Icma.az
close
up
RU
Yeni dövrün inkişaf və quruculuq məkanı ŞƏRH

Yeni dövrün inkişaf və quruculuq məkanı ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son 6 ilə yaxın dövrün əsas reallıqlarından biri tarixi sahibinə qovuşmuş torpaqlarımızın bərpası, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışıdır. Hər bir rayonun ölkəmizin həyatında, inkişafında öz rolu vardır. Kəlbəcər və Laçın rayonları region üçün mühüm coğrafi mövqeyə malikdir, həyata keçirilən bərpa və yenidənqurma işləri strateji mövqelərimizi daha da möhkəmləndirir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında böyük imkanlar açılır. 2021-ci ilin fevral ayında ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Laçın rayonun Güləbird kəndində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında bildirmişdir ki, Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Halbuki sovet vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi. Hər bir rayonun itirilməsi böyük faciə idi. İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Eyni zamanda, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın.

Cənab İlham Əliyev həmin çıxışında, eyni zamanda. bildirmişdir ki, bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, şəhidlərimizin qanını aldıq, düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək: “Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. 2025-ci ildə Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışı olub. Ərazisi 11,2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan “Laçın” İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək. İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, 100 nəfərlik konfrans zalı və toplantı otağı yaradılıb. Bu istirahət məkanında 174 nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir.

2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçında görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Bircə faktı qeyd etmək kifayətdir ki, işğaldan azad edilmiş ərazilərimizdə tikilib istifadəyə verilən üç Beynəlxalq Hava Limanından biri Laçın şəhərindədir. Azad edilmiş digər ərazilərimiz kimi, Laçın da diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Beynəlxalq əhəmiyyətli tədbirlərlə yanaşı, Zirvə görüşlərinə də ev sahibliyi edən Laçının gözəlliyi, təbiəti bura gələn hər kəsi heyrətləndirir. Onu da qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.

Dövlətimizin başçısı İlham Əliyevin ötən bu dövr ərzində Laçın rayonuna 10-a yaxın səfəri olub. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurlu icrasını sürətləndirən mühüm tədbirlərlə tarixə yazılıb. Təkcə cənab İlham Əliyevin ötən il 28 May-Müstəqillik Günündə Laçın rayonuna səfər çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi iqtisadi, sosial, infrastruktur obyektlərinin say tərkibinə, ev sahibliyi etdiyi Zirvə Görüşünə diqqət yetirmək kifayətdir. Belə ki, həmin səfər zamanı “LATIFA” Laçın tikiş fabrikinin, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının, Laçın rayonunun Bəylik kəndinin, Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının, “Laçın” İstirahət Kompleksinin açılışı oldu, Laçın kanat yolunun təməlqoyma mərasimi keçirildi. Dövlətimizin başçısı İlham Əliyev Laçının Bəylik kəndinə köçən sakinlərlə görüş, onlara evlərin açarlarını təqdim etdi. Sözügedən səfərin mühüm məqamlarından biri təbii ki, Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşünün keçirilməsi oldu. Həmçinin liderlərin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Azərbaycan və Türkiyə Prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış oldular. Azərbaycan və Türkiyə Prezidentlərinin təkbətək görüşü oldu. Bir səfər çərçivəsində görülən işlər ümumilikdə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin aydın mənzərəsini təqdim edir. 30 illik işğal dövründə səbirsizliklə gözlədiyimiz bu günlərin sevincini yaşamaqdan qürurluyuq. Torpaqlarımız tarixi sahibinə qayıdıb və yeni həyat başlayıb.

Etibar Hacıyev

YAP Ağstafa rayon təkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri