Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Yeni ailə düzəni Uşaqlar əvəzinə heyvanları niyə seçirik?

Yeni ailə düzəni Uşaqlar əvəzinə heyvanları niyə seçirik?

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Son illərdə dünya üzrə ev heyvanlarına sahiblik sadəcə bir tendensiya deyil, həyat tərzinə çevrilib. İnsanlar artıq pişik və itlərə heyvan kimi deyil, ailə üzvü kimi yanaşırlar.Tədqiqatlar göstərir ki, pandemiya dövrü ilə başlayan izolyasiya, texnologiyaların həyatımızda artan rolu və şəhərləşmənin gətirdiyi tənhalıq hissi insanları ev heyvanlarına daha çox bağlayıb. Əgər bir zamanlar ev heyvanları əsasən kənd yerlərində saxlanılırdısa, bu gün şəhər mənzillərində belə, onların varlığı adi hala çevrilib. Azərbaycanda da pişik və it saxlayan ailələrin sayı ildən-ilə artır, bu isə cəmiyyətimizdə ev heyvanlarının rolunun getdikcə gücləndiyini göstərir.


Modern.az mövzu ilə bağlı araşdırma aparıb. 


Heyvanlar insanların emosional dəstək almasına və tənhalıqla mübarizə aparmasına kömək olduğu deyilir. Belə ki, psixoloq Sigmund Freyd, itlərdən bəhs edərkən, onların insanların emosional vəziyyətini hiss edə bildiyini vurğulayıb. Freyd itlərin terapiya prosesində rahatlıq və sakitlik gətirdiyini düşünürdü. Müasir dövrdə urbanizasiyanın və fərdiləşmiş həyat tərzinin geniş yayılması ilə insanlar bir-birindən uzaqlaşır, lakin ev heyvanları insanlara tənhalıq hissi ilə mübarizədə emosional dəstək verir. 


Həqiqətən də, tədqiqatlar göstərir ki, pişikləri və itləri qucaqlamaq insanlarda oksitosin (xoşbəxtlik hormonu) səviyyəsini artırır, bu da stressin azalmasına səbəb olur. Ev heyvanları ilə münasibət quran insanlar daha az depressiya və narahatlıq əlamətləri nümayiş etdirir.


2019-cu ildə ABŞ-da keçirilən bir araşdırmaya əsasən, it sahibləri arasında məmnunluq səviyyəsi ev heyvanı olmayanlara nisbətən 60% daha yüksək olub.


Psixoloq Karl Rogers insanın şərtsiz diqqət və sevgiyə ehtiyacını ön plana çəkib. Rogersin nəzəriyyəsinə əsasən, ev heyvanları bu ehtiyacı təmin edən vasitədir. 

Həmçinin ev heyvanları saxlamaq məsuliyyət tələb edir. Bu, sahibinə müəyyən qaydalar və struktur gətirir. Psixoloqlar bu cür qaydalı həyat tərzinin insanın psixikasını müsbət təsir etdiyini bildirir. Ev heyvanlarını gəzintiyə çıxarmaq, yemək vermək və qayğı göstərmək kimi gündəlik vəzifələr sahibin həyatını daha planlı edir.

Ev heyvanlarına olan marağın psixoloji tərəfləri ilə yanaşı sosioloji səbəbləri də var:

Şəhərləşmə ilə birlikdə insanlar nüvə ailə modellərinə (kiçik ailələr və ya subay həyat) keçid edir. Böyük ailələrin sosial dəstəyi azaldıqca, insanlar bu boşluğu ev heyvanları ilə doldurmağa başlayır. Emile Durkheim, sosial əlaqələrin zəifləməsi və tənhalıq nəticəsində fərdlərin yeni sosial bağlar yaratmağa meylli olduğunu qeyd edib. Pişik və itlər bu bağların formalaşmasında mühüm rol oynayır.

Müasir dövrdə ev heyvanları saxlamaq bəzən sosial statusun bir göstəricisi kimi də qəbul edilir. Xüsusən də it cinsləri və pişiklərdə bəzi nadir növlər sosial şəbəkələrdə geniş yayılmış trendlərin bir hissəsidir. Bu cür davranışları Thorstein Veblen “istehlak nümayişi” adlandırıraraq qeyd edir ki,  insanlar ev heyvanları vasitəsilə öz statuslarını nümayiş etdirirlər.


Ekoloji şüurun da insanların ev heyvanları saxlamasına səbəb olduğu qeyd edilir. Bəzi insanlar ev heyvanlarını təbiətə yaxın olmaq üçün seçir. Bu, həm də ekologiyaya artan maraq və insanların təbiətlə əlaqəni bərpa etməyə çalışmasının bir göstəricisidir. Sosioloq Bruno Latour təbiət və insan arasındakı münasibətlərin mədəniyyətlə birgə formalaşdığını və bunun gündəlik həyatımıza təsir etdiyini vurğulamışdır.
Statistikaya görə, dünya əhalisinin 33%-i it, 23%-i isə pişik saxlayır.

Bundan əlavə, iqtisadi səbəblər də bu qərarlara təsir edir. Uşaq böyütmək üçün tələb olunan yüksək xərclər bəzi insanları seçimlərini dəyişməyə məcbur edir. Ev heyvanı saxlamaq daha az büdcə tələb etsə də, sahibinə qayğı hissi bəxş edir. Təsadüfi deyil ki, ABŞ-də hər 5 cütlükdən biri uşağı yox, ev heyvanını ailənin mərkəzinə qoymağı seçir. Yaponiya kimi ölkələrdə isə artıq ev heyvanlarının sayı uşaqların sayını üstələyir.

Bu tendensiya yalnız fərdi seçimlərlə məhdudlaşmır, eyni zamanda cəmiyyətin dəyişən dəyərlərini əks etdirir. Ailə anlayışının sərhədləri genişlənir, "ailə" təkcə insanlardan ibarət olmur. Əslində, bir çoxları üçün it və pişiklər həyat yoldaşları və ya övladları qədər əhəmiyyətlidir.

Bu dəyişən mənzərə, bir tərəfdən insanın emosional ehtiyaclarını başqa formada təmin etməsini göstərsə də, digər tərəfdən doğum səviyyəsinin azalmasına və ailə quruluşunun dəyişməsinə səbəb olduğu vurğulanır. 

Amerika Birləşmiş Ştatlarında Ev Heyvanları Məhsulları Assosiasiyasının (APPA) 2023-2024-cü il hesabatına görə, ABŞ-da ev təsərrüfatlarının 67%-i (təxminən 85 milyon ailə) ev heyvanı saxlayır. Bunların içində 63,4 milyon it, 42,7 milyon pişik mövcuddur. Braziliya ABŞ-dən sonra dünyada ən çox itə sahib olan ölkədir. Burada təxminən 52,2 milyon it və 22,1 milyon pişik saxlanılır.

Avropada da ev heyvanlarına olan maraq çoxdur. Belə ki, Fransada 14,2 milyon pişik və 7,6 milyon it,  Almaniyada 10,3 milyon pişik və 8,6 milyon it saxlanılır. Böyük Britaniyada isə təxminən 12 milyon pişik və 9 milyon it ev heyvanı var.

Çində də ev heyvanlarına sahiblik sürətlə artır. 2022-ci ildə təxminən 73,55 milyon it və 53,1 milyon pişik saxlanıldığı bildirilir.Yaponiyada isə təxminən 9,8 milyon it və 9,6 milyon pişik saxlanılır.


Avstraliyada ev təsərrüfatlarının 61%-i ev heyvanı saxlayır. Saxlanılan ev heyvanlarının təxminən 5,1 milyon it və 3,8 milyon pişik mövcuddur.

Azərbaycanda isə ev heyvanları ilə bağlı konkret statistika olmasa da, müşahidələr onu deməyə əsas verir ki, ölkəmizdə də pişik və itlərin ev şəraitində saxlanılmasına maraq artıb. 


Ev heyvanlarının saxlanması ilə bağlı qaydalara gəldikdə, 2011-ci ildə Nazirlər Kabinetinin verdiyi qərara əsasən, vətəndaşlar mənzillərində maksimum 2 it və 1 pişik və ya 2 pişik və 1 it saxlaya bilərlər. Bu qaydalar ev heyvanlarının saxlanması ilə bağlı müəyyən məhdudiyyətlər qoyur.  Bənzər məhdudiyyətlər ABŞ, Avropa və Asiya ölkələrində də mövcuddur. Məsələn Böyük Britaniyada mənzillərdə saxlanacaq heyvanların sayı yaşayış sahəsinə əsasən məhdudlaşdırıla bilər. 1991-ci il Təhlükəli İtlər Aktına əsasən isə bu ölkədə müəyyən it cinslərinin saxlanması qadağandır. Kanadanın paytaxtında maksimum 6 ev heyvanı saxlamağa icazə verilir, ABŞ-də hər ştata görə qaydalar dəyişə bilər. Ortalama bir evdə 2-3 it saxlamağa imkan yaradılır. Almaniyada it saxlayanlar üçün xüsusi vergi ödənilir ("Hundesteuer"). Bu, xüsusilə şəhər ərazilərində it sayını nəzarətdə saxlamaq üçün tətbiq olunur. heyvanlara şiddət göstərənləri ciddi cəzalar gözləyir. Avstraliyada da  hər ev təsərrüfatında saxlanıla biləcək ev heyvanlarının sayı məhduddur. Bəzi ərazilərdə itlərin sayı 2, pişiklərin sayı isə 3-lə məhdudlaşır.

Göründüyü kimi Azərbaycan kimi dünyanın bir çox ölkəsində ev heyvanlarına sahib olmaq təkcə şəxsi seçim deyil, hüquqi və ictimai çərçivəyə uyğun həyata keçirilməli bir addımdır. Bu qanunların tətbiqi, ilk növbədə, heyvanların hüquqlarını və rifahını təmin etmək üçündür. Məsələn, it və pişiklərin qeydiyyatdan keçirilməsi, peyvənd olunması onların sağlamlığını qorumağa xidmət edir.

Digər tərəfdən, cəmiyyətin təhlükəsizliyi də diqqət mərkəzindədir. Təhlükəli heyvan cinslərinin saxlanılmasına qadağalar, sahiblərin heyvanlarını nəzarətsiz buraxmamaq öhdəliyi kimi tələblər ictimai asayişi təmin edir. Bundan əlavə, ekoloji tarazlıq da unudulmur: bəzi qanunlar ev heyvanlarının vəhşi təbiətə təsirini minimuma endirmək məqsədilə qəbul edilir.


Həmçinin, bu qanunlar insanların bir-birlərinə qarşı məsuliyyətini xatırladır. Şəhər mühitində çoxsaylı heyvan saxlamaq, qonşuları narahat etmək və ya gigiyenik problemlər yaratmaq yolverilməzdir. Bununla yanaşı, heyvanların qeyri-qanuni ticarətinə və qeyri-etik çoxaldılmasına qarşı sərt tədbirlər görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Mart 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri