Icma.az
close
up
RU
YƏMƏN: İNSANİYYƏTiN UNUDULMUŞ YARASI... Və ya siyasətin poliqonu, bir xalqın məzarı

YƏMƏN: İNSANİYYƏTiN UNUDULMUŞ YARASI... Və ya siyasətin poliqonu, bir xalqın məzarı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsanlıq Yəməndə bir dəfə yox, hər gün ölür

Yaxın Şərqin səssiz harayı olan Yəmən, artıq onilliklərdir ki, qan içində boğulur. Bu ölkənin dağılmış şəhərləri, dağıdılmış məktəbləri, bomboş süfrələri və səssiz qalmış beşikləri bu günümüzün ən dərin insan dramlarından birinə şahidlik edir.

Söhbət sadəcə müharibədən getmir, söhbət bir xalqın göz görə-görə məhv edilməsindən, bir vətənin böyük güclərin oyun masasına çevrilməsindən gedir.

Yəməndə 2014-cü ildə alovlanan və bu günə qədər sönməyən vətəndaş müharibəsi rəsmi şəkildə daxili qarşıdurma adlansa da, gerçəkdə bu, bölgənin geosiyasi rəqiblərinin İran və Səudiyyə Ərəbistanının birbaşa müdaxilə etdiyi müasir kolonial müharibədir.

İran özünü şiə inancını müdafiə edən kimi göstərib Husi silahlılarını silahlandırır, Səudiyyə isə sünni koalisiyası adı altında hava zərbələri endirir, blokadalar yaradır. Ortada isə nə şiə qalır, nə sünni, yalnız aclıqdan gözləri bərəlmiş uşaq meyitləri, anaların fəryadı, dağılmış xəstəxanalar və viranə şəhərlər.

Bura artıq bir poliqondur. Silahların sınaqdan keçirildiyi, qlobal geosiyasətin nəbzinin tutulduğu, insan həyatının isə heçə sayıldığı bir yer.

Yəməndə davam edən faciə, dini kimliklər üzərindən aparılan siyasətin necə böyük bir vəhşətə çevrilə biləcəyinin canlı sübutudur. Əsrlərdir bir arada yaşayan insanlar indi sırf hansı məzhəbdə olduqlarına görə bir-birini qırırlar ya da buna zorla məcbur edilirlər.


Məzhəbçiliyin siyasi məqsədlərlə alətə çevrildiyi bu coğrafiyada insan öz insanlığını itirib. Bu, dinin deyil, din adı altında yalanın və ikili standartların qələbəsidir.

Dünya isə Yəməni ya görmür, ya da görmək istəmir. BMT-nin sönük çağırışları, Qərbin selektiv insan haqları ritorikası bu dəhşətli səssizliyə haqq qazandıra bilməz. İnsanlıq Yəməndə bir dəfə yox, hər gün ölür.

Bu ölümlərə susmaq, bu dağınıqlığa göz yummaq, birbaşa iştirak qədər ağır günahdır. Yəmən sadəcə bir ərəb ölkəsi deyil. O, insanlığın birgə imtahanıdır.

Bu torpaq bizə yad deyil. Əsrlər əvvəl Osmanlı əsgərləri də bu torpaqlarda can verdilər. İmperiyanın uzaq sərhədlərində döyüşən Türk əsgərlərinin xatirəsi hələ də Yəmən torpaqlarında dolaşır.

Onların acı taleyini “Yəməndə hava isti” deyə başlayan o kədərli türkü nə qədər gözəl ifadə edir:
Yəməndə hava isti

Gül açmır, bülbül ötməz

Şəhid olan əsgərlərə

Bir acı fatihə yetməz…
Bu gün Yəmən təkcə Yaxın Şərqin deyil, bəşəriyyətin ümumi dərdidir. Bu dərdi unutmaq öz vicdanımıza xəyanət etməkdir.

Yəməndə gül açmasa da, bir gün ədalət açsın. Bu məzlum xalq öz evində, öz yurdunda yaşamağa layiqdir. Dünya səssizliyini pozmalı, Yəmənə yalnız baxmamalı və onun əlindən tutmalıdır.

Samir Əsədli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 İyul 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri