sərbəst fəaliyyət göstərməsinə icazə verilməsi;

- Madaqaskarlı alimlərin regionda aparılan elmi-tədqiqatlarda iştirakının təmin edilməsi və keçmiş tədqiqatlara çıxış imkanlarının yaradılması.

Fransa ikinci görüşün müddəalarına əməl edəcəkmi? Və yaxud başqa bir sual: Rəsmi Paris Epars adaları üzərində nəzarətini Madaqaskara güzəştə getməmək üçün daha hansı hiylələrə əl atacaq?

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 İyul 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see234

“Düşündüm ki, başqa yolum yoxdur” 55 yaşında tələbə oldu

26 Avqust 2025 16:18see213

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see150

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

27 Avqust 2025 09:01see145

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see138

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see137

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see137

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see133

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see129

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see129

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see128

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see125

Paşinyanın dostundan müharibə etirafı: “Müharibə 100 illik təxirə salınıb”

26 Avqust 2025 14:53see117

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

27 Avqust 2025 03:04see115

Nazir, komitə sədri və... Onların qəbul günləri açıqlandı + CƏDVƏL

26 Avqust 2025 13:08see114

Şərqin nəcibliyi və Qərbin müasirliyini birləşdirən BİRİNCİ XANIM

26 Avqust 2025 09:09see114

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

26 Avqust 2025 20:31see113

Ceymi Vardi İtaliyaya gedə bilər

26 Avqust 2025 16:16see113

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

27 Avqust 2025 19:24see113

Türkiyədə quraqlıq TƏHLÜKƏSİ

26 Avqust 2025 18:33see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri