Yelo Bank banklararası mini futbol liqasının çempionu olub
Banco.az saytına istinadən Icma.az xəbər verir.
"Fire League" tərəfindən təşkil edilən banklararası mini-futbol liqası Yelo Bank komandasının qələbəsi ilə başa çatıb. Ümumilikdə 8 bankın mübarizə apardığı turnirdə Yelo Bank təmsilçiləri uğurlu oyun nümayiş etdirərək çempionluq kubokunu qazanıblar.
Gərgin keçən final qarşılaşmasında rəqibini 3:2 hesabı ilə üstələyən Yelo Bank komandası fəxri kürsünün ən yüksək pilləsinə ucalıb. Komanda uğuru ilə yanaşı, bankın əməkdaşları fərdi mükafatlara da layiq görülüblər. Belə ki, bank əməkdaşı Cavid Rəhimov liqanın "Ən yaxşı qapıçısı", İlkin Mikayılov isə turnirin "Ən yaxşı oyunçusu" seçilib.
Bu nəticə bank əməkdaşlarının həm peşəkar fəaliyyətdə, həm də korporativ idman tədbirlərindəki yüksək komanda ruhunu və birliyini bir daha nümayiş etdirib. Yelo Bank-ın həm meydanda, həm də işində uğurlu komandasına qoşulmaq üçün aktiv vakansiyalarla yelo.az rəsmi vebsaytında tanış ola bilərsiniz.
Bankdan lombard krediti əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 04 Fevral 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















