Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Yeni dərs ili köhnə problemlərlə başladı: təhsilin ilk günündə ciddi ÇAĞIRIŞ

Yeni dərs ili köhnə problemlərlə başladı: təhsilin ilk günündə ciddi ÇAĞIRIŞ

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dosent deyir ki, Azərbaycanın gələcəyi təhsilə və texnologiyaya ayrılan sərmayədən asılı olacaq...

Ölkədə bu gün 15 sentyabr – Bilik Günü kimi qeyd olunur. Rəsmi olaraq bayram ruhunda qarşılanan bu tarix təhsilin əhəmiyyətini bir daha önə çıxarsa da, məktəblərdə və ali təhsil müəssisələrində mövcud olan problemlər gündəmdən düşmür. Xüsusilə orta məktəblərdə repetitor asılılığı, “fond pulu” yığımı, dərsliklərin keyfiyyəti ilə bağlı narazılıqlar hər il təkrar gündəmə gəlir. Valideynlər və mütəxəssislər bildirirlər ki, yeni dərs ili başlasa da, təhsil sistemindəki köhnə problemlər hələ də öz həllini tapmayıb. Üstəlik, beynəlxalq olimpiadalarda şagirdlərimiz yüksək yerlər, medallar qazana bilmirlər. 

Yeri gəlmişkən, təqribən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayır. 2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagird təhsil alacaq. Onlardan təxminən 130 mindən çoxu birinci sinif, 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq. Yeni tədris ilində məktəbəhazırlıq qruplarında 90 minə yaxın uşağın təhsilə cəlb olunub.

Təhsilin ildən ilə geriləməməsi, daha da inkişaf etməsi üçün hansı addımlar atılmalıdır?

Moderator.az xəbər verir ki, dosent İlham Əhmədov mövzu ilə bağlı Musavat.com-a belə şərh verib:

“15 sentyabr yalnız yeni dərs ilinin başlanması deyil, həm də elmə, təhsilə, bilik və zəkaya verdiyimiz dəyərin simvoludur. XXI əsr misilsiz elmi-texniki tərəqqi dövrü kimi tarixə düşür. Dünya hər gün dəyişir, transformasiya olunur, yeni reallıqlar doğurur. Bu reallıqların mərkəzində isə bilik və elm dayanır. Azərbaycan ötən yüzilliklərdə vətənini qorumaq üçün fədakarlıq edib, müstəqilliyini canı və qanı bahasına qazanıb. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər göstərdi ki, bu gün mübarizənin yeni meydanı artıq elm, texnologiya və biliklərdir. Qələbənin saxlanılması və davam etdirilməsi də yalnız elmə, texnologiyaya və təhsilə söykənə bilər. Tarixi təcrübə göstərdi ki, elmə edilən sərmayə hər zaman geri qayıdır. 44 günlük müharibədə Azərbaycanın istifadə etdiyi müasir texnologiyalar, yüksək dəqiqlikli silahlar, pilotsuz uçuş aparatları, süni intellekt əsaslı idarəetmə sistemləri hərb tarixində ilk dəfə belə miqyasda tətbiq olundu. Bu fakt təsdiqlədi ki, güc yalnız silahda deyil, həmin silahı hazırlayan mühəndisin, alimin, proqramçının bilik və bacarığında yatır. Müasir dövrdə güclü olmaq istəyən dövlətlər təhsili prioritetə çevirir.

Bilik – insanın özü, ətraf aləmi və bu aləmin qanunauyğunluqları haqqında formalaşdırdığı məlumat toplusudur. Sadəcə məlumatla bilik arasında böyük fərq vardır. Məlumat təsadüfi, pərakəndə və natamam ola bilər. Bilik isə sistemləşdirilmiş, strukturlaşdırılmış, təcrübə ilə təsdiqlənmiş, insana qərar vermək və hərəkət etmək imkanı verən dəyərdir. Elm isə bilik istehsal edən sahədir. Bilik xammaldır, elm onun emalı prosesidir. Bu proses nəticəsində yeni ideyalar, texnologiyalar və innovasiyalar yaranır. Əgər bu biliklər kommersiyalaşdırılıb dünya bazarına çıxarıla bilirsə, dövlət iqtisadi cəhətdən güclənir, siyasi cəhətdən isə müstəqilliyini möhkəmləndirir. Elm və bilik yalnız müasir dövlətin inkişaf meyarı deyil, həm də İslam mədəniyyətinin təməl dəyərlərindəndir. İslam tarixində elm öyrənmək ibadət qədər müqəddəs hesab olunub. Həzrət Peyğəmbərin (s.) “Elm öyrənmək hər bir müsəlmana vacibdir” kəlamı və Həzrət Əlinin məşhur fikri – “Mənə bir hərf öyrədənin köləsi olaram” – elmin və müəllimlik missiyasının nə qədər yüksək tutulduğunu göstərir. Bu, Bilik Gününün mənəvi mahiyyətini daha da zənginləşdirir. Təhsil təkcə dünyəvi uğurların deyil, həm də mənəvi kamilliyin yoludur”.

Dosent qeyd edib ki, bugünkü dünyada elmə və təhsilə sərmayə qoymayan ölkələrin gələcəyi yoxdur:

“Təəssüf ki, uzun illər ərzində elm və təhsil sahələrinə ayrılan büdcə kifayət qədər olmayıb. Bunun əksinə olaraq, idmana, festivallara və əyləncəli layihələrə xərclənən milyardlar gözlənilən nəticəni verməyib. Tokio olimpiadasındakı uğursuzluqlar bunu sübut etdi. Halbuki Qarabağ Zəfəri göstərdi ki, elm və texnologiyaya yatırılan hər bir manat on qat, yüz qat artıqlaması ilə geri dönür. Bu reallığı görən dövlətlər elm siyasətini prioritetə çevirir. Fransa maarifçisi Volterin sözləri bu gün də aktualdır: “Elmə, təhsilə, alimə lazımi dəyər verməyən ölkələrin inkişaf edəcəklərinə ümid etməsinlər”.

İlham Əhmədova görə, Azərbaycanın qarşısında bu gün konkret vəzifələr dayanır:

 “Elm və təhsilin maliyyələşməsini artırmaq – elmə və təhsilə ayrılan büdcə dəfələrlə yüksəldilməlidir. İnfrastrukturun yenilənməsi – məktəblər, universitetlər və elmi mərkəzlər ən müasir texnologiyalarla təchiz edilməlidir. İstedadların dəstəklənməsi – gənc alimlər, mühəndislər və tələbələr üçün xüsusi proqramlar, qrantlar və təqaüdlər tətbiq edilməlidir. Kadr siyasətində düzgün seçim – “çörəyi pinəçiyə yox, çörəkçiyə vermək” prinsipi ilə, hər kəs öz ixtisasına uyğun işdə çalışmalıdır. Elmi nəticələrin kommersiyalaşdırılması – yeni biliklərin praktikada tətbiqi və dünya bazarına çıxarılması vacibdir. Azərbaycanın gələcəyi elm və təhsilə verdiyi dəyərdən asılıdır. Elm və bilik sahəsində güclü olmayan ölkə nə iqtisadi, nə də siyasi baxımdan güclü ola bilər. Qarabağ Zəfəri bir daha sübut etdi: qüvvət elmdədir. Bu gün hər birimizin üzərinə məsuliyyət düşür. Müəllim, tələbə, alim, mühəndis – hər kəs bilməlidir ki, ölkəmizin tərəqqisi məhz bilikdən keçir. Əgər biz elmə və təhsilə arxalanaraq inkişaf edə bilsək, Azərbaycanın dünya elmi məkanında mövqeyi möhkəmlənəcək, biliklərə əsaslanan iqtisadiyyat isə dövlət müstəqilliyinin əbədi təminatı olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see588

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see426

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see421

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see391

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see374

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see370

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see332

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see267

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see256

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see248

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see234

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see232

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see218

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see216

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see215

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see212

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see211

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see209

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see181

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri