Icma.az
close
up
RU
Yeni dünya nizamınnda gizli sövdələşmələr: Pakt növbəti 20 ildə İranRusiya münasibətlərini idarə edəcək

Yeni dünya nizamınnda gizli sövdələşmələr: Pakt növbəti 20 ildə İranRusiya münasibətlərini idarə edəcək

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə hərbi ittifaqın formalaşdırılmasını nəzərdə tutmur. Sənəd müdafiə sahəsində əməkdaşlıq daxil olmaqla, ikitərəfli münasibətlərin bütün aspektlərinin inkişafına yönəlib.

Bu barədə İranın xarici işlər naziri Abbas Arakçı bəyan edib.

“Bu, kompleks və hərtərəfli bir müqavilədir. O, ikitərəfli münasibətlərin bütün aspektlərini əhatə edir, xüsusilə iqtisadiyyat və ticarətə xüsusi diqqət yetirilir. Müqavilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutur, lakin hərbi ittifaq yaratmaq məqsədini güdmür”, - deyə İranlı diplomat bildirib.

Onun sözlərinə görə, müqavilə üçüncü ölkələrə qarşı yönəlməyib və Rusiya ilə İranı heç bir şəkildə məhdudlaşdırmır.

Xatırladaq ki, daha əvvəl Kremlin məlumatına əsasən, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian 17 yanvar tarixində danışıqlardan sonra hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacaqlar.


Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova "Sherg.az"a deyib ki, Rusiya və İran illərdir hazırlanmaqda olan tərəfdaşlıq müqaviləsini imzaladı. Bu, İranın başqa ölkə ilə hərtərəfli və uzunmüddətli müqaviləsi kimi ilk deyil:


"2021-ci ildə İran və Çin bir çox sektorları əhatə edən 25 illik müqavilə imzalayıb. Rusiya prezidenti Vladimir Putin isə ötən ilin iyununda Şimali Koreya lideri Kim Çen İnlə oxşar saziş imzalamışdı və sazişə əsasən hər iki tərəf təcavüz halında bir-birinə hərbi dəstək verməyə razılaşmışdı. İranla imzalanan sənədin anonsunu isə ötən ilin oktyabrında Rusiyanın xarici işlər naziri Sergey Lavrov vermişdi. Sənədin adı Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilədir. Adından da məlum olduğu kimi Moskva və Tehran arasında bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan, o cümlədən ticarət, investisiya, nəqliyyat, logistika, humanitar sahələr, regional və beynəlxalq gündəmdəki aktual məsələləri də əhatə etməklə çoxşaxəli və olduqca mühüm sənəddir. Hadisələrin mövcud inkişaf şəraitində və hətta gözlənilməz ssenarisində belə sənədin əhəmiyyəti daha da artır. Şübhəsiz ki, sənəd özü ilə hərbi və siyasi tərəfdaşlıq istiqamətində artım və inkişafı hədəfləyir. İranın Moskvadakı səfiri bildirir ki, hərtərəfli pakt növbəti 20 il ərzində iki ölkə arasında münasibətləri idarə edəcək".


Politoloq əlavə edib ki, İran Rusiya əlaqələri 2022-ci ilin fevralından sanki yeni bir nəfəs qazandı:

"Bu, İranın Rusiyanı Ukraynada mülki infrastruktur və elektrik stansiyalarını hədəfə almaq üçün istifadə edilən Şahid pilotsuz təyyarələrlə təmin etməsi ilə başladı.

Ermənistana xüsusi sərhəd mühafizə qrupunun göndərilməsini də əlavə etməklə ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığıa dair saziş də gizlənir, inkar edilir. Eynilə, zamanında İran və Çin arasında imzalananan sövdələşmələri rəsmilər sadəcə bir yol xəritəsi adlandırsalar da, orada təfərrüatlı razılaşmaların olmadığını açıqlasalar da, görünür, yeni dünya nizami yeni görkəm almaqla qalmayıb, gizli sövdələşmələrlə də müşahidə olunur. Beynəlxalq düzəndə müşahidə olunan bulanıqlıq, hələ tam oturmayan sistem daxili siyasətə, cəmiyyətlərə də təsirsiz ötüşmür. Belə ki, İranda Rusiya ilə müqavilənin müddəaları ilə bağlı ictimai narahatlıqlar da var. Bu əhval-ruhiyyənin kökü isə tarixi hadisələrlə, o cümlədən 19-cu əsrin əvvəllərində İranın Rusiyaya güzəştə getməyə məcbur qalması ilə bağlıdır. Rusiya və İran olmaqla hər iki ölkə həyati əhəmiyyət kəsb edən enerji sənayelərinə məhdudiyyətlər də daxil olmaqla ağır Qərb sanksiyaları altındadır.

Suriyadakı son hadisələrdən, xüsusən də Suriyadakı müttəfiqi Bəşər Əsədi devirən üsyançıların hücumu zamanı Rusiyanın hərəkətlərini tənqid edən iranlı komandirin səs yazısının sızmasından sonra bunun Tehran və Moskva arasında münasibətlərə təsir edəcəyi ilə bağlı qorxular da var idi. Hadisələrin inkişafı isə bunu xırda detal kimi arada itirdi. Hətta bəzi fikir ayrılıqları belə iki ölkə arasında daha çox əməkdaşlığa mane olmadı və imzalanan sənəd onun sübutudur".


Şəbnəm Həsənovanın sözlərinə görə, istənilən situasiyada Azərbaycanı maraqlandıran məsələlərə fokus olmalıyıq:

"Hadisələrin gedişatı, rəsmi açıqlamalar, ən son məlumat kimi cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Zəngəzur dəhlizinin açılacağı ilə bağlı bir daha göstərmiş olduğu konkret mövqe, Lavrovun ən son açıqlamaları ondan xəbər verir ki, Şimal-Cənub marşrutu üzrə məsələlər daha aktuallaşmalıdır. Bu istiqamətdə Zəngəzur dəhlizinin açılması digər nəqliyyat əlaqələri kimi həm də Rusiyanın prioritet məsələləri içərisindədir. Düşünürəm ki, İranın dəhlizə qarşı çıxmasını, maneələr törətməsini Rusiya balanslaşdıracaq. Azərbaycan lideri dividendli mövqelər müəyyənləşdirməkdə davam edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Yanvar 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri