Yemək vərdişləri sağlamlığınızı necə dəyişə bilər?
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son dövrlərdə geniş yayılmış diabet, piylənmə və digər xəstəliklərdə tibbi qidalanma terapiyası effektiv müalicə üsulu kimi ön plana çıxır.
Pravda.az bildirir ki, tibbi qidalanma terapiyası xəstənin qidalanma vərdişlərini dəyişdirərək sağlamlığını yaxşılaşdırmağı hədəfləyir. Bu terapiya fərdi xüsusiyyətlər nəzərə alınaraq dietoloq tərəfindən tərtib olunur və kalori, protein, lif baxımından balanslı qidalanmanı əhatə edir.
Diabet və piylənmə üçün xüsusi hazırlanmış qidalanma planları qan şəkərinin tənzimlənməsi və çəki nəzarətinə kömək edir. Həmçinin bu müalicə üsulu, böyrək xəstəlikləri, ürək-damar və həzm sistemi problemlərində də uğurla tətbiq olunur.
Mütəxəssislər, tibbi qidalanma müalicəsinin effektivliyi üçün fərdi planların hazırlanması və müntəzəm izlənmənin vacib olduğunu bildirirlər.
Əminə Bayramova


