Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Yenə dönər, yenə kütləvi zəhərlənmə: qidanı zəhərə döndərən mərəz...

Yenə dönər, yenə kütləvi zəhərlənmə: qidanı zəhərə döndərən mərəz...

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ekspert deyir ki, qanunvericilikdə boşluqlar var, AQTA isə tədbirlər gördüyünü bildirir

Bir gün öncə Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib. Hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb. İlkin məlumatlarda qeyd edilir ki, 10 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Zəhərlənən şəxslər rayon sakinləri 2021-ci il təvəllüdlü Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-cü il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə,2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, martın 13-də Ağstafa şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində 10 nəfərin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 10 nəfərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

Dönərdən kütləvi zəhərlənmə hadisəsi ölkəmiz üçün bir ilk deyil. Son bir il ərzində Azərbaycanda dönərdən zəhərlənmə halları ilə bağlı bir hadisələri qeyd etmək yerinə düşər. Belə ki,

2024-cü ildə 16 oktyabr, Tovuz rayonunun Qovlar şəhərində yerləşən dönərxanada toyuq dönəri yeyən 18 nəfər zəhərlənmişdi. Zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib, hadisə ilə bağlı araşdırmalar aparılıb. Eyni ilin noyabrın 26-da Zaqatala rayonunda üç nəfər dönər yedikdən sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hadisənin baş verdiyi dönərxananın fəaliyyəti məhdudlaşdırılıb və araşdırmalar aparılıb.

Düzdür, bu kimi halların qarşısının alınması üçün bir sıra tədbirlər də görülüb. Misal üçün, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2024-cü ilin noyabr ayında dönər istehsalı üçün istifadə olunan ətin yalnız qeydiyyatdan keçmiş və təsdiq edilmiş kəsim məntəqələrindən alınmasını tələb edən qərar qəbul edib. Bundan əlavə, dönərlik ətin baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənədin təqdim edilməsi məcburi sayılıb. Bu qaydalara əsasən, çiy dönərin hazırlanması bölməsində istifadə olunan avadanlıqlar yalnız “çiy ət” üçün xüsusi olaraq nişanlanmalı və müəssisənin digər hissələrində istifadəsinə yol verilməməlidir. Ət emalında iştirak edən bütün avadanlıqlar hər emal sonrası və ya üç saatdan artıq fasilələrdən sonra xüsusi mərhələlərlə təmizlənməli və dezinfeksiya olunmalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır. Bütün bunlara baxmayaraq, dönərdən kütləvi zəhərlənmələr yenə də baş verir. Bəs niyə bu tədbirlər effekt vermir?

Eyyub Hüseynov

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Bunun səbəbi qanunvericiliklə bağlıdır. 3 mart 2025-ci ildə Milli Məclisdə Ombudsmanın insan hüquqlarına dair hesabatı dinlənilərkən, 101 səhifəlik materialda bir dəfə də olsun istehlakçı hüquqları haqqında danışılmadı. Mən buna etiraz etdim və qeyd etdim ki, istehlakçı hüquqları dünyanın hər bir ölkəsində, o cümlədən Azərbaycanda ən çox pozulan insan hüquqlarından biridir. Çünki bu hüquqlar Ombudsmanın hesabatında belə yer almır. Mən bunu ciddi tənqid etdim. Bütün bunlar - qanunvericiliyin zəif olması, Qida Təhlükəsizliyi Agentliyinin əl-qolunun bağlı olması, istədiyi vaxt yoxlamalar keçirmək imkanının olmaması - elə bir vəziyyətə gətirib çıxarır ki, bu cür zəhərlənmələr davam edir.

Biz hər ay bunun şahidi oluruq. Tək bu ilin əvvəlində, 10 gün ərzində 18 nəfər spirtdən zəhərlənərək ölüb. Yəni, bu, çox geniş yayılmış problemdir. Problemlər ondan ibarətdir ki, istehlakçı siyasəti ilə bağlı qanunlarda dəyişikliklər, tənzimləmələr aparılmalıdır. Digər bir səbəb AQTA-nın qidanın keyfiyyət və təhlükəsizliyinə kifayət qədər nəzarət etməməsidir. Ona görə də Azərbaycan vətəndaşları ümumdünya göstəricisində heç də uzunömürlülər siyahısında deyil. Belə ki, 190 ölkə sırasında 115-ci sıradayıq. Statistikaya görə azərbaycanlılar apteklərdə, həkimlərdə daha çox olur. Bu o deməkdir ki, bizim qidalarımızda çatışmazlıqlar var. Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyinin cəld yoxlama mexanizmi yoxdur. Dönərxanalardakı zəhərlənmələrin başqa səbəbləri isə hökumətin biznes qurumları üçün yaratdığı toxunmazlıq şəraitindən həmin qurumların sui-istifadə etməsidir. Ümumiyyətlə kim hansı bizneslə məşğul olursa dövlətə vergi verməlidir. İnsan sağlamlığı məsələsi arxa planda qalıb. Bilirik ki, dönərlər təkcə ətdən ibarət deyil. Müxtəlif inqrediyentlər qatılır. Misal üçün mayonezin tərkibi, mənşəyi də şübhə altında olur. Mayonezlərin saxlanma şəraiti uyğun temperaturda olmalıdır. Ancaq görürük ki, onlar açıq şəkildə gətirilir, isti dönərxanalarda saxlanılır və zəhərli maddəyə çevrilir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dəfələrlə regionlarda at, eşşək, xəstəlikdən ölmüş heyvanların ətlərinin Bakıya daşınmasını ifşa edib. Amma nazirlik daha fəal iş aparmalıdır, çünki problem hələ bitməyib. Belə ətlərin realizə olunduğu məkanlardan biri də elə dönərxanalardır. Başqa məsələ də üstündən bir gün keçmiş dönərlərin insanlara təqdim edilməsidir. Ümumdünya göstəricisində zəhərlənmə ölkəmizdə 1400 dəfə az göstərilir. Statistika bir daha nəzərdən keçirilməlidir. Yalançı statistikaya son qoyulmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Mart 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri