Kredit müqaviləsinə zamin kimi imza atmadan öncə bunu mütləq edin, əks halda… XƏBƏRDARLIQ KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
“Kredit müqaviləsinə əsasən, borclu şəxs öhdəliklərini yerinə yetirmədikdə Zaminlər məsuliyyət daşıyır. Əgər borc alan şəxs kredit ödənişlərini etmirsə, bank və ya kreditor avtomatik formada zaminə müraciət edə bilər. Bu, kredit müqaviləsi ilə hüquqi şəkildə tənzimlənir”.
Bu fikirləri iqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlamasında səsləndirib:
“Zamin və borc alan şəxs kreditor qarşısında eyni məsuliyyət daşıyır. Bu səbəbdən də zamin borcun ödənilməsinə görə birbaşa məsuliyyət daşıyır və vəsaiti ödəməyə məcbur qalır. Daha sonra isə zamin həmin məbləği borc alandan tələb etmək hüququna malikdir. Bu halda o, məhkəməyə müraciət edərək ödənilmiş məbləğin geri qaytarılmasını tələb edə bilər”.
Mütəxəssis xəbərdarlıq edir ki, kredit müqaviləsinə zamin kimi imza atmadan əvvəl hüquqi öhdəliklər diqqətlə nəzərdən keçirilməlidir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 30 İyun 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















