Yeni bir Türk dünyası dövrü başlayır
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Daim qardaşlıq münasibətlərini möhkəmləndirən Azərbaycanla Türkiyə hər sahədə olduğu kimi, beynəlxalq və diplomatik müstəvidə də sıx əməkdaşlıq edirlər. İki ölkə arasındakı qardaşlıq münasibətləri mövcud əlaqələrin daha da dərinləşməsinə xidmət edir."
"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir bildirib.
"Türkiyə-Azərbaycan arasındakı bağlar çox qüvvətlidir. Biz nə zaman dara düşsək, dərhal bir-birimizin köməyinə qaçırıq. Artıq bir müddətdir ki, Azərbaycandayam və bir çox tədbirlərə qatılıb, həmsöhbət olduqca, ölkəni daha da yaxından tanıyıb, öz vətənim olduğunu anlayıram. Bu ölkədə danışılan türkcənin qədim türkcə olduğunu, mədəniyyətin də buradan qaynaqlandığını görürəm. Bizi millət edən məhz dəyərlərimiz və onlar uğrunda mübarizə aparan böyük şəxsiyyətlərdir.
Artıq köhnə yox, yeni Türkiyə, Azərbaycan var. Biz bu gün Zəngəzur dəhlizinin açılıb, Türk dünyasının birləşdiyi möhtəşəm bir gələcəyin ilk addımlarındayıq. Zəngəzur dəhlizi burada həm kilid, həm də açar rolunu oynayır. Şuşadan Şama, Türküstandan Balkanlara qədər yeni Türk dünyası dövrünün başladığını deyə bilərik. Bu baxımdan da, belə bir dəhlizin açılması və bu torpaqların birləşməsi mühüm şərtdir".
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 13 Yanvar 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















