Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə tədbir keçirilib
Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
8 Mart - Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı tərəfindən bayram tədbiri təşkil edilmişdir. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan qadınların iştirakı ilə keçirilən bayram tədbirini Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov açaraq iştirakçıları bayram münasibəti ilə təbrik edərək bildirdi ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur.
Sonda tədbirdə iştirak edən qadınlara YAP Laçın rayon təşkilatı tərəfindən təşəkkürnamələr və hədiyyələri təqdim olundu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 06 Mart 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















