Icma.az
close
up
RU
Yeni elmi töhfə: Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı dərs vəsaiti işıq üzü gördü

Yeni elmi töhfə: Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı dərs vəsaiti işıq üzü gördü

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Onun qələmindən çıxan hər sözün dəyəri bir dünya boyda olur. 

Ölçülü, düzgün biçilmiş, dəqiq, faktlara əsalanmış təhlili bir alim kimi onun ən vacib xüsusiyyətidir. 

Müasir Azərbaycan ədəbiyyatının dəyərli araşdırmaçılarından biri Sumqayıt Dövlət Universiteti Filologiya fakültəsi, Dil və Ədəbiyyat kafedrasının dosenti Törə Məmmədovanın yaradıcılığı çoxşaxəli və məzmunu ilə seçilir. Onun İlyas Əfəndiyevin nəsrindəki psixologizmlə bağlı apardığı tədqiqat həm müxtəlif məqalələrdə, həm də monoqrafiyada geniş şəkildə öz əksini tapıb. Azərbaycan nəsrinin bu günü, romanlarının üslub və forma xüsusiyyətləri, məzmun baxımından əhatə etdiyi areal, romanlarımızın xarici ölkə yazarlarının əsərələri ilə tipoloji müqayisələrin əks olunduğu məqalələr həm ölkə daxili, eləcə də, yüksək  beynəlxalq indeksli jurnallarda çap olunub və özünə oxucu kütləsi toplayıb.

Törə Məmmədovanın elm və təhsilə bağışladığı yeni töhfə “Azərbaycan ədəbiyyatı tarixi” adlı dərs vəsaiti ilə bağlıdır. Minlərlə tələbənin yararlana biləcəyi, böyük oxucu kütləsinin marağına səbəb olacaq bu dərs vəsaiti öz elmi məziyyətləri ilə fərqlənir. 

Bu, böyük həqiqətdir ki, qədim mədəniyyətə malik Azərbaycan ərazisi tarix boyunca müxtəlif proseslər və hadisələrin qaynar nöqtəsi kimi seçilib. Müxtəlif keşməkeşlər burulğanında daim öz müstəqilliyini və ərazi bütövlüyünü qorumaq istəyi və apardığı mübarizə yurdumuzu hər mənada və bütün formalarda ayıq sayıq olmağa, ayaqda durmağa sövq edib. Ölkəmizin hüdudlarının qorunması təkcə sərhədlərdə keşik çəkməklə deyil, onun mədəni nemətlərinə sahib çıxmaq, öyrənmək və yüksək şəkildə  təbliğ olunmaqla da  özünü göstərir. Bu mənada böyük zəhmət hesabına ərsəyə gələn bu dərs vəsaitinin dəyəri kitabın həcmindən qat-qat böyükdür. 

Dərs vəsaiti XIX-XX əsrləri əhatə edir. Müəllif kitabda XIX əsrin ictimai-siyasi hadisələri sadəcə nəql etmir, həmçinin əhatəli şərh edir, sosial-psixoloji səbəblərini araşdırır, maarifçilik toxumlarının ilkin cücərtilərinin bəhrəsindən danışır. Diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri odur ki, XIX əsr Azərbaycan ədəbiyyatını Türk- İslam mədəniyyəti başlığı altında təqdim etməklə bərabər, təriqət ədəbiyyatından söz açır, xüsusilə, yaradıcılığı bu dövr üçün böyük əhəmiyyət kəsb edən Mir Həmzə Seyid Nigari haqqında ətraflı məlumat verir. 

Dərs vəsaitinin digər özəl cəhətlərindən biri də odur ki, bir çox məqamlarda kitab sadəcə vəsait rolunu yerinə yetirmir, bu hüdudları aşaraq, tədqiqatçılar üçün lazımi mənbə rolunu oynayır, həmçinin, yeni elmi araşdırmalar üçün əhatəli ideya verə bilir.

Müəllif yeri gəldikcə Azərbaycan ədəbiyyatında müxtəlif ədəbi cərəyanları inkişaf trayektoriyasına nəzər salır, onun əsas cəhətlərini təhlil edir və görkəmli nümayəndələrinin yaradıcılığındakı izləri axtarır və təhlillər aparır. Bu zaman XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər mövcud olan ədəbi məktəbləri də unutmur, araşdırmaya cəlb edir. 

Eləcə də, müasir dövr Azərbaycan ədəbiyyat haqqında söz açarkən T.İ.Məmmədova modernizm barədə məlumat verir və onun nümayəndələrini analiz edir.

Oxucuların öhdəsinə verilən dərs vəsaitinin elmi məziyyətləri və faydası haqqında nə qədər danışılsa, azdır. Əminliklə, bu vəsaiti əldə edən və oxuyan hər kəsin alacağı böyük zövqün zəmanətini bəri başdan verməklə kitaba uzun və mənalı oxunaqlı ömür, müəllifinə isə iti qələm, aydın zəka arzulayıram.

Sevinc Həmzəyeva,

Sumqayıt Dövlət Universitetinin dosenti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Aprel 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see269

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see139

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see132

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see125

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see121

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see119

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see119

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see118

Neymar və het trik

04 Dekabr 2025 09:17see118

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri