Icma.az
close
up
RU
Süni intellektin təhsildə tətbiqi yeni yanaşmalar tələb edir

Süni intellektin təhsildə tətbiqi yeni yanaşmalar tələb edir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Süni intellekt texnologiyalarının sürətli inkişafı həyatın bütün sahələrinə, o cümlədən təhsil sisteminə ciddi təsir göstərir. Bu, eyni zamanda, təhsil ictimaiyyəti qarşısında mühüm sualı gündəmə gətirir: süni intellekt texnologiyalarından düzgün və məsuliyyətli istifadə edilməsinə şərait yaradılmalı, yoxsa onun tətbiqi məhdudlaşdırılmalı və ya qadağan olunmalıdır?

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin kompüter müəllimi Xəyalə Xanbaba qızı AZƏRTAC-a müsahibəsində süni intellektin təhsil prosesində tətbiqi ilə bağlı fikirlərini bölüşüb.

Müsahibimiz qeyd edib ki, süni intellekti qadağan etməkdənsə, onun istifadəsini tənzimləmək daha məqsədəuyğundur. Bunun üçün qaydaların müəyyənləşdirilməsi, şagirdlərin rəqəmsal savadlılığının artırılması və müəllimlərin bu sahədə hazırlanması vacibdir. Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə təhsil sistemi bu prosesdən kənarda qala bilməz. Bununla yanaşı, süni intellektdən nəzarətsiz istifadə hazır cavablardan asılılığı artıraraq şagirdlərin tənqidi düşünmə, müstəqil problem həlletmə və araşdırma bacarıqlarını zəiflədə bilər. Təhsilin məqsədi yalnız informasiya əldə etmək deyil, onu araşdırmaq, təhlil etmək və nəticə çıxarmaq bacarığı formalaşdırmaqdır.

Bugünkü məktəblilər süni intellektin mövcud olduğu dünyada böyüyən Alfa nəslidir. Bu texnologiya artıq şagirdlərin telefonları vasitəsilə sinif otaqlarına daxil olub. Buna görə də süni intellekti tamamilə qadağan etmək doğru yanaşma deyil. Düzgün istiqamətləndirildikdə o, fərdi öyrənmə imkanlarını genişləndirə və təhsilin keyfiyyətinə töhfə verə bilər.

Kollecin müəllimi vurğulayıb ki, qadağa şagirdi texnologiyadan uzaqlaşdırmır, əksinə, onun gizli və səmərəsiz istifadəsinə səbəb ola bilər. Əsas məsələ şagirdə süni intellektdən nə vaxt, hansı məqsədlə və necə istifadə etməyi öyrətməkdir. Bu baxımdan məktəblərdə etik və təhlükəsiz istifadə qaydalarının müəyyənləşdirilməsi, rəqəmsal savadlılığın artırılması böyük əhəmiyyət daşıyır.

“Təcrübə göstərir ki, yeni texnologiyaların təhsildə tətbiqi həmişə müəyyən narahatlıqla müşayiət olunub. Lakin əsas məsələ texnologiyanın özü deyil, ondan necə və hansı məqsədlə istifadə edilməsidir. Məqsədyönlü tətbiq olunan texnologiyalar tədrisin səmərəliliyini artırır. Bu prosesdə müəllimin metodik istiqamətləndirməsi mühüm rol oynayır.

Müasir müəllim yalnız bilik verən şəxs deyil, həm də şagirdə informasiya bolluğu içərisində düzgün istiqamət göstərən bələdçidir. Süni intellekt məlumat verə bilər, lakin dəyər və mənəvi məsuliyyət aşılaya bilməz. Buna görə də süni intellekt müəllimi əvəz edən deyil, onun fəaliyyətini tamamlayan vasitə olmalıdır.

Nəticə etibarilə, əsas məqsəd süni intellekti qadağan etmək deyil, onun etik, təhlükəsiz və səmərəli istifadəsini təmin edən təhsil mühiti formalaşdırmaqdır. Məktəbin vəzifəsi şagirdləri bu texnologiyadan uzaqlaşdırmaq yox, ondan şüurlu, məsuliyyətli və analitik şəkildə istifadə etməyə hazırlamaqdır”, - deyə müsahibimiz bildirib.

Müxbir - Xatirə Cəfərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri