Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “Dəmir Yumruq: Siyasi İradə və Güclü Ordu” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “Dəmir Yumruq: Siyasi İradə və Güclü Ordu” adlı tədbir keçirilib

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal rayon bələdiyyəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş “Dəmir Yumruq: Siyasi İradə və Güclü Ordu” mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatında baş tutan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin əməkdaşı Sədi Nuriyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, 44 günlük Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, YAP Yasamal rayon “Mətbuat pr.40” (Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsürsuz xidmətə görə” və “İgidliyə görə” medalları ilə təltif edilmiş qazi, ehtiyatda olan mayor Süleyman Heydərov, 44 Günlük Vətən müharibəsi iştirakçısı, YAP Yasamal rayon “K.Kazımzadə küç.100A” (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Amil Sefiyev, 44 günlük Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant, YAP Yasamal rayon “H.B.Zərdabi pr.88a” (SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri İbrahim Allahverdiyev, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailə üzvləri, 44 Günlük Vətən müharibəsi qaziləri və iştirakçıları, YAP Yasamal rayonu ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri yad edilib.

Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında ümummilli lider Heydər Əliyevin büstünün önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, artıq 27 ildir ki, hər il iyun ayının 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ilin yayında ölkədə yaranmış anarxiyanı ləğv etmək üçün Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi. Xalqın səsinə səs verən Ulu öndər Heydər Əliyev növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ordu quruculuğunda görülən mühüm işlər nəticəsində Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Orudusu öz tarixi missiyasını yerinə yetirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı Zəfərlər nəticəsində torpaqlarımızı düşmən tapdağından xilas edilərək tarixi ədaləti bərpa edildi. Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir. Əldə olunan tarixi Zəfərlər zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Qeyd olunub ki, şəhid ailələri və qazilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırılması daim Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Tədbirdə 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası, YAP Yasamal rayonu “Hüseyn Cavid 33A”(“Bakı Metropoliteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rahilə Ramazanova, 44 günlük Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, YAP Yasamal rayon “Mətbuat pr.40” (Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsürsuz xidmətə görə” və “İgidliyə görə” medalları ilə təltif edilmiş qazi, ehtiyatda olan mayor Süleyman Heydərov, 44 Günlük Vətən müharibəsi iştirakçısı, YAP Yasamal rayon “K.Kazımzadə küç.100A” (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Amil Sefiyev, 44 günlük Vətən müharibəsi iştirakçısı, Yasamal Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov və Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova ölkəmizdə ordu quruculuğu siyasətindən bəhs edərək bu istiqamətdə Ulu öndər Heydər Əliyevin rolundan bəhs ediblər. Qeyd olunub ki, bu ordu quruculuğu siyasəti Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək Rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edilməsi ilə nəticələndi. Əldə olunan Zəfərlərdə şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin, xalqımızın, dövlətimizin, şanlı ordumuzun şücaəti gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsi kimi tarixə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə hər an müntəzir dayanan hərbçilərimiz düşməni doğma torpaqlarımızdan qovdu. Qeyd olunub ki, bu gün ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini də şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı təşkil edir.

Çıxışlardan sonra fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 İyun 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see259

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see138

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see137

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri