YENİ DİREKTOR VƏ MÜAVİN TƏYİN EDİLDİ Əmr imzalanıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Kolleclərə yeni təyinatlar olub. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.
Bildirilib ki, Agentliyin müvafiq əmri ilə Mirvari Ağayeva Ağdaş Dövlət Humanitar Kollecinin direktoru, Ülviyyə Nəzərova isə İsmayıllı Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Mirvari Ağayeva 2024-cü ilin iyul ayından isə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsini müvəqqəti olaraq icra edib. O, çalışdığı dövrdə səmərəli fəaliyyətinə görə Ağdaş Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən "Fəxri Fərman”la təltif edilib.
Ülviyyə Nəzərova 2023-cü ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb. O, 2023-cü ildə ADA Universiteti tərəfindən təşkil olunan "Bir müəllimin manifesti” ixtisasartırma proqramının iştirakçısı olub və proqram çərçivəsində Amerika Birləşmiş Ştatlarında təcrübə keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 16 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















