Icma.az
close
up
RU
Yemək də bir sənətdir...

Yemək də bir sənətdir...

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Hər gün yemək yeyirik. Bəs yeməyi necə yeməliyik? Yemək yeyərkən hansı qaydalara riayət etməliyik? Və ya yemək yeyərkən nə qədər yeməliyik? Bu yazımız bu və başqa suallar barədədir. Əvvəlcə çox yeməkdən başlayaq...
1. Çox yemək həzm sistemində gərginliyə səbəb olur: Çox yemək həzm sistemində gərginliyə səbəb olduğu, ən əsası isə həzmi çətinləşdirdiyi üçün mümkün qədər az yemək məsləhətdir. Bundan başqa, tam həzm edilməmiş qidalar orqanizmdə çürümüş kütlələrin əmələ gəlməsinə səbəb olur. Bu isə qan dövranının zəhərlənməsinə gətirib çıxarır. Nəticədə, bütün sistem zəifləyir.
2. Əsəbləriniz gərgindirsə, yemək yeməyin: Əslində, nə yemək qədər necə yemək də vacibdir. Təbii ki, tələsik, yorğun, narahat yediyiniz yeməklər həzm edilməyəcək və bu yeməklərin elə bir kalorisi də olmayacaq. Əhvali-ruhiyyəniz nə vəziyyətdədirsə, deməli, bütün orqanizminiz də bu vəziyyətdədir. Maraqlıdır ki, mütəxəssislər əsəbi vəziyyətdə olan adamların mədə və qarın nayihələrində müşahidə aparıblar. Nəticədə, onların mədələrinin normal mədədən tamamilə fərqli olduğunu müəyyən ediblər. Sözsüz ki, belə vəziyyətdə mədə normal həzm edə bilməz. Hətta yediyimiz yeməklər orqanizminizdə ziyanlı turşuların və toksinlərin əmələ gəlməsinə səbəb ola bilər.
3. Çox çeşidli yeməklər yeməyin: Eyni vaxtda çox çeşidli yemək də həzm sistemində gərginliyə səbəb olur. Bu da nəticədə, sistemin zəifləməsinə gətirib çıxarır. Buna görə də, eyni vaxtda dörd çeşiddən artıq yemək yeməyin və yeməklərinizin mümkün qədər sadə olmasına çalışın. Unutmayın ki, həddindən artıq ədviyyatlı yeməklər də olmaz.
4. Tikənizi tam çeynəyin: Məlumdur ki, düyü, çörək və makaron kimi yeməklərin həzmi ağızda başlayır. Buna görə də, tüpürcəklə yaxşı qarışsın deyə, belə yeməkləri çox çeynəmək lazımdır. Tüpürcək əslində yüksək dozalı “alkalin” deməkdir. Bu baxımdan, yaxşı çeynəmək turşuluq dərəcəsi yüksək olan qidaların mənfi təsirlərini neytrallaşdırmaq üçün də vacibdir.
5. Yeməkdən sonra dincəlin: Yeməkdən sonra yorucu fiziki və ya zehni iş də təhlükəlidir. Çünki yemək zamanı orqanizmin bütün enerjisi həzmə sərf olunur. Belə vəziyyətdə iş gördükdə enerji parçalanır və həzm cətinləşir.
6. Üç dəfədən artıq yemək yeməyin: Yediyiniz yeməyin həzm olunaraq mədədən çıxması və mədə şirəsinin yenidən bərpa olunması üçün təqribən dörd saat vaxt lazımdır. Rejimsiz yemək yedikdə isə bu şərtlər təbii olaraq özünü doğrultmur. Buna görə də, gündə üç dəfədən artıq yemək məsləhət deyil.
7. Yatmazdan əvvəl yeməyin: Yatana yaxın yemək yedikdə meydana gələn qazlar beyinə mənfi təsir göstərir. Bu, bəzən insanın pis yuxular görməsinə də səbəb olur. Unutmayın ki, yatmazdan əvvəl kiçik bir gəzinti də həzmə kömək edə bilər. Əgər gecələr yatmaqda çətinlik çəkirsinizsə, bir stəkan ilıq süd için.
8. Çox isti və ya çox soyuq yeməyin: Çox isti yeməklər bədənin həddindən artıq qızmasına səbəb olur. Bundan başqa, həzm fermentləri məhdud temperaturda fəaliyyət göstərdikləri üçün həzm çətinləşir. Odur ki, yemək yeməzdən əvvəl bir az soyutmaq məsləhətdir. Çox soyuq yeməklərə gəldikdə isə belə yeməklər bağırsaq kanalının daralmasına səbəb olur. Bu halda da həzm çətinləşir.
9. Təmiz hava alın, idmanla məşğul olun: Həzm sisteminin güclənməsi və həzmin asanlaşması üçün idman çox vacibdir. Çünki həzm üçün bol oksigen lazımdır. Qəbizliyin qarşısını almaq üçün də hər gün idmanla məşğul olmaq və açıq havada gəzmək məsləhətdir.
10. Çoxlu su için: Su bədəni zəhərli maddələrdən və tullantılardan təmizləyir. Ona görə də, sağlam adam gündə ən azı 3 litr su və ya başqa maye içməlidir. Xəstələr isə (xüsusilə dəri xəstəliyi olanlar) gündə ən azı 4 və ya 5 litr su içməlidirlər. Əgər çox su içməyə adət etməmisinizsə, bir litrdən başlayın və get-gedə bu miqdarı artırın. Hər dəfə yarım və ya bir stəkan su için və bunu gün ərzində bir neçə dəfə təkrar edin. Yemək zamanı çox su içməyin. Əks halda, mədə şirəsi azalar və həzm çətinləşər.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 20 Yanvar 2026 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see322

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see302

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see280

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see275

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see265

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see263

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see248

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see234

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see226

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see217

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see217

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see214

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see212

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see210

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see208

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see195

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see182

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see173

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see163

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri