Icma.az
close
up
RU
Yeni ABŞ prezidenti nə qədər maaş alacaq? 119 otaqlı iqamətgah, özəl təyyarə və helikopter, bitib tükənməyən imtiyazlar... AzPolitika onlayn siyasi ictimai qəzet

Yeni ABŞ prezidenti nə qədər maaş alacaq? 119 otaqlı iqamətgah, özəl təyyarə və helikopter, bitib tükənməyən imtiyazlar... AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin yeni Prezidenti Donald Trampın maaşı və əldə edəcəyi imtiyazlar məlum olub.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Kamala Harrisi geridə qoyaraq ABŞ-nin 47-ci prezidenti seçilən Trampın illik 400 min dollar maaş alacağı açıqlanıb.

Məlumata görə, bununla yanaşı ABŞ prezidentinin rəsmi xərcləri üçün əlavə olaraq illik 50 min dollar ayrılacaq. Həmçinin yeni seçilmiş prezident Ağ Evdə şəxsi seçimlərinə uyğun dəyişikliklər etmək üçün 100 min dollar dəyərində birdəfəlik vəsait də alacaq.. Bundan əlavə, prezident üçün səfər xərcləri üçün 100 min dollar, əyləncə xərcləri üçün isə 19 min dollar büdcə nəzərdə tutulur.

Qeyd olunur ki, ABŞ-də inflyasiya və vəzifə öhdəliklərinin artması səbəbilə prezidentlərin maaşında da artımlar olub. Məsələn, ABŞ liderlərinin illər üzrə maaşı aşağıdakı formada olub:

- 1873 - 50 min dollar;

- 1909 - 75 min dollar;

- 1949 - 100 min dollar;

- 1969 - 200 min dollar;

- 2001 - 400 min dollar.


Bildirilir ki, maaşdan əlavə ABŞ prezidenti çoxsaylı imtiyazlardanda yararlanmaq hüququna sahibdir. Belə ki, prezidentin simvolik iqamətgahı olan Vaşinqtondakı Ağ Ev 18 hektarlıq ərazidə yerləşir və prezident ailəsi tam tərkibdə burada qonaqlayır. Təxminən 100 nəfərdən ibarət işçi heyəti təmizlik, yemək bişirmə və digər işlərdə ölkə başçısına xidmət göstərir.

Bundan əlavə, prezidentə “Blair House” adlanan və 119 otaq, 20 yataq otağı, 35 vanna otağı, 4 yemək zalı, idman zalı və böyük bir salonu olan qonaq evi də verilir. Prezident həmçinin “Camp David” istirahət mərkəzindən də istifadə edir. Bu mərkəz həm diplomatik görüşlər, həm də şəxsi istirahət üçün nəzərdə tutulub.


Prezident səfərlər zamanı dünyanın ən təhlükəsiz təyyarələrindən biri hesab edilən və lüks şəraiti ilə seçilən “Air Force One”-dan istifadə edir. Bundan əlavə, partlayışlara qarşı yüksək müdafiə qabiliyyəti olan “Marine One” helikopteri və “The Beast” adlanan xüsusi zirehli avtomobil prezidentin xidmətindədir. Prezident və ailə üzvləri üçün ən yüksək səviyyəli tibbi xidmət də tamamilə pulsuzdur.

Prezident postundan ayrılan ABŞ lideri illik 230 min dollar təqaüd almaq hüququna da malikdir. Ölkə başçısı təqaüddən əlavə, səyahət xərcləri, iqamətgah təminatı, personal xidmətləri və digər imtiyazlar da təmin olunur.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Yanvar 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri