Icma.az
close
up
RU
Yeni dövrün strateji istiqamətləri

Yeni dövrün strateji istiqamətləri

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən uğurlu istiqamətlərindən biri ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, bütün dünyada Azərbaycanın dostlarının sayının artmasıdır. Müasir dövrümüzün reallıqları dövlətlər qarşısında fəal əməkdaşlıq, xoş münasibətlər, sıx əlaqələrin qurulması zərurətini aktuallaşdırır. Azərbaycan qlobal dünyanın reallıqlarına ən adekvat yanaşan dövlətlərdəndir. Respublikamızın uzun illər ərzində beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaş imici, başqa dövlətlərin Azərbaycana və şəxsən ölkəmizin rəhbərinə yüksək inamı xarici əlaqələrdə mövqeyimizi gücləndirir. Buna görə də ölkəmizlə əlaqələri inkişaf etdirmək istəyən dövlətlərin sayı artmaqdadır.

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ölkəmizə ilk rəsmi səfəri qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yolunda xüsusi önəmə malikdir. Səfər çərçivəsində iki ölkə liderlərinin iştirakı ilə Azərbaycan və Somali arasında yalnız siyasi və iqtisadi deyil, həm də təhsil, müdafiə və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək sahələrini əhatə edərək iki dövlətin münasibətlərini daha da möhkəmləndirməyi hədəfləyən sənədlər imzalandı.
Bu kontekstdə Azərbaycan və Somali arasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” yeni imkanlar açaraq, strateji tərəfdaşlıq üçün geniş perspektivlər vəd edir. Azərbaycan hökuməti təhsil sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyindən, Somali ilə bu sahədə əlaqələrin genişləndirilməsi prioritetlərdən birinə çevrilib. Hazırda bir sıra Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən təhsil proqramları, xüsusilə xarici tələbələr üçün ayrılmış təqaüdlər Somali vətəndaşlarının Azərbaycanda ali təhsil almasına imkan yaradır.
İki ölkə arasında müdafiə sahəsində də əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq müdafiə sənayesində güclü potensial yaradıb və bu təcrübəsini Somaliyə ötürməyə hazırdır. Bu sahədə birgə təlimlər, müdafiə avadanlıqlarının istehsalı və təchizatı iki ölkə arasındakı strateji tərəfdaşlığın güclənməsinə xidmət edəcək.
Təhsil, iqtisadiyyat, müdafiə və dövlət xidmətləri sahələrində əməkdaşlığın genişləndirilməsi həm Azərbaycanın, həm də Somalinin inkişafına töhfə verəcək. Bu razılaşmalar yalnız mövcud əlaqələri gücləndirməklə kifayətlənməyəcək, həm də gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacaq. Hər iki ölkənin bir-birinə verdiyi dəstək və ortaq maraqları bu münasibətlərin uzunmüddətli və davamlı olacağını göstərir. Bu sənədlər dövlətlər arasında uzunmüddətli və dərin strateji tərəfdaşlığın əsasını təşkil edir.
Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd olunduğu kimi, “Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimiz daha yüksək səviyyəyə qalxacaq. Əlbəttə qeyd etmək yerinə düşər ki, hazırda ikitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir”.
Azərbaycanın biliyə və elmi inkişafa verdiyi önəm, Somalinin gələcək nəsillərinin daha savadlı və peşəkar yetişməsinə töhfə verəcək. Bu, həmçinin iki ölkə arasında dostluq və diplomatik əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaqdır.

Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri