Icma.az
close
up
RU
Bütün hallarda düzgün kadr seçimi ilkin şərtdir... VAHİD TAĞIYEV YAZIR

Bütün hallarda düzgün kadr seçimi ilkin şərtdir... VAHİD TAĞIYEV YAZIR

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vahid Tağıyev,

Təcrübəli, peşəkar təhsil işçisi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə respublikamızın əldə etdiyi uğurlar və strateji hədəflər barədə danışarkən xüsusi bir məqama diqqət çəkmişdir: "Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri".
Bu yanaşma bütün sahələr üçün keçərlidir. Lakin mən Prezidentimizi dinləyərkən ilk növbədə həyatımı həsr etdiyim təhsil sahəsi haqqında düşündüm.

Təhsil həmişə ən çox müzakirə olunan və tənqid edilən sahələrdən biri olub. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Hazırda birbaşa təhsil sistemində çalışmasam da, bu sahədə əldə olunan uğurlar məni sevindirir, müşahidə etdiyim çatışmazlıqlar isə daim düşündürür, narahat edir və bəzən analitik yazılarımın mövzusuna çevrilir.

Son bir ay ərzində müxtəlif aspektlərdən yanaşaraq, təhsilin inkişafının müsbət və mənfi istiqamətləri barədə çoxillik təcrübəmə əsaslanan düşüncələrimi əks etdirən 11 yazım müxtəlif saytlar və sosial şəbəkələrdə yayımlanmış, ictimai müzakirələrə səbəb olmuşdur.

 Aydındır ki, ümumi təhsil sistemi təhsilimizin ən mühüm mərhələsi olmaqla, ali və peşə təhsil pillələri üçün də əsas rol oynayır. Ümumi təhsil şagirdlərdə baza bilik, bacarıq və dəyərləri formalaşdırmaqla onların şəxsiyyət kimi yetişməsinə, gələcəkdə peşəkar vətəndaş olaraq cəmiyyətə inteqrasiyasına zəmin yaradır. Möhkəm ümumitəhsil bazası olan insanın sonrakı həyatda layiqli vətəndaş kimi formalaşmaq şansı xeyli yüksək olur.
2013–2014-cü illərdən sonra təhsilimizdə yeni kurs müəyyənləşdirilmiş, genişmiqyaslı islahatlar aparılmışdır. Lakin etiraf etməliyik ki, göstərilən əzmkarlıq və çəkilən zəhmət hələ ki arzu olunan nəticələri tam şəkildə vermir. Bunun obyektiv və subyektiv səbəbləri kifayət qədərdir və əvvəlki yazılarımda bu məsələlərə geniş şəkildə toxunmuşam.

Uzun illər təhsilin idarəetmə strukturlarında çalışmış bir şəxs kimi deyə bilərəm ki, təhsilimizin həlledici idarəetmə pillələrində kadr problemi daim qabarıq şəkildə özünü göstərmiş, təhsildə bir çox problemlərin mənbəyi də məhz buradan qaynaqlanmışdır.

Məsələni daha aydın izah etmək üçün sadə bir müqayisə aparmaq istərdim. İnsan sağlamlığının keşiyində dayanan və zəruri hallarda cərrahi əməliyyat aparmalı olan həkimin öz ixtisasını mükəmməl bilməsi nə qədər vacibdirsə, təhsilə bilavasitə rəhbərlik edən şəxsin də pedaqoji sahəni dərindən bilən, təcrübəli mütəxəssis olması eyni dərəcədə vacibdir. Təhsilin idarə edilməsinə təhsilə aid olmayan müxtəlif sahələrdən kadrların irəli çəkilməsi  yanlış yanaşmadır. Bu prinsiplər digər sahələr üçün də keçərlidir.
Əlbəttə, istisna hallarda daha yüksək – haradasa siyasi idarəetmə səviyyəsində – ümumi idarəçilik bacarıqlarına, strateji düşüncəyə, təməl dəyərlərə və ümummilli mənafe baxışına malik olan şəxslərin ixtisasından asılı olmayaraq uğurlu rəhbər olması mümkündür və buna kifayət qədər nümunələr var. 

Bu baxımdan təhsil sahəsində müsbət bir müşahidəmi qeyd etmək istərdim. Ümumi təhsil sahəsinə rəhbərlik edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birinci şəxsi təhsilimizdə əsaslı dəyişikliklərin başlandığı mərhələdən etibarən qeyd etdiyimiz müsbət parametrlər baxımından özünü təsdiq etmiş, bu kursun ardıcıl və əqidəli davamçısı olan bacarıqlı, obyektiv rəhbərdir. Necə deyərlər, güvənilən yerdən umular.

Lakin məni düşündürən əsas sual budur: nə üçün agentliyin özündə – MUTDA-da respublika üzrə ümumi təhsili dərindən bilən, ixtisaslı, təcrübəli və nüfuzlu peşəkar kadrlar kifayət qədər təmsil olunmur?
Yeni yaradılmış regional təhsil idarələrini düzgün istiqamətləndirmək, onlara çevik nəzarət etmək və zəruri tələbkarlığı təmin etmək üçün agentlik daxilində güclü, peşəkar, özünü təsdiq etmiş ixtisaslı pedaqoji kadrlar niyə olmasın?
Təəssüf ki, təhsilimizdə müxtəlif səviyyələrdə rəhbər kadrların düzgün seçilməsi üçün zaman-zaman müxtəlif yanaşmalar tətbiq olunsa da, ümumi vəziyyət qənaətbəxş olmamışdır. Bu sahədə daim, bu gün də nöqsanlar müşahidə olunur. Sanki peşəkar, yaradlcı, məsuliyyəti öz üzərinə götürə bilən və liderə çevrilən kadrlardansa, sadəcə texniki tapşırıqları icra edən, sakitcə sözə baxan, təklifsiz, mövqesiz kadlara üstünlük verilir. Nəticədə struktur islahatları, regionlarda mövcud olan bacarıqlı kadr potensialı və bu sahəyə yönəldilən böyük dövlət vəsaiti lazımi effekti vermədikdə, sistem haqlı tənqidlərə məruz qalır.
Ömrümün böyük bir hissəsini təhsilin idarəedilməsi sahəsinə həsr etmişəm. Müxtəlif dövrlərdə rəhbər vəzifələrdən imtina etmişəm, təqaüd yaşım çatdıqda isə qalmağım təkidlə xahiş edilsə də, dövlət qulluğundan könüllü şəkildə ayrılmışam. Təhsil sistemində, o cümlədən nazirlik səviyyəsində hər zaman diqqət və hörmət görmüşəm. Bunları ona görə qeyd edirəm ki, təhsil sahəsində kimdənsə şəxsi incikliyim, hansısa iddiam və ya marağım yoxdur. Lakin gələcəyimiz naminə təhsilimizin inkişafı hər birimizi düşündürməli və narahat etməlidir.
 Sonda bir daha Prezident İlham Əliyevin yuxarıda qeyd olunan müsahibədə bir fikrini xatırlatmaq istərdim:  "Ümumi inkişafımız üçün bilirsiniz, hər bir insan, xüsusilə vəzifə sahibi ürəklə işləməlidir,  ...tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq". 

 Azərbaycanın bu tarixi,  genişmiqyaslı yüksəliş mərhələsində təhsilimizin inkişafı yolunda hamıya uğurlar arzulayıram!

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Yanvar 2026 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri