Icma.az
close
up
RU
Yelisey sarayının tezisləri Belçika parlamentində...

Yelisey sarayının tezisləri Belçika parlamentində...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar elçikalı parlamentarilər “erməni sevdasına” qərq olub. Açıq-aşkar Ermənistan üçün cənfəşanlıq edirlər. Regionda hazırk reallıqlardan xəbərdar olmayan və ya xəbərdar olub, amma bilərəkdən buna məhəl qoymayan elçikalı parlamentarilər öz köhnə ampluasında qalmaqda davam edirlər. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyanın bu ayın ortalarında Belçikaya səfəri zamanı -  iyulun 17-də Belçika parlamentinin Nümayəndələr Palatasında Azərbaycana qarşı qərəzli qətnamə qəbul olunub - Qətnamədə Azərbaycan ordusunun 2023-cü ilin sentyabrın 19-da Qarabağda  antiterror tədbirləri açıq-aşkar təhrif  olunub və ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib. Sənədin bütün maddələri Azərbaycanın milli maraqlarına və beynəlxalq hüququn reallıqlarına zidd olmaqla yanaşı, açıq şəkildə Ermənistanın və separatçı ermənilərin mövqeyini müdafiə edir. Belçika Parlamentinin Nümayəndələr Palatası indi də Belçika hökumətinə Ermənistanla bağlı tələblər irəli sürüb.  Tələblər bundan ibarətdir ki, Brüssel “hərbi cinayətlərin” beynəlxalq səviyyədə araşdırılmasında Ermənistana dəstək verməli, Ermənistanda konsulluq mövcudluğunu artırmalı, rəsmi İrəvanla humanitar və hərbi əməkdaşlığı daha da dərinləşdirməlidir. Nümayəndələr Palatasında, həmçinin Azərbaycana qarşı sanksiya tətbiq olunmasını çağıranlar da olub.

Belçikalı Parlementarilər niyə Ermənistan üçün bu qədər cənfəşanlıq edirlər? Onların bu addımları nədə irəli gəlir? Belçika parlamentinin Ermənistana yönəlik addımları hansı məqsədlərə əsaslanıb?

İkili standartlar normal siyasi mexanizmə çevrilib

Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Belçika Nümayəndələr Palatasının qəbul etdiyi birtərəfli və qərəzli qətnamə Avropa İttifaqının son dövrlərdə Ermənistanla münasibətlərini hansı siyasi ritorika üzərində qurduğunu açıq şəkildə nümayiş etdirir. “Qətnamənin məzmunu bir daha göstərdi ki, Aİ-nin bəzi institutları, eləcə də bəzi üzv ölkələri üçün ikili standartlar artıq normaya çevrilib. Bu sənəd faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını sual altına alır. Qətnamənin Paşinyanın Brüssel səfəri ilə eyni vaxta təsadüf etməsi isə bu təşəbbüsün əvvəlcədən planlaşdırıldığını göstərir. Qeyd edim ki, Azərbaycanın ərazi bütövlüyü BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanır. Bu prinsipləri inkar etmək Avropa hüququnun öz əsaslarını inkar etmək deməkdir”, - deyə T.İsmayılov vurğulayıb ki, Belçika parlamentinin qətnaməsi Azərbaycanın keçmiş münaqişəyə son qoyaraq sülhə yönəlmiş siyasətinə qarşı siyasi sabotaj kimi qiymətləndirilməlidir: “Qərb institutlarının bəzi dairələri Ermənistanın diplomatik manevrlərinə siyasi örtük təqdim etməyə çalışır. Paşinyan isə bu fürsəti maksimum şəkildə istismar edir - həm daxili auditoriyaya mesaj verir, həm də Qərbdə anti-Azərbaycan ritorikasını stimullaşdırır. Siyasi baxımdan bu sənəd Brüsselin regiondakı obyektivlik iddiasına xələl gətirir. Bu, sadəcə, diplomatik səhv deyil, geopolitik məsuliyyətsizlikdir. Eyni zamanda, bu sənəd Aİ-Ermənistan yaxınlaşmasının yalnız iqtisadi deyil, siyasi və təhlükəsizlik ölçüləri daşıdığını da göstərir. Azərbaycan bu cür qərəzli sənədlərə baxmayaraq öz sülh gündəliyinə sadiqdir”.

Kələfin ucu Parisə gedib çıxır

Politoloq İlyas Hüseynov qəzetimizə şərhində bildirib ki, Belçika Parlamentinin Nümayəndələr Palatasının Azərbaycana qarşı addımlarının arxasında müəyyən qüvvələr dayanır. “44 günlük Vətən müharibəsindən sonra bir sıra Avropa dövlətləri Azərbaycana qarşı qərəzli mövqe sərgiləməyə başladılar. Bu siyasət hələ də davam etməkdədir. Həmin ölkələrdən biri də Belçikadır. Bu Avropa ölkəsinin həm daxili, həm də xarici siyasəti Aİ-dən, xüsusilə də Fransadan asılı vəziyyətdədir. Demək olar ki, Belçika müstəqil siyasət yürüdə bilmir və bütün suveren hüquqlarını Aİ-yə və Fransaya təhvil verib. Ümumiyyətlə, Benilüks ölkələr - Belçika, Hollandiya və Lüksenburq öz xarici siyasətlərini Fransanın xarici siyasəti ilə uyğunlaşdırırlar və rəsmi Parislə həmrəy şəkildə siyasət yürüdürlər. Bu baxımdan belə qənaətə gəlmək olar ki, Belçika Parlamentinin Nümayəndələr Palatasının Ermənistana dəstək çağırışı və Azərbaycana qarşı qətnaməsinin arxasında məhz Fransa dayanır”.  Ekspert əlavə edib ki, Belçika parlamentinin davranışları ölkənin imicinə xələl gətirir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni artıq razılaşdırılıb. Bununla yanaşı, bu yaxınlarda BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında çox məhsuldar və konstruktiv görüş keçirildi. Proses müsbət istiqamətdə davam edir. Belə bir halda Belçika Parlamentinin Nümayəndələr Palatasının Belçika hökumətinə Ermənistanla bağlı tələblər irəli sürməsi və Azərbaycana qarşı qərəzli mövqe sərgilməsi qətiyyən yol verilməzdir. Bu, sülh prosesinə mənfi təsir göstərir. Belçika parlamenti bu kimi davranışlarından əl çəkməli və Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini nümayiş etdirməlidir”. 

Yunis ABDULLAYEV 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyul 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri