Icma.az
close
up
RU
Sağlamlığınızı qorumağın 10 sadə yolu: Yemək vərdişlərinizə diqqət edin

Sağlamlığınızı qorumağın 10 sadə yolu: Yemək vərdişlərinizə diqqət edin

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sağlam həyat tərzi bədənin enerjili və möhkəm qalması üçün əsas amildir.
Pravda.az bildirir ki, yeməkdən əvvəl və sonra edilən kiçik səhvlər belə orqanizmin ümumi vəziyyətinə ciddi təsir göstərə bilər.


Həzm sistemini qorumaq və gündəlik sağlamlığımızı dəstəkləmək üçün bəzi vacib vərdişlərə əməl etmək tövsiyə olunur.


Su için


Həzmə kömək məqsədilə yeməkdən 30 dəqiqə əvvəl bir stəkan ilıq su içmək məsləhətdir. Bu, həm toxluq hissi yaradacaq, həm də artıq yeməyin qarşısını alacaq. Yemək zamanı az miqdarda su içmək faydalıdır, lakin həddindən artıq su qəbulundan qaçmaq lazımdır. Yeməkdən sonra da 30 dəqiqə gözləyib su içmək həzmi asanlaşdırır.


Yatmayın


Yeməkdən dərhal sonra uzanmaq tövsiyə olunmur. Bu, həzmi yavaşladır, şişkinlik və mədə yanmasına səbəb ola bilər. Mütəxəssislər axşam yeməyinin yatmazdan ən azı 2 saat əvvəl yeyilməsini tövsiyə edir. Bu müddətdə isə yüngül hərəkətlər etmək məsləhətdir.


Gəzintiyə çıxın


Yeməkdən sonra qısa, 15-20 dəqiqəlik gəzinti mədə üçün olduqca faydalıdır. Hətta ev ətrafında yüngül gəzmək də həzmi yaxşılaşdırır, şişkinliyi və narahatlığı azaldır.


Ağır idmandan uzaq durun


Yeməkdən sonra payida gəzmək faydalıdır, lakin ağır idman növləri, xüsusilə axşam saatlarında aparılan kardio məşqlər, bədən temperaturunu artıraraq melatonin hormonunun ifrazına mane olur. Bu isə yuxu rejiminə mənfi təsir göstərir.


Dişlərinizi fırçalayın


Amerika Diş Həkimləri Assosiasiyası yeməkdən sonra dişlərin fırçalanmasını tövsiyə edir. Bu vərdiş ağızda pH balansını qoruyur, dişlərin təmiz və sağlam qalmasına kömək edir. Hər dəfə 2 dəqiqə ərzində dişlərin bütün hissələrini təmizləmək məsləhətdir.


Siqaret çəkməyin


Yeməkdən sonra siqaret çəkmək bir çox insan üçün vərdişə çevrilib. Ancaq bu, mədə turşusunu artıraraq mədə yanması və digər həzm problemlərinə səbəb olur. Siqaret həmçinin bağırsaqlara da zərər verir və yuxu pozğunluğuna yol aça bilər.


Duş qəbul etməyin


Yeməkdən dərhal sonra duş almaq tövsiyə olunmur. Bu zaman bədənin istiliyi dəyişir və qan axını həzm sistemindən dərialtı qatlara yönəlir ki, bu da həzmi çətinləşdirir. Ən azı 30 dəqiqə gözləmək məsləhətdir.


Geniş geyimlər geyinin


Yemək zamanı rahat, geniş geyimlərə üstünlük verilməlidir. Dar geyimlər qarına təzyiq göstərərək mədə yanmasına və narahatlığa səbəb ola bilər. Yuxu zamanı da yüngül və sərbəst geyimlər tövsiyə olunur.


Kəməri boşaltmayın


Əgər yeməkdən sonra kəməri boşaltmaq ehtiyacı yaranırsa, bu, artıq qida qəbul etdiyinizi göstərir. Bu vərdiş uzunmüddətli perspektivdə qarın əzələlərinin boşalmasına və piylənməyə səbəb ola bilər. Kifayət qədər və yüngül qidalanmaq daha sağlam seçimdir.


Axşamlar meyvədən uzaq olun


Meyvələr gündəlik rasionda vacib yer tutur, lakin axşam yeməyindən dərhal sonra meyvə yemək həzmi çətinləşdirir. Meyvədəki təbii şəkərlər yuxuya da mənfi təsir göstərir. Meyvəni axşam yeməyindən 30 dəqiqə əvvəl yemək daha məqsədəuyğundur.


Qeyd: Sağlam həyat tərzi kiçik dəyişikliklərlə başlayır. Sadə vərdişlər - su içmək, düzgün vaxtda gəzintiyə çıxmaq, rahat geyimlərə üstünlük vermək və siqaretdən uzaq durmaq ümumi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Lakin unutmayın ki, hər hansı ciddi dəyişikliyi həkim məsləhəti olmadan etmək təhlükəli ola bilər.


Əminə Bayramova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 Aprel 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri