Icma.az
close
up
RU
Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan ABŞ münasibətlərinə baxış ŞƏRH OLUNDU

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan ABŞ münasibətlərinə baxış ŞƏRH OLUNDU

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış həm region, həm də beynəlxalq münasibətlər sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycan Prezident İlham Əliyevin bu çıxışı yalnız ölkəmizin xarici siyasət prioritetlərini deyil, həm də Cənubi Qafqazda sülh, əməkdaşlıq və təhlükəsizliyin yeni konturlarını müəyyənləşdirən tarixi bəyanat oldu. Bu çıxışda diqqət çəkən əsas məqam isə 2025-ci ilin avqustun8-də Vaşinqtonda baş tutmuş sammitin nəticələrinin əhatəli şəkildə təqdim olunması, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə yüksəldilməsi dair fundamental məqamların beynəlxalq ictimaiyyətə bəyan edilməsi idi”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, Vaşinqton sammitində əldə olunmuş razılaşmaların hər biri strateji əhəmiyyət daşıyır: “İlk növbədə, Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoyulması istiqamətində mühüm addımlar atıldı. Avqustun 8-də Ağ Evdə sülh müqaviləsinin mətnini paraflamaları, ardınca Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin birgə bəyanat imzalaması tarixi hadisə oldu. Bu sənədlərə ABŞ Prezidenti Donald Trampın şahid qismində imza atması isə prosesə verilən beynəlxalq legitimliyi daha da artırdı. Həmin günün əhəmiyyəti ondan ibarətdir ki, artıq münaqişənin həllində illərlə formal və səmərəsiz fəaliyyət göstərən ATƏT-in Minsk qrupu və digər əlaqədar strukturlar tamamilə gündəmdən çıxarıldı. Azərbaycan və Ermənistanın birgə müraciəti əsasında ATƏT-in sentyabrın 1-də qəbul etdiyiqərarla bu qurum birdəfəlik ləğv olundu. Bu, həm Azərbaycan xalqının iradəsinin təntənəsi, həm də real sülh gündəliyinə keçidin təzahürüdür.

Vaşinqton sammitinin ən mühüm nəticələrindən biri isə regional bağlantıların gücləndirilməsinə yönəlmiş yeni nəqliyyat və kommunikasiya layihəsinin – “BeynəlxalqSülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) elanolunması oldu. Bu marşrutun mərkəzində Zəngəzur dəhlizidayanır. Azərbaycan üçün Zəngəzur dəhlizinin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu yol ölkəmizi bir tərəfdənTürkiyə vasitəsilə Avropa bazarlarına, digər tərəfdən isə Mərkəzi Asiya və Çinə birləşdirir. TRIPP layihəsi yalnız iqtisadi divident deyil, eyni zamanda siyasi və geosiyasi baxımdan da böyük əhəmiyyət kəsb edir. Çünki bu layihə Cənubi Qafqazı münaqişələrdən və qarşıdurmalardan çıxararaq əməkdaşlıq, inteqrasiya və rifah məkanına çevirmək gücünə malikdir.

Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması da Vaşinqton sammitinin ən önəmli nəticələrindəndir. Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın imzaladıqları Anlaşma Memorandumu iki ölkə arasında Strateji TərəfdaşlıqXartiyasının hazırlanmasını nəzərdə tutur. Bu sənəd siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik və digər sahələrdəəməkdaşlığın institusional əsaslarını yaradacaq. Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi təkcə ikitərəfli əlaqələr baxımından deyil, həm də regional və qlobal sabitlik üçün mühüm hadisədir. ABŞ-ın Azərbaycanı regionda etibarlı tərəfdaş kimi tanıması, Azərbaycan Respublikasının isə ABŞ ilə münasibətlərin dərinləşdirilməsinə xüsusi önəm verməsi, qarşılıqlı maraqların üst-üstə düşdüyünü nümayiş etdirir.

Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişafına təkan verən digər mühüm addım isə 1992-ci ildən qüvvədə olan və Azərbaycana qarşı ədalətsiz sanksiyaların tətbiqini nəzərdə tutan “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişin ləğv olunması oldu. 907-ci düzəliş illərlə ABŞ siyasətində ikili standartların simvolu olmuşdur. Bu sanksiyaların tətbiqi Azərbaycanın beynəlxalq aləmdə haqq işini aparmaqda qarşısına süni maneələr çıxarırdı. Tramp Administrasiyasının bu addımı ikitərəfli münasibətlərdəetimadı artırmaqla yanaşı, həm də ABŞ-ın regionda realsiyasətə yönəldiyini göstərdi. Lakin Prezident İlham Əliyev çıxışında haqlı olaraq vurğuladı ki, bu düzəlişin tamamilə ləğv olunması Azərbaycan-ABŞ münasibətlərində tam etimad mühitinin yaradılması üçün vacibdir.

Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi həm də enerji, iqtisadi vətəhlükəsizlik sahələrində əməkdaşlığın yeni üfüqlərini açır. Azərbaycan artıq illərdir ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənub Qaz Dəhlizivə digər layihələr çərçivəsində Azərbaycan təbii qazı Avropaya çatdırır. ABŞ bu prosesə hər zaman dəstəkgöstərib. İndi isə strateji tərəfdaşlıq çərçivəsində enerji əməkdaşlığı daha da genişlənəcək. Bu, həm də Azərbaycanın yaşıl enerji potensialından, xüsusilə dəQarabağ və Şərqi Zəngəzurda yaradılan bərpa olunanenerji layihələrindən istifadəyə imkan verəcək.

Eyni zamanda, Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində də ABŞ-la əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu, regionda sülhün qorunması, terrorizməqarşı mübarizə, transmilli cinayətkarlığa qarşı birgəfəaliyyət baxımından əhəmiyyətlidir. Azərbaycan uzunillərdir ki, beynəlxalq təhlükəsizlik proseslərində fəaliştirak edir. Strateji tərəfdaşlıq çərçivəsində ABŞ-la əməkdaşlığın daha da dərinləşməsi bu istiqamətdə yeni imkanlar açacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT tribunasından çıxışı zamanı bir daha təsdiq etdi ki, ölkəmiz müharibədən sonra bölgədə davamlı sülhün və əməkdaşlığın qurulmasına sadiqdir. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin paraflanması regionun gələcəyinə nikbinliklə baxmağa imkan verir. Bu prosesdə ABŞ-ın fəal rolu və Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması Cənubi Qafqazda sabitliyin təmin olunmasına mühüm töhfədir.

BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevin bəyanatları Azərbaycan diplomatiyasının qətiyyətini, uzaqgörənliyini və prinsipial mövqeyini nümayiş etdirdi. Azərbaycanın beynəlxalq siyasətdə etibarlı tərəfdaş imici bir daha təsdiqləndi. Eynizamanda, bu çıxış region xalqlarına ümid, beynəlxalq ictimaiyyətə isə aydın mesaj verdi ki, Cənubi Qafqaz artıq münaqişələr məkanı deyil, əməkdaşlıq və inteqrasiya məkanıdır. Bunun üçün isə əsas şərt Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülh razılaşmasının davamlı icrası və regional güclərin, o cümlədən ABŞ-ın bu prosesə dəstəyidir.

Beləliklə, Azərbaycan-ABŞ münasibətlərində yenidövrün başlanması təkcə iki ölkə arasındakı əməkdaşlığın genişlənməsi deyil, həm də beynəlxalq münasibətlər sistemində mühüm hadisədir. Bu tərəfdaşlıq regional sabitlik, qlobal təhlükəsizlik, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və sülhün təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin BMT tribunasından verdiyi mesajlar isə bu istiqamətdə iradənin möhkəmliyini və Azərbaycanın gələcəyə baxışını bir daha ortaya qoydu. Bu çıxış Azərbaycanın beynəlxalq mövqeyinin güclü olmasını, ABŞ-la münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bütün dünyaya bəyan etdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri