Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Yeni bir regional çağırış Qars İğdır Naxçıvan dəmir yolunun təməlatma mərasimi

Yeni bir regional çağırış Qars İğdır Naxçıvan dəmir yolunun təməlatma mərasimi

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Strateji təşəbbüslər regionun gələcək təhlükəsizlik arxitekturasını formalaşdırır, iqtisadi fəallığı artırır. Bu gün həmin məqamlardan biridir: Qars-İğdır-Naxçıvan dəmir yolunun təməli qoyulur. Bu, sadəcə relslərin çəkilməsi, stansiyaların tikilməsi deyil – bir bölgənin gələcəyinə salınan körpüdür. Bu körpü həm Azərbaycanla Türkiyə arasında qardaşlığın yeni rəmzi, həm də Avrasiyanın iqtisadi və nəqliyyat xəritəsini dəyişəcək strateji damardır.

Bu xətt Naxçıvanın nəqliyyat izolyasiyasının yarılmasına müstəsna dəstək verməklə yanaşı, Orta Dəhlizin imkanlarını da genişləndirir. Bu, həm Türk dünyasını birləşdirən böyük addım, həm də qlobal iqtisadi rəqabətdə strateji üstünlükdür.

Qeyd etmək yerinə düşər ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR, Orta Dəhliz) üzrə yükdaşımaların həcmi son beş ildə altı dəfə artaraq 2020-ci ildəki 0,8 milyon tondan 2024-cü ildə 4,5 milyon tona çatıb.

Mediada tirajlanan məlumatlara əsasən, təkcə ötən il daşımaların həcmi 62 %, konteyner daşımaları isə 2,7 dəfə artıb. 2025-ci ilin birinci yarısında daşımaların həcmi 2,3 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.

Qeyd olunan statistik göstəricilər bu gün Orta Dəhlizin hansı önəmə malik olduğunu bir daha gündəmə gətirir.

Türkiyənin Orta Dəhliz çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə mövcud inteqrasiyasını da nəzərə alsaq, “Zəngəzur dəhlizi-Tramp yolu” həm xərcləri, həm də vaxtı əhəmiyyətli dərəcədə azaldacaq. Yeni yolun illik daşıma gücü 5,5 milyon sərnişin və 15 milyon ton yük kimi hesablanır.

Orta Dəhlizin bu mühüm hissəsi işə düşəndə yükdaşımada 12-14 günə qədər vaxt üstünlüyü təmin olunacaq. Müasir logistikada bu, böyük rəqəmdir. Vaxt itkisini aradan qaldırmaq isə sadəcə iqtisadiyyat üçün deyil, bütöv region üçün strateji qazancla ölçülür.

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda bu barədə deyib: “Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz, demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq.”

Layihənin miqyası

224 kilometrlik yeni dəmir yolu Türkiyə ərazisində Digor, Tuzluca, İğdır, Aralıq və Dilucu stansiyalarını əhatə edəcək. Xətt müasir standartlara uyğun şəkildə elektrikləşdirilmiş, ikirelsli, avtomatlaşdırılmış siqnal sistemi ilə təchiz olunmuş olacaq.

Tikinti planına 5 tunel, 19 aç-qapa tuneli, 3 viyadük, 10 körpü, 144 alt keçid, 27 üst keçid və 480 suötürücü daxildir. Bu parametrlər layihənin miqyasını və onun yalnız regional deyil, qlobal nəqliyyat şəbəkəsində tutacağı yeri aydın göstərir. Yol tam istismara verildikdə Naxçıvan-Qars arası məsafə cəmi 85 dəqiqəyə enəcək.

Qars-İğdır-Naxçıvan dəmir yolunun təməlatma mərasimində çıxış edən nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib: “Bu gün sadəcə bir dəmir yolu xəttinin təməlini atmırıq, Türkiyə-Azərbaycan-Ermənistanı birləşdirən bir körpünün, Çindən Avropaya uzanan Asiya ilə Avropa arasındakı sosial iqtisadi əlaqələri yüksəldəcək poladdan bir bağın qurulmasına başlayırıq”.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu 25 sentyabr 2023-cü ildə Naxçıvanda imzalamışdılar. Görünən odur ki, real addımlar atılmağa başlanılıb və layihə 5 il müddətə tikilib istismara veriləcək.

Sülh razılaşmasından real layihəyə

8 avqustda Vaşinqtonda əldə olunan razılaşma bölgədə sülh və əməkdaşlıq üçün yeni pəncərə açıb. İndi bu razılaşma artıq kağız üzərində deyil, real infrastruktur layihəsi şəklində həyat tapır. “Zəngəzur dəhlizi-Tramp yolu” adlandırılan marşrut Azərbaycanı birbaşa Naxçıvana, Naxçıvanı isə Türkiyə və oradan Avropaya bağlayır.

Bu dəhliz vasitəsilə Naxçıvanla ölkənin əsas hissəsi arasında fiziki bağlantı təmin olunur, Türkiyə-Azərbaycan əlaqələri yeni strateji mərhələyə yüksəlir, Çin-Avropa tranziti sürətlənir, Orta Dəhliz möhkəmlənir, ABŞ və Avropa şirkətləri üçün yeni investisiya imkanları açılır.

Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib: “Bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik”.

Region üçün iqtisadi imkanlar

Azərbaycan üçün: iqtisadiyyatın şaxələndirilməsi, yeni ixrac marşrutlarının açılması, regional diplomatiyada mövqelərin möhkəmlənməsi, enerji və qeyri-neft məhsullarının Avropaya daha rahat çıxışı.

Naxçıvan üçün: izolyasiyanın sona çatması, sənaye və turizm üçün əlverişli şəraitin yaranması, əhali üçün sürətli və təhlükəsiz nəqliyyat imkanlarının təmin olunması.

Türkiyə üçün: Şərq və Cənub-Şərqi Anadolunun istehsal potensialının xarici bazarlara daha sürətli çıxışı, Aralıq dənizində turizm imkanlarının möhkəmlənməsi, ölkənin regional nəqliyyat mərkəzinə çevrilməsi.

Prezident Rəcəb Tayyib Ərdoğan da bu layihənin çəkisini belə ifadə edib:“Biz bu xətti (Zəngəzur dəhlizini) eyni zamanda geoiqtisadi əhəmiyyətinə görə son dərəcə vacib hesab edirik. Bu, regionumuzdan kənar ölkələri birləşdirəcək və ticarəti stimullaşdıracaq. Ümid edirik ki, bu xətt ixtilaf mənbəyindən çox konsensus simvoluna çevriləcək. Bununla da, bu region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən bir əraziyə çevriləcək.”

Qars-İğdır-Naxçıvan dəmir yolu sadəcə yeni bir infrastruktur layihəsi deyil. Bu, sabitlik və inkişaf üçün strateji damardır. Türk dünyasını birləşdirən, Avrasiyanın ticarət xəritəsini dəyişən, iqtisadiyyatlara güc verən bu yolxalqların iradəsinin, dövlətlərin qardaşlığının və regionun gələcəyinə inamın simvoludur.

Nicat Quliyev

Naxçıvan Televiziyasının baş redaktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Avqust 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri