Yelizaveta Ruban: “Əvvəlki məğlubiyyətdən nəticə çıxardıq”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan qadın voleybol millisinin hücumçusu Yelizaveta Ruban komandamızın qələbəsini şərh edib.
İdman.Biz xəbər verir ki, voleybolçu bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Ruban İspaniya ilə oyuna ciddi hazırlaşdıqlarını və əvvəlki məğlubiyyətdən nəticə çıxardıqlarını bildirib:
“Hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. Bu oyuna ciddi hazırlaşmışdıq. İspaniya ilə Avropa Liqasında da qarşılaşmışdıq və məğlub olmuşduq. Lakin biz səhvlərimiz, çatışmazlıqlar üzərində çalışdıq və bu gün qələbə qazandıq. Komandamı təbrik edir və növbəti oyunlarda uğurlar arzulayıram”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan millisi İspaniyaya 3:0 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 24 Avqust 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















